Ana səhifə

Qədr Gecəsi.


 

Ən nurlu və bərəkətli gecəni Qədr Gecəsində idrak edərik. Quranda adı çəkilən tək ay Ramazan ayıdır; tək gecə də Qədr Gecəsidir. Bu bərəkətli saatların şərəf və qiymətini Kainatın Rəbbi Sevimli Həbibinə xəbər vermişdir. Bu gecənin fəzilətinə o qədər dəyər verilir ki, o vaxtlarda təcəlli edəcək rəhmətin və ruhani hadisələrin izah edilməsi üçün ayrıca bir surə enmişdir. Bu surə Qədr Sürəsidir.

Yenə Cənab-ı Haqq bu gecənin qudsiyyətini bildirmək üçün beş ayəli bir surədə üç dəfə "Ləylətü'l-Qadr" ifadəsini açıq zikr etməkdədir:

"Şübhəsiz, o Qur`anı Qədr Gecəsində endirdik. Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr Gecəsi min aydan daha xeyirlidir."

Ülvi hadisələr də surənin sonunda belə ifadə buyurulur :

"O gecədə mələklər və Cəbrayıl Rəblərinin icazəsiylə hər iş üçün arxa arxaya enər.O gecə sübh açılanadək əmin-amanlıq olur.."

Qədr Gecəsinin ən əhəmiyyətli xüsusiyyəti, cin və insanlara iki dünya səadəti bəxş edən, kainat kitabının əzəli bir tərcüməsi olan uca kitabımız Qur`an-i Kərimin bu gecədə ilk olaraq dünya səmasına endirilməsidir. Daha sonra isə ehtiyaca görə ayə ayə və ya surələr halında vəhyin məzhəri Rəsulu Əkrəm Aleyhissalatu Vəssəlama  Cəbrayıl (ə.s.) vasitəsi ilə təqdim edilmiş olmasıdır.

Yenə bu mübarək gecədə insanlığın əbədi xöşbəxtliyinə səbəb olacaq, ona bərəkətli bir ömürü qazandıracaq bir fürsət verilər. Bu gecəni dua, zikr və ibadətlə keçirən adam, ancaq səksən il kimi uzun bir ömürdə qazana biləcəyi əcr və savabı bir gecədə əldə etmiş olar.

Bu gecədəki İlahi ziyafətə və Quranı süfrəyə başda Qur`an-ı Mübini Rəsulullah sallallahu aleyhi və səlləm`ə vəhy yoluyla gətirən Cəbrayıl olmaq üzrə mələklər də enərək şənləndirərlər.Qəlb və bəsirəti açıq olan möminlərə uxrəvi aləmdən mənzərələr sərgilənər. Mələklərin enməsiylə yer üzü mənəvi bir təzyiqə düşər. Dünya sanki onlara dar gəlməyə başlar. Möminlərin ətrafını əhatə edərək onlara Rəblərinin hədiyyə və rəhmətini müjdələyərlər. Dan yeri ağarana qədər davam edən bu ülvi təcəlli, ümmət-i Muhammədin könüllərinə böyük bir huzurvə səadət dalğası əsdirər.

Qədr Gecəsində belə nurlu hadisələri idrak edərik. Onun qədrini bilməklə də feyiz və bərəkətindən, dünyanı əhatə edən nurani havasından istifadə etmiş olarıq.

Min aydan xeyirlidir deyilməsinin hikməti nədir?

"Min ay" səksən üç il dörd aylıq bir müddətə bərabərdir. Keçmişdəki saleh kəslərin bir ömür boyu qazandıqları mənəvi mərtəbəni bir gecə içində əldə etmə fürsətidir. Rəsulullah (s.ə.v.) səhabələrə İsrailoğullarından bir kimsənin Allah yolunda min ay boyunca silahlı olaraq cihad etdiyini izah etmişdi. Səhabələr bunu eşidincə çaşdılar və öz əməllərini az, gördülər. Bunun üzərinə Qədr Surəsi endirildi.

Başqa bir rəvayətdə Peyğəmbərimiz Səhabələrə İsrailoğullarından dörd adamın səksən il boyunca heç günah işləmədən ibadət etdiklərini izah etdi. Səhabələr bunu heyrətlə qarşıladı. Cəbrayıl Əleyhissalam gəldi, "Ya Məhəmməd, ümmətin o bir neçə adamın səksən il ibadətində heyrətə düşdülər. Allah sənə ondan daha xeyirlisini endirmişdir" deyərək Qədr Surəsini oxudu və, "Məzh bu,  sənin və ümmətinin heyran qalmasından daha xeyirlidir" buyurdu. (1)

Digər bir rəvayətdə Resulullaha bütün ümmətlərin ömürləri göstərilmişdi. Öz ümmətinin ömürünü qısa görüncə, ömürü uzun olan ümmətlərin əməllərini düşündü. Öz ümmətinin bu qısa ömürlərində etdikləri əməllərlə onlara çata bilməyəcəkləri narahatlığı içində kədərləndi. Uca Allah da Həbibinə, bu kədərinə müqabil Qədr Gecəsini verərək digər ümmətlərin min ilindən daha xeyirli etdi. (2)

Qədr Surəsi bu hadisələr üzərinə nazil olmuşdur.

Bu surə, Səhabələrin kədərini yüngülləşdirən bir surədir.

Qədr Gecəsinin Bu Qədər Faydalı Olmasını Necə Açıqlayarsınız?

Bəli bir tək Ramazan, səksən il bir ömür savabı qazandıra bilər. Leyleyi Qədr isə, Quranın bildirməsiylə min aydan daha xeyirli olduğu bu sirrə  bir dəlildir. Elə də: Əzəl və Əbəd Sultanı olan on səkkiz min aləmin Padşah-ı Zülcəlalı; o on səkkiz min aləmə baxan, təvəccöh edən fərman-ı alişanı olan Qur`an-ı Hakimi Ramazan-ı Şərifdə endirmişdir. Əlbəttə o Ramazan, məxsus bir bayram-ı İlahi və bir məşhər-i Rəbbani və bir məclis-i ruhani hökmünə keçmək, Cənab-ı Haqqın hikmətinin muktezasıdır, yəni gərəyidir. Madam Ramazan o bayramdır; əlbəttə bir dərəcə, adi və heyvani məşğuliyyətdən insanları çəkmək üçün oruca əmr ediləcək.

Niyə "Qədr" Gecəsi?

Qədr Gecəsi hökm gecəsi deməkdir. Duxan Surəsində açıqlandığı kimi İlahi təqdir tərəfindən ifadə edilən hökmlər Qədr Gecəsində ayırd edilər. Bu mənada Qədr Gecəsinə təqdir gecəsi deyənlər də vardır. Əslində əşyanın, işlərin və hökmlərin miqdar və zamanları əzəldə təqdir edildiyi üçün burada söz mövzusu olan təqdir, əvvəldən təsbit edilən qədər proqramının yerinə yetirilməsiylə əlaqədar planların hazırlanmasıdır. (3)

"Qədr" sözündə "təzyiq" mənası da vardır. Buna görə o gecə yer üzünə o qədər çox mələk enər ki, dünya onlara dar gəlir.

Bir hədisdə, "O gecə yer üzünə enən mələklərin sayı çay daşlarının sayından daha çoxdur" buyurularaq buna işarə edilər. (4)

Qədr Gecəsinin Ramazanın hansı gecəsinə rast gəldiyi barəsində xeyli çox rəvayət olmaqla birlikdə, Ramazanın son on günündə axtarılması tövsiyə edilmişdir. Bəzi hədisi Şəriflərdən də 27-ci gecəsinə bərabər gəldiyi bildirilməkdədir. "Onu iyirmi yeddinci gecədə axtarın" tərcüməsindəki hədis bu xüsusa işarə etməkdədir. (5)

Bu rəvayətlərin işığında, İslam alimləri Qədr Gecəsinin Ramazanın iyirmi yeddinci gecəsi olaraq qəbul etmiş və beləcə Müsəlmanlar o gecəni Qədr Gecəsi niyyətiylə canlandırmışlar.

Bunun üçün möminlər mümkün mərtəbə, vaxt və imkanları ölçüsündə Qədr Gecəsini qiymətləndirməyə çalışarlar. Yuxu və istirahətlə keçirməməyə cəhd göstərərlər. Çünki bu gecədə hər bir Quran hərfinə otuz min savab verilməkdədir. Digər ibadətlərin savabı da o nisbətdə artmaqdadır.

Qədr Gecəsini qiymətləndirmək və o vaxtın feyiz və bərəkətindən istifadəni artırmaq üçün namaz qılınar, Quran oxunar, Quran təfsirləri mütaliə edilər. Zikr edilər, salavatı şərifə gətirilər. Dualar edilər. Kasıb və kimsəsizlər doyurular, bol bol sədəqə verilər. Hər vəsiləylə vaxt nurlandırılar. Qədr Gecəsinin gətirəcəyi böyük qazanc haqqında rəvayət edilən hədislər ən gözəl təşviq mahiyyətini daşımaqdadır.

"Kim inanaraq, savabını ancaq Allahdan gözləyərək Qədr Gecəsində kıyam üzrə olsa (oyanıq olsa) keçmiş günahları bağışlanılar." (6)

Bu gecədə necə dua edək?

Bunu da Həzrəti Aişə (r.ə.) vasitəsiylə yenə Peyğəmbərimizdən, öyrənək:

"Dedim ki, 'Ya Rəsulullah, Qədr Gecəsinə rast gəlsəm necə dua edim?

Rəsulullah (s.ə.v.)"Allahümme inneke afüvvün tuhibbü'l-afve fa'fu anni (Allahım, Sən bağışlayıcısan, bağışlamağı sevərsən, məni də bağışla) deyərsən' buyurdu"

Qaynaqlar

1) Haqq Dini Quran Dili. 6:4592

2) Muvatta. İtikaf:6

3) Duxan Surəsi, 3.

4) Haqq Dini Quran Dili, 9:5970.

5) Müsnəd, 2:27.

6) Buxari, Siyam: 71, İbni Macə, Dua



20-08-2011 12:00:00