Ana səhifə

Peyğəmbərimizin, "Ümmətim mübarək bir ümmətdir, əvvəlimi yoxsa sonumu daha yaxşıdır bilinməz" sözünü necə şərh olunmalıdır?


YazdırSend to friend

Ammar b. Yasirdən:

Ümmətim mübarək bir ümmətdir, əvvəlimi yoxsa sonumu daha yaxşıdır bilinməz. (1)


Burada ümmətin ilki ilə sonu arasında bir bənzərlik qurulur. Necə ilk zamanlar islamı yaşamaq üçün böyük çətinliklər, işgəncələr çəkilmiş, ilk səhabələr müşrik cəmiyyətdə yadırğanılmış, təhqir edilmiş, qınanmış, Rəsulullaha Məcnun deyilmiş, ona uyanlar müxtəlif çətinliklərə işgəncələrə məruz qalmışlar. Cəmiyyətdə qəribsənmişlər, ağılsızlıqla günahlandırılmışlar, hətta vətənlərindən sürgün edilmişlər. Bütün bu məşəqqətlərin, ağrıların, izdirabların savabı və qazancı da bir o qədər çox olmuş. Ümmətin sonu yəni axır zamandakı möminlərin vəziyyəti də ilklərinə bənzəyəcək və onlara yaxın olacaq. Ümmət pozulacaq, xarici mədəniyyətlər və pozğun fikirlər hər yerdə özünü göstərəcək. Beləcə, İslama sarılanlar, sünnəyə və Qurana xidmət edənlər, cəmiyyətdə qəribsənəcək, təhqir ediləcək, hər kəs onları tənqid edəcək, onlar cəmiyyətə uyğunlaşmazlıqla günahlandırılacaq, hətta cəmiyyətdən xariclənməyə çalışılacaqlar. Əksəriyyətin maddi mənəvi maneə törədici təzyiqi altında, çətin şərtlərdə işlənən saleh əməllərin də savabı çox olacaq, çətinlik nisbətincə savab artacaq.


İlk dövrdə Məkkə və Mədinə həyatında müsəlmanların məruz qaldığı çətinliklərin, əziyyətlərin bənzərləri, son zamanlardakı səmimi müsəlmanlara da ediləcək. Sürgün, işgəncə, və s. kimi əziyyətlər görəcəklər. Küçəyə çıxa bilməyəcəklər. Onlara edilən bütün əziyyətlər, bütün işgəncələr bərəkətə, mənəvi qazanca vəsilə olacaq. Mənəvi Rütbələri yüksələcək. Axır zamanın qəribə hallarıda bunlar olacaq. (2) Bu nöqtədən səhabələrlə bənzərlikləri olacaq.


Çünki Rəsulullah bir hədisi şərifində Səhabələrinə xitab olaraq:

Siz elə bir zamandasınız ki, içinizdən kim əmr edildiklərinin onda birini buraxsa həlak olar, sonra elə bir zaman gələcək ki, o zamanda yaşayanlardan kim əmr olunduğunun onda birini etsə qurtulacaqdır buyurar. (3)


Buna bənzər bir hədisdə belədir:

Ümmətimin əvvəli yoxsa sonu daha xeyirlidir, qəti bilinməyən yağış kimidir (4)


Rəsulullahın burada yağış sözünü seçməsi mənalıdır. O ümmətini, faydalı, mənfəətli, yağış yüklü buludlardan vedrədən boşalırcasına yağan bir yağışa bənzətməkdədir. Ümmətin əvvəli bu xeyirli yağışın başı, axırı da bu faydalı yağışın sonudur.


Ayrıca, Rəsulullah (s.ə.v.) səhabələrlə axır zamanda gələcək fıskın, günahların, şərlərin zühurunda, dinin hökmlərini tətbiq edəcək kəsləri xeyir cəhətində səhabələrə bənzətməkdədir.


Qaynaqlar:


1. Kamuzul-Ehadis s. 83, 1151. hədis. (İbni Asakir, Əmr b. Osmandan mürsəl olaraq); Kandehlevi Məhəmməd b. Yusuf, Hayatus-Sahabe I-IV, Konya 1983, II, 599; Sübülüs-Selam IV, 127; es-Savaikul-Muhrika s. 211.

2. Təqdim edəni İbni Macə, II, 1306, (nömrə: 3956), 1309 (nömrə. 3988); 1320 (nömrə: 4014: dindarlıq əldə köz tutmaq qədər çətinləşəcək. Ayrıca bəla baxımından ən şiddətli kəslər nəbilər olacaq bx. Eyni əsər II. 1334 (nömrə: 4023): Mükafatın böyüklüyü bəlanın böyüklüyü nisbətindədir. Bəla dözdükcə əcr də dözər. Eyni əsər II, 1334 (nömrə: 4031, 4032).

3. Ramuzul-Ehadis s. 136, 1753. hədis (Tabarani filkebir, İbni Adiy, Əbu Hureyreden).

4. el-Camili Ahkamil-Kuran, IV, 172; Buludların növləri və sehab üçün bx. II, 222 (Burada bir yağış məsəli ilə möminlə kafirin vəziyyəti izah edilməkdədir. Bx. Araf Surəsi, 57-58); İbnü Macə, Məhəmməd b. Yezid, Təqdim edəni İbni Macə ISIS(N)I, İstanbul, ty. II, 1319, nömrə: 3987; es-Savaikul-Muhrika s. 211, Sübülüs-Selam IV, 127.



02-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz