Ana səhifə

Qəbirə qarşı dua etmək və o qəbirdə yatan şəxsdən şəfaət gözləmək şirkdir?


YazdırSend to friend

Haqq və xeyr, doğru olan yoldadır. Onun üçün nəfs daim həddindən artıqlığa meyl edər, uclarda gəzmək istər. İfrat və təfrit, həddindən artıqlığın iki zidd qütbü. Birincisində irəliyə və yuxarıya, ikincisində isə geriyə yaxud aşağıya doğru gedilər.

 

İfrat və təfritin at oynatdığı meydanlardan biri də "şəfaət" məsələsi. Bəzilərini görərsiniz. Allahın sevimli qullarının türbələrinə o qədər həddindən artıq və ölçüsüz rəğbət göstərərlər ki, sanki nə qədər günah işlərlərsə işləsinlər orada yatan şəxs, onları bağışlamağa güc çatdırırmış kimi... Bəzilərini də görərsiniz, birincilərin əksinə, övliyanı inkar edərlər, qəbirisitanlıqları yerlə bir etməyi ən böyük İslami xidmət sayarlar. Qəbir ziyarətinə qarşı çıxar, qəbirə doğru dua etməyi şirk sayarlar. Bunların ikisi də həddindən artıq və ikisi də İslamın ruhundan uzaq davranışlar.

 

Şirk, Allaha ortaq qoşma cinayətidir. Bununla daha çox, tövhid inancından azma və birdən çox ilaha inanma nəzərdə tutular. Onsuz da şirkin ən dəhşətli dərəcəsi və bağışlanmadan məhrumiyyətə aparan şəkli də budur.

 

 

Burada gözdən qaçan və çox yaxşı qiymətləndirilməsi lazım olan bir həqiqət var: Allah, bir çox işlərini səbəblər dairəsində icra edir. Bu, Onun qutsi hikmətinin bir gərəyidir. Səbəbləri yaradan da Odur, müəyyən vəzifələrdə işlədilən də. O halda, səbəb nə inkar ediləcək, nə də ona olduğundan çox əhəmiyyət veriləcək. Bunların biri ifrat, digəri isə təfrit. Və ikisi də sıratı müstakimdən uzaqdır.

 

"Bağçamdakı filan ağac, bu il bu qədər meyvə verdi.", deyən adam, ağacı da meyvəni də Allahın yaratdığını bilər. Özünə soruşduğumuzda bunu beləcə ifadə edər. Amma meyvəni ağacın əliylə aldığı üçün danışmasında, məcaz olaraq, bu ifadəni istifadə etmişdir. İndi, bu adama: "Sən şirkə düşdün, ağacı Allaha, əstağfirullah, ortaq qoşdun." deyən adam ifratdadır.

 

İnsanlara rəhmət edən, onları ruzi verən Allahdır; amma ağacı bu rəhmətinə vəsilə etmiş, səbəb etmişdir. Eyni şəkildə, günəşi də kainatı işıqlanmasına səbəb etmişdir. Maddi ruzilərə və işıqlara belə səbəblər yaradan Allahın, mənəvi lütfkarlıqlarına da bəzi məqbul qullarını səbəb etməsi eyni şəkildə qiymətləndirilməli...

 

"Hər xeyr Allahın əlindədir." həqiqət tərəfindən heç kimin və heç bir şeyin əlində Onun vermədiyi bir xeyr ola bilməz. Əgər Rəbbimiz bizlərə hər hansı bir xeyiri başqasının əliylə verirsə, biz o xeyrdə yenə Onun rəhmətini görər, şükrümüzü Ona edərik. Bu bizim tövhid inancımızın gərəyidir.

 

Bağışlanmağa vəsilə olmaq da bir xeyr... Bu da ancaq Allahdan gözlənilər. Bir peyğəmbərin yaxud bir vəlinin qəbirinə, hər xeyr onların əlindəymişcəsinə, bağlanmaq əlbəttə İslamın tövhid ruhuna zidddir və bunu təsdiq etmək də mümkün deyil. Lakin bir qul, günahlarını ancaq Allahın bağışlaya biləcəyinin şüuru içində: "Ya rəbbi məni bu şəxslərin hörmətinə bağışla." deyə duada olsa və bu niyyətlə o mübarək şəxslərin qəbirlərini ziyarət etsə, bunu şirk saymaq da ən böyük bir insafsızlıq olar.



19-11-2009 12:00:00

Düğüme özel