Ana səhifə

Peyğəmbərimizin (Allahın Salamı və Salatı Onun üzərinə olsun) ən önəmli möcüzələrindən biri olan "şak-kı qəmər" "ayın yarılması" möcüzəsi necə meydana gəlmişdir?


YazdırSend to friend

     Qureyşli müşriklər, Rəsulu Əkrəm Əfəndimizin (sallallahu aleyhi va səlləm),  iddiasını təsdiq edən bir çox möcüzəyə şahid olduqları halda, yenə də inad və inkarlarından imtina edib ona sədaqət əllərini uzatmırdılar. Gördükləri hər möcüzəyə bir qulp taxaraq nəzərlərdə kiçik və sadə bir hadisəymiş kimi göstərmək istəyərək, həm özlərini, həm də xalqı aldatma yoluna gedirdilər. Zaman zaman da ağıllarınca Rəsulu Əkrəmi (sallallahu aleyhi va səlləm),çətin vəziyyətdə buraxmaq niyyətiylə özlərincə meydana gəlməsini mümkün görmədikləri istəklərdə olurdular. "Əgər, həqiqətən Allah tərəfindən vəzifələndirilmiş bir peyğəmbərsənsə, bunu bunu et, bunu bunu göstər də, görək" deyirdilər.

     Bu istəklərdə olarkən məqsədləri iman etmək deyildi. Əksinə məqsədləri Kainatın Əfəndisini (sallallahu aleyhi va səlləm),çətin,çıxılmaz vəziyyətdə buraxmaq idi. Lakin, Cənab-ı Haqq, müşriklərə qarşı sevgili Rəsulunu (sallallahu aleyhi va səlləm),heç bir zaman çətin vəziyyətdə buraxmır və heç bir zaman yardımını və mühafizəsini üzərindən əskik etmirdi.

     Yenə bir gün Qureyşin irəli gələnlərindən Əbu Cəhl, Velid min Muğire kimilərin də içində olduğu bir qrup müşrik, Peyğəmbər Əfəndimizə gələrək, 

    "Əgər sən, həqiqətən söylədiyin kimi Allah tərəfindən vəzifələndirilmiş bir peyğəmbərsənsə bizim üçün Ayı ikiyə ayır. Belə ki, yarısı Əbu Kubeys Dağı, digər yarısı Kuaykıan Dağı üzərində görülsün" dedilər.

    Rəsulu Əkrəm Əfəndimiz (sallallahu aleyhi va səlləm), 

   "Əgər bunu etsəm, iman edərsinizmi" deyə soruşdu.

    Onlar, "Bəli, iman edərik" dedilər. 

    İddiasında haqlı və doğru olduğunu göstərmək üçün möcüzəni istəmək Peyğəmbərin vəzifəsidir. İstənilən möcüzəni yaradan isə Cənab-ı Haqqdır.

   Ayın bədir halı idi, yəni ən gözəl göründüyü 14-cü gecəsi idi. Kainatın Əfəndisi (sallallahu aleyhi va səlləm), Allahın əmr və iradəsi dairəsində hərəkət edən Aya şəhadət barmağıyla işarə etdi. Bu işarət-i Nebevî  kafi gəldi və ay ikiyə ayrıldı. Belə ki yarısı müşriklərin istədikləri kimi Əbu Kubeys Dağı üzərində, digər yarısı isə Kuaykıan Dağı üstündə iki parça halında göründü.

    Rəsûl-i Kibriya Əfəndimiz (sallallahu aleyhi va səlləm), orada olan xalqa, 

     "Şahid olunu! Şahid olunu! "1 deyə səsləndi.

   Bu açıq-aşkar möcüzə qarşısında da müşriklər, inad və inkarlarından imtina etmədilər. Üstəlik, 

    "Bu da Əbu Kebşenin oğulunun bir sehridir"2 deyərək əsassız bir te'vilde (şərhdə) olaraq öz özlərini aldatma və təsəlli etmə yoluna sapdılar. Gözləri qarşısında cərəyan edən hadisəni əlbəttə inkar edə bilməzdilər. İnkar edə bilmədikləri üçün də, çıxar yol olaraq "sehrdir" demək məcburiyyətində qalırdılar! 

Ətrafdan Gələnlərin Eyni Hadisəni Xəbər vermələri

    Sırf Rəsulu Əkrəm Əfəndimizin (sallallahu aleyhi va səlləm) sözünü təsdiq etməmək üçün bu açıq-aşkar möcüzəyə "sehrdir" deyən müşriklər, aralarında belə danışmaqdan da özlərini saxlaya bilmədilər:

    "Əgər Muhamməd cadu etdi isə, bu cadusu bütün yer üzünü örtəcək deyil ki! Ətrafdan gələcək olan yolçulardan  soruşaq, baxaq onlar da gördüklərimizi görmüşlərmi? "3

      Ətrafdan gələn yolçulardan soruşdular.Onlar da eynisini gördüklərini etiraf etdilər. Bütün bunlara baxmayaraq, ruhən və qəlbən pozulmuş, şirklə könüllərini çirklətmiş müşriklər, "iman edərik" vədində olduqları halda inanmadılar, əbədî səâdətin qaynağına qaçmadılar. Üstəlik arxasından da belə dedilər:

    " Əbu Talibin yetiminin sehri səmaya da təsir etdi! "4

      Müşriklərin, Peyğəmbər Əfəndimizin (sallallahu aleyhi va səlləm)  bu parlaq möcüzəsini inkar etmələri üzərinə, Cənab-ı Haqq, endirdiyi âyət-i kərimələrdə hadisənin baş verdiyini bildirib, onlarınsa imansızlıqda, yalanda inad edib dayandıqlarını bəyan etdi:

     "Qiyamət yaxınlaşdı, ay yarıldı. Onlar bir möcüzə görsələr üz çevirər və 'Bu qüvvətli bir sehrdir' deyərlə. Peyğəmbəri yalanlayıb öz həvəslərinə tabe oldular. Lakin təqdir edilən hər şey bir məqsədə çatacaq." 5

______________________

1. Müslim, 8/132; Tirmizi, 5/397; Əhməd İbni Hənbəl, Müsned, 1/447

2. İbni Kəsr, Təfsir: 4/262

3. Tirmizi, 5/398; Qazı İyaz, Şəfa: 1/238; İbni Kəsr, Təfsir: 4/262

4. Qazı İyaz, Şəfa: 1/238

5. Qəmər Surəsi, 1-3



22-03-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz