Ana səhifə

Qədər mövzusunda detallı məlumat verərsinizmi? Evlilikdə küllü iradəmi yoxsa cüzi iradəmi var; yəni ana atamız kimi evləniləcək adam Allahın iradəsinəmi (küllü) daxildir?


YazdırSend to friend

1. Qədər mövzusunda ağılınıza gələn hər şeyi soruşa bilərsiniz. Bu vəziyyət qədəri inkar etdiyiniz mənasını verməz. Necə ki Qurandan öyrəndiyimizə görə, Hz. İbrahim əleyhissalam ölülərin necə dirildiləcəyini soruşmuş, sonra da "Allahım inanmadığımdan deyil, ürəyim tətmin (rahat) olsun deyə soruşuram" demişdir. Bu səbəblə bizlər də ağılımıza ilişən suallarımızı soruşa bilərik. Biz dəəlimizdən gəldiyi qədər cavab verməyə çalışarıq.

2. Qədərin əsas mənası "Allahın, olmuş olacaq hər şeyi bilməsi" deməkdir. Diqqət yetirsək insan iradəsini yox saymır. Bilmək ayrı, etmək ayrıdır. Bilən Allahdır, edən quldur. Bu mövzuya bir misal verək;

Peyğəmbərimiz (Salat və Salam onun üzərinə olsun) İstanbulun fəthini və komandirini yüz illər əvvəl müjdələmiş və xəbər vermişdir. Zamanı gəlincə də dediyi kimi çıxmış. İndi, İstanbul Peyğəmbərimiz (aleyhissalatü vesselam) dediyi üçünmü fəth edildi, yoxsa fəth ediləcəyini bildiyi üçünmü söylədi. O zaman Fateh Sultan yatsaydı, işləməsə idi , ordular hazırladıb döyüşməsəydi yenə olacaqmıydı? Demək ki Allah, Fatehin çalışıb İstanbulu fəth edəcəyini bilirdi və bunu elçisi Hz. Peyğəmbər (asv)`a bildirdi.

Buradakı incə nöqtə: Allah bildiyi üçün etmirik. Biz edəcəyimiz üçün Allah bilir. Onsuz da Allahın gələcəyi bilməməsi düşünülə bilməz. Bilməsə və ya bilməyi bacarmasa yaradıcı ola bilməz.

Buna bir nümunə verək; Allah dostu övliyadan bir müəllim düşünək. Şagirdlərindən birinə "Sabah səni bu kitabdan imtahan edəcəyəm." deyir. Lakin müəllim Allahın icazəsiylə onun film, matç, oyun, əyləncə, deyərkən səhər məktəbə çalışmadan gələcəyini bilərək, axşamdan talonuna "0" yazır. Ertəsi səhər şagird soruşulan suallara cavab verə bilmir və sıfırı layiq olduğunu bildiyi anda, müəllim cibindən qeyd dəftərini çıxarıb "Sənin işləməyib sıfır alacağını bildiyim üçün, əvvəldən dəftərə sıfır yazmışdım." deyir. Buna qarşı şagird "Müəllimim sən sıfır yazdığın üçün mən sıfır aldım. Yoxsa keçər bal yazsaydın keçərdim." deyə bilərmi?

Demək ki Allah yazdığı üçün biz etmirik, bizim edəcəyimiz şeyləri bilərək Allah yazır. İşdə buna qədər deyirik.

3. Dünyaya gələn hər insan bir qədər proqramına tabedir. İnsanın nə edəcəyini, başına nə gələcəyini Uca Allah əzəli elmində bilir. Ancaq Allahın bilmiş olması, insanın o işi etməsini məcbur etməz. Çünki Allah, insanın önünə sonsuz seçimlər qoymuşdur.

İnsan öz iradəsini istifadə edərək, hansı yolu seçərsə, Allah onu yaradar. Bu səbəbdən məsul olan insanın özüdür.
Bu məsələdə belə bir nümunə verilər: Bir mənzilin üst qatının nemətlərlə, alt qatının isə işgəncə alətləriylə dolu olduğunu və bir adamın bu mənzilin lifti içərisində olduğunu fərz edin. Özünə, mənzilin bu vəziyyəti daha əvvəl izah edilmiş olan bu adam, üst qatın düyməsini basdığında nemətlərə qovuşacaq, alt qatın düyməsini basdığında isəəzaba uğrayacaq.

Burada iradənin etdiyi tək şey, yalnız hansı düyməni basılacağına qərar verməsi və təşəbbüs etməsidir. Lift isə, o adamın gücü və iradəsiylə deyil, müəyyən fizika və mexaniki qanunlarla hərəkət etməkdədir. Yəni, insan üst qata öz gücüylə çıxmadığı kimi, alt qata da öz gücüylə enməməkdədir. Bununla birlikdə liftin hara gedəcəyinin təyin olunması, içindəki adamın iradəsinə buraxılmışdır.

İnsanın öz iradəsiylə etdiyi bütün işlər, bu ölçüylə qiymətləndirilə bilər. Məsələn; Cənab-ı Haqq, meyxanaya getmənin günah, məscidə getmənin isə fəzilətli olduğunu bildirmişdir. İnsan isə öz iradəsiylə, nümunədəki lift kimi hər iki yerə də getməyə uyğundur.

Hansı düyməni bassa, yəni hara getmək istəsə, bədən oraya doğru hərəkət etməkdə, bu səbəbdən də gedəcəyi yerin mükafatı və ya cəzası o insana aid olmaqdadır.

Evlilik də belədir. Evlənəcək insanın qarşısında çox sayda seçimlər vardır. Necə birini istəmək sizin əlinizdə. Seçiminizə görə Cənab-ı Haqq da yaradar. Allahın bilməsi belə bir seçimdə olmağınızı məcbur etməz.

Qeyri müslim biriylə evlənmədə islamın gətirdiyi ölçü belədir: Müsəlman bir kişi Əhl-i kitab olan Yəhudi və Xristian bir qadınla evlənə bilərkən, Əhl-i kitab olmayan qeyri müslim bir qadınla evlənə bilməz.

Bunun yanında, Müsəlman bir qadının Əhl-i kitab da olsa qeyri müslim bir kişilə evlənməsinə icazə vermir.

4. Qədəri ikiyə ayıra bilərik: ızdırari qədər, ixtiyari qədər.

"Izdırari qədər"də bizim heç bir təsirimiz yox. O, tamamilə iradəmiz xaricində yazılmış. Dünyaya gələcəyimiz yer, anamız, atamız, şəklimiz, qabiliyyətlərimiz ızdırari qədərimizin mövzusudur. Bunlara özümüz qərar vərə bilmərik. Bu növ qədərimizdən ötəri məsuliyyətimiz də yoxdur.

İkinci qisim ixtiyari qədər isə, iradəmizə bağlıdır. Biz neyə qərar verəcəyiksə və nə edəcəyiksə, Allah əzəli elmiylə bilmiş, elə təqdir etmişdir. Sizin soruşduğunuz sual da bu sahədə müzakirə edilməkdədir. Yəni siz bir namizəd tipi təyin edirsiniz və axtarırsınız. Allah da sizin istədiyiniz xüsusiyyətlərə sahib bir neçə adamı önünüzə çıxarır. Siz də bunlardan birini iradənizlə bəyənib qəbul edirsiniz. Alahın alacağınız yoldaşın kim olduğunu əzəldə bilməsi qədər, lakin sizin iradənizlə seçiminiz cüzi iradə dediyimiz insanın məsuliyyət sərhədləridir.

Ürəyimiz döyünür, qanımız təmizlənir, hüceyrələrimiz böyüyür, çoxalır, ölür. Bədənimizdə, bizim bilmədiyimiz bir çox işlər edilir. Bunların heç birini edən biz deyilik. Yatdığımız zaman belə bu cür fəaliyyətlər davam edir.

Amma bunu da çox yaxşı bilirik ki, öz istəyimizlə etdiyimiz işlər də var. Yemək, içmək, danışmaq, getmək kimi hərəkətlərdə qərar verən bizik. Zəif də olsa bir iradəmiz, az da olsa bir elmimiz, cılız da olsa bir gücümüz var.

Yol qovşağında hansı yoldan gedəcəyimizə özümüz qərar veririk. Həyat isə, yol qovşaqlarıyla dolu.

Bu halda, bilərək seçdiyimiz, heç bir məcburiyyətə məruz qalmadan qərar verib işlədiyimiz bir günahı, özümüzdən başqa kimə yükləyə bilərik?

İnsanın cüzi ixtiyarı adı verilən iradəsi, əhəmiyyətsiz kimi görülməklə birlikdə, kainatda etibarlı olan qanunlardan istifadə edərək böyük işlərin meydana gəlməsinə səbəb olmaqdadır.

Kainatdakı fəaliyyətlərdə olduğu kimi, bədən içindəki fəaliyyətlərdə də insanın iradəsi söz mövzusu olmamaqda və insan bədəni, küllü qanun adı verilən ilahi qanunlarla hərəkət etməkdədir. Lakin onun hara gedəcəyinin təyini, insanın iradə və ixtiyarına buraxılmışdır. O hansı düyməni bassa, yəni hara getmək istəsə, bədən oraya doğru hərəkət etməkdə, bu səbəbdən də gedəcəyi yerin mükafatı və ya cəzası o insana aid olmaqdadır.

Diqqət yetirilsə, qədəri bəhanə edərək, "Mənim nə günahım var" deyən adamın, iradəni yox saydığı görülər.

Əgər insan, "küləyin qarşısında sürüklənən bir yarpaq" isə, seçmə qabiliyyəti yoxsa, etdiyindən məsul deyilsə, o zaman günahın nə mənası qalar? Belə deyən adam, bir haqsızlığa uğradığı zaman məhkəməyə müraciət etmir mi?

Halbuki, anlayışına görə belə düşünməsi lazım idi: "Bu adam mənim evimi yandırdı, namusuma dil uzatdı, uşağımı öldürdü, amma üzrlüdür. Qədərində bu hərəkətləri işləmək varmış, nə etsin, başqa cür davranmaq əlindən gəlməzdi ki."

Haqqı tapdalananlar həqiqətən beləmi düşünürlər?

İnsan etdiyindən məsul olmasaydı, "yaxşı" və "pis" sözləri mənasız olardı. Qəhrəmanları təqdirə, xainləri alçaltmağa gərək qalmazdı. Çünki, hər ikisi də etdiyini istəyərək etməmiş olardılar. Halbuki heç kim belə iddialarda olmaz. Vicdani olaraq hər insan, etdiklərindən məsul olduğunu və küləyin qarşısında bir yarpaq kimi olmadığını qəbul edər.

5. Duanın növləri var. Məsələn, sizin sabah bir imtahanınız var. Bu imtahanın duası çalışmaqdır. Buna hərəkəti dua deyilir. İşi gördükdən sonra əllərinizi qaldırar, "Ya Rabbi, mənə xeyirlisini nəsib et!.." deməniz sözlü bir duadır. Safı və xalis bir şəkildə və nəticəyə qənaət edərək dua etmək lazımdır. Çünki, bəzən istədiyimiz bir şeyin haqqımızda xeyirli olmayacağını Allah bilər lakin biz bilmərik. Sonsuz rəhmət sahibi Allahımız da bunun xeyirli olmayacağını bildiyindən ötəri, fərqli bir şəkildə qəbul edər.

Həzrəti Məryəm anamızın doğulma vaxtında anası O`nu məscidə həsr edər. Və O`nun kişi deyil qız olduğunu görüncə çox çaşar və kədərlənər. Alimlərimiz bu vəziyyəti misal gətirərək deyərlər ki, Allah şübhəsiz etdiyimiz duaları qəbul edər. Bəzən daha fərqli və daha gözəl bir surətdə qəbul edər. İşdə Hz. Məryəm 100 kişi dəyərində bir qız. Allah anasının duasını qəbul etmədi deyilməməli. Əksinə "daha gözəl bir surətdə qəbul etdi" deyilməlidir. Bəzən də dünyada heç qəbul edilmədi zənn edilər; lakin cənnətdə daha ülvi və gözəl şəkildə qəbul edilir.

Bu şərhlərə görə, xeyirli yoldaş üçün həm dini ölçülərə görə araşdırmaq həm də dua etmək bizim vəzifəmizdir.



14-03-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz