Ana səhifə

Qadının yaradılışı necə olmuşdur ?


YazdırSend to friend

Quran-ı Kərimin açıq ifadəsiylə ilk insan Hz. Adəmdir. Cənabı Haqq onu yaradarkən torpaq ünsürünü seçmiş, ondan yaratmış, daha sonra da ruh vermişdir. İlahi hikmət, həm Hz. Adəmə bir can yoldaşı olması həm də insan növünün törəyib çoxalması üçün Həvva anamızı yaratmışdır.

 

Nisa Surəsinin 1-ci ayəsində bu yaradılış, "O insandan yoldaşını bədənə gətirdi" tərcüməsindəki cümləsiylə ifadə edilər.

 

Məşhur təfsirlərdə bu ayə açıqlanarkən belə deyilər: Cənabı Haqq, Həvvanı Hz. Adəmin sol qabırğa sümüyündən yaratdı. O sırada Hz. Adəmi yüngül bir yuxu tutdu. Bir müddət sonra oyandığında Hz. Həvvanı gördü. İlk anda çaşdı, sonra çox sevindi. Ürəyi dərhal ona istiləndi və aralarında bir ünsiyyət və ülfət meydana gəldi.

 

Bu məsələ hədisdə açıq bəyan edilər. Bu barədə rəvayət edilən iki hədisin tərcüməsi belədir:

 

Əbu Hüreyrə (r.ə.) rəvayət edir. Rəsulu Əkrəm Əfəndimiz (s.ə.s.) belə buyurmuşdur: "Qadın qabırğa sümüyündən yaradılmışdır. O, istədiyin şəkildə həyata dümdüz davam edə bilməz. Əgər ondan faydalanmaq istəyirsənsə bu əyri halıyla birlikdə faydalanarsan. Tam arzuna görə düzəltməyə qalxsan onu qırarsan. Onun qırılması da boşanmasıdır."

 

Hz. Əbu Hüreyrənin başqa bir rəvayətində də Peyğəmbər Əfəndimiz (s.ə.s.) belə buyurur:

 

"Allaha və Axirət gününə iman edən, bir məsələyə şahid olduğu, gördüyü zaman ya xeyr danışsın və ya sussun. Qadınlar haqqında yaxşılıq və xeyr tövsiyə edin. Çünki onlar qabırğa sümüyündən yaradılmışlar. Qabırğa sümüyünün ən əyri tərəfi də üst tərəfi, uc qisimidir. Əgər onu istiqamətləndirib düzəltməyə cəhd etsəniz, onu qırarsınız. Öz halında buraxsanız daim əyri qalar. Elə isə bir-birinizə, qadınlara yaxşı davranmağı tövsiyə edin" (1)

 

Hədis, ilk qadın olması etibarilə Hz. Həvvanın, bu səbəbdən bütün qadın sinifinin həm maddi baxımdan yaradılışına, həm də xasiyyət, xarakter, təbiət və təməlinə işarə etməkdədir. Hz. Həvva ilk qadın idi. Cənabı Haqq onu bir hikmət əsəri olaraq Hz. Adəmin bir parçasından yaratmışdı. Daha sonrakı bütün qadın və kişilər bu iki insandan törəmiş, çoxalmışdır.

 

 

(1). Müslim, fəda: 59-60.



17-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz