Ana səhifə

Peyğəmbərimizin təbliğ və nəsihət üslubu necə idi?


YazdırSend to friend

"(İnsanları)Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.”(Nəhl Surəsi, 125)


Peyğəmbərimiz bu və bənzəri ayələri nümunə götürərək möminləri elm və hikmətlə irşad edər, bu irşadını dəlillərə söykəyərdi.


İrşadında və xəbərdarlığında hiddət və şiddət göstərməzdi. Həmsöhbətlərini səmimi bir şəkildə qarşılayar, onlara şəfqət və mərhəmətlə nəsihət edərdi. Doğrunu və həqiqəti izah etməkdə daim şirin dili, gözəl sözü seçərdi. Zehinlərdə meydana gələn şübhə və tərəddüdləri böyük bir səbir və anlayışla aradan qaldırardı. Həmsöhbətlərinə etibar edər və onları razı salmaq üçün sözləri gözəl nitqlə qüsursuz söyləyərdi. Soruşulan suallar yersiz də olsa təbəssümlə qarşılayar, ciddi qəbul edərdi. Söz və nəsihətlərindəki təsirin ən böyük bir səbəbi də insanların qüsurlarını örtüb, onları bağışlaması idi. Hətta ən çox sevdiyi əmisini, daha bir çox qohum və əshabələrini şəhid edən və etdirənləri Məkkənin fəthi əsnasında bağışlamışdı. Halbuki, o gün bütün güc və qüvvət onun əlində idi. Onları dilədiyi kimi cəzalandıra bilərdi.


Məhz bu cür böyük və yüksək səciyyələrlə ətrafındakı insanların ruhlarına təsir etdi və onların nüvə halındakı qabiliyyətlərini oyandır, inkişaf etdirdi. Onları insanlıq səmasının bir ulduzu halına gətirdi. O, əsri pərdələyən cəhalət sislərini qaldırdı. Aləmin şəklini dəyişdirdi. İnsanlar arasında ədalət, söhbət, köməkləşmə kimi yüksək keyfiyyətləri aşlayır və həyata keçirdi. Fərdi və ictimai həyatı təhdid edən bütün xəstəliklərə qarşı şəfalı dərmanlar gətirdi və Allahın izni ilə insanlıq aləmini müalicə etdi.
Təbliğ peşəsinin yolu, "Acizlik, Allahın yardımına duyulan ehtiyac, şəfqət və təfəkkür" yoludur. Bu iddia, iman qurtarma iddiasıdır. İnsanları axır zamanın dəhşətli fitnələrindən sıyırıb, ülvi məqsədlərə istiqamətləndirmə iddiasıdır. Bəşəriyyəti nəfsin, şeytanın və ağla sığmaz dərəcədə pozulmuş ictimai mühitin təsirindən qurtarıb, ona qulluğun zövqünü daddırma iddiasıdır. Bir insan bu yüksək idealı, bir İlahi lütf olaraq tuta bildiyi təqdirdə, ilk edəcəyi şey, bu çətin işi bacarmaqdakı acizliyini və Allahın yardımına duyduğu ehtiyacı etiraf etməklə Rəbbinin qüdrətinə və rəhmətinə istinad etmək olacaq.


Acizlik və ehtiyac insanın ən bariz özəllikləridir. Necə ki Fatihə Surəsini oxuyarkən, tərcümə olaraq, "tək sənə ibadət edər və ancaq səndən kömək diləyərik" deyərək aləmlərin Rəbbi olan Rəbbimizə sığınar, hər işimizdə Ondan mədət diləyərik. Beləcə iman və Quran xidmətinin ərləri də insanların ürəklərində hidayətin çiçəklənməsi üçün bütün gücləri ilə çalışmaqla bərabər bu böyük nəticəni öz qüvvət və qüdrətləri ilə əldə edə bilməyəcəklərini bilərək acizlik və Allahın yardımına duyduqları ehtiyac ilə Allahın dərgahından kömək umarlar.


Üçüncü addım, özlərini cəhənnəmə hazırlayan üsyankar və günahkar insanların hallarına acımaq və onların köməyinə bir həkim həssaslığı və bir ana şəfqəti ilə çatmaqdır.


Dördüncü addım, bu işi hikmət dairəsində icra etməkdir.
Böyük şairimiz, mərhum Mehmet Akifin: "Birbaşa Qurandan alıb ilhamı. Əsrin idrakına söylətməliyik İslamı" beyti ilə ortaya qoyduğu böyük ideal, Risalə-i Nur Külliyyatında kamalıyla təsdiqlənmişdir. Niyə? və nəyə görə? lərlə dolu bu əsrin bazarında, ancaq həm ağla, həm də ürəyə xitab edən, iddiasını həm sevdirən, həm də sübut edən bir külliyyat rəvac tapa bilərdi və tapdı da.


Bu sübutlardan birincisi İslamı həm öz vətəndaşlarımıza, həm də bütün bir insanlıq aləminə çatdıra bilməmiz üçün ən böyük şərtin, Quran əxlaqıyla əxlaqlanmaq olduğunu dərs verir. Digəri isə iman və Quran həqiqətlərini möhtaclara çatdıra bilmək üçün iqtisadi istiqamətdən inkişaf etmək lazım olduğunu sübut edir.
Bu iki yaramızın tam qəbul ilə müalicəsinə çalışmağımız lazımdır. Bundan ehtiyat edərək, keçici və qərarsız siyasi məsələlərə bel bağladığımız müddətcə, sürünməyə davam edəcək, bununla da qalmayıb, İslamın möhtac könüllərə çatmasına pərdə və mane olmanın məsuliyyətini də çəkəcəyik.


Hər müsəlman üzərinə düşən vəzifəni yerinə yetirməklə məsuldur. Bir insanın cəmiyyətdə tutduğu mövqe ona bəzi məsuliyyətlər gətirər. Hər müsəlman da o vəzifəsindən məsul olar. Bu mövzuya bir hədisi Şərifdən misal çəkək: "Bir pis əmələ səbəb olacaq iş gördüyünüz zaman əlinizlə, gücünüz çatmazsa dilinizlə, ona da gücünüz çatmazsa ürəyinizdən düzəltməyi keçirin" buyurulur.


Hər kəs hər vəziyyətdə bu hədisi özünə görə şərh edə bilməz. Məsələn, yolda bir pis bir hadisə ilə qarşılaşsaq, onu əlimizlə düzəltməyə qalxsaq və bu zaman o adama zərər versək, həmin şəxs də bizdən şikayətçi olarsa, bu vəziyyətdə bizə də cəza tətbiq edilər.

Elə isə hədisi Şərifin mənasını necə anlamalıyıq?

Əl ilə düzəltmək vəzifəli insanların, yəni dövlətin və təhlükəsizlik işçilərinin vəzifəsi, dil ilə düzəltmək alimlərin vəzifəsi, ürəkdə niyyət etməksə digərlərinindir.
Bu səbəblə bir müsəlman əvvəl İslamı haqqıyla yaşamalıdır. Sonra əgər zərər verməyəcəksə uyğun və şirin bir dillə izah etməlidir. Bundan sonrasını da Allaha buraxmalıdır.


Necə ki, ağac yetişdirmək və əkinçiliklə məşğul olmaq istəyən bir kəs əvvəlcə toxumu və əkilməyə uyğun tarlanı seçməli, əkilmənin də hansı mövsümdə olacağını bilməlidir. Yəni, bu işin mütəxəssisi olmaq şərtdir. Bu baxımdan xarab bir toxumu, sərt və əlverişsiz bir tarlaya uyğun olmayan bir mövsümdə, heç əkindən anlamayan bir kəsin etməsi hər şeyin boşa getməsinə səbəb olacaq. Bu özəlliklərə sahib olan bir bağban vəzifəsini edər və nəticəsini Allaha buraxar. Artıq bu tarlanın nə qədər məhsul verməsi məhz Allahın məsləhətinə bağlıdır. Eynilə bunun kimi, doğru islamiyyəti və islamiyyətə layiq doğruluğu yaşamaq və izah etmək lazımdır. İslama uyğun olmayan düşüncə və fikirləri İslam deyə izah etmək həm İslama, həm izah edənə, həm də izah edilənə zərər verəcək.


İslam və iman toxumlarının atıldığı möhtac könüllərin də ona hazır olması lazımdır. Hələ bunlara hazır olmayanlara izah etmək bəzən zərər belə verə bilməkdədir.
Ayrıca təbliğin zamanı da çox əhəmiyyətlidir. Mühit, ehtiyac, şəxsin ruhi vəziyyəti kimi hallar da əhəmiyyətlidir. (Necə ki, mövsümündə əkilməyən hər toxum məhv ola bilər.)
Digər tərəfdən islamı təbliğ edən kimsə onu necə izah edəcəyini, incitmədən uyğun bir ifadə tərzi ilə ağıl, ürək və könüllərə necə səpiləcəyini biləcək xüsusiyyətə sahib olmalıdır. (Yəni, mütəxəssis bir həkim kimi olmalıdır.)


Bu xüsusiyyətlərə sahib olan bir müsəlman üzərinə düşən vəzifələri etdikdən sonra o könüllərdə iman və İslam çiçəklərinin açılmasını Allaha buraxar, Allahın vəzifəsinə qarışmaz.



10-01-2012 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz