Ana səhifə

Qəza namazına necə niyyət edilir? Neçə vaxt namazım qəzaya qalmış bilmirəmsə nə etməm lazımdır ?


YazdırSend to friend

       Qəza namazlarını qılarkən vaxtı təyin etməyə ehtiyac yoxdur(altı vaxtdan çox namaz qəzaya qalarsa). Bu çox çətin olacağından asan olanı etmək daha uyğundur. Bir qəza namazı belə niyyət edilərək qılınar:
        Məsələn: " vaxtında qıla bilmədiyim ilk günorta namazını qılmağa" yaxud " ... son günorta namazını Allah rizası üçün qılmağa niyyət etdim . " Beləcə qəzaya qalmış olan namazlar , ya ilk qəzaya qalmış olanından başlanmış olar və ya ən son qəzaya qalmış olanından başlanmış olar ki , hər iki halda da müəyyən bir nizama görə keçmiş namazlar qılınaraq azalmış olar.          

      Daha asan olması baxımından "Üzərimdə olan bir günorta və ya ilkindi namazını qəza edirəm " şəklində niyyət etmək də kifayətdir.
      Bir vaxtın namazı qəza ediləcəyi zaman əvvəl bir azan oxunar , sonra iqamət gətirilərək qılınar. Birdən çox qəza namazı qılınacağı zaman da hamısı üçün bir azan kifayyət edərkən, hər fərz namazı üçün ayrı-ayrı iqamət gətirmək sünnədir.
      Qəzaya qalmış olan namazların neçə vaxt olduğunu qəti olaraq bilməyən kimsə, təxmininə görə hərəkət edər .Ədəd baxımından tam bir təxmin edə bilmirsə , üzərində qəza namazı qalmadığı qənaətinə çatana qədər qılar.
     Eyni namazları qəzaya qalmış olanlar , bu namazı camaatla qıla bilərlər . Lakin fərqli fərqli namazları qılmağa qalxanlar tək bir camaat ola bilməzlər; ayrı-ayrı qılmaları lazımdır.
     Qəza namazlarını , mümkünsə evdə qılmağı seçməlidir. Əgər bu namazlar bəhanəsiz olaraq qəzaya buraxılmışsa bir günah sayılacağından bunu nümayiş etmək uyğun olmaz



21-04-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz