Ana səhifə

Qalu-bəladakı ruhların hamısı bir-birinə bərabərdir? Ağıl, hirs, xoşbəxtlik, kədərlənmə vs. ruhun xüsusiyyətləridir?


YazdırSend to friend

- Allahın varlığı, birliyi, ağalığı vs kimi imtahanın təməl suallarını qavramaqda, bütün ruhların eyni təchizata sahib olduğunu söyləyə bilərik. Ancaq, bu təməl funksiyanın xaricində qalan sahələrdə aralarındakı fərqlərin olduğunda şübhə yoxdur. Bir peyğəmbərin ruhu ilə, normal bir insanın ruhu arasında fərqlərin olması təbiidir. Bu fərqlilik, imtahanın təməlinə zidd olmadığı üçün, ədalət anlayışını zədələyəcək bir vəziyyət deyil. Əksinə, peyğəmbərlərin ruhunda, sədaqət, fərasət, iffət, ədalət, səbir, şücaət, zəka, ağıl kimi xüsusiyyətlərdə digər insanlardan fərqli bir səviyyəyə sahib olmaları -vəzifələri baxımından- zəruri bir müsbət ayrı-seçkilikçilik çərçivəsində qiymətləndirilməlidir. Bu xüsusun, digər insanlar üçün də etibarlı olduğunu dünyada cəsədə bürünmüş ruhların xaricə əks olunan tutum və davranışından da anlamaq mümkündür.

- Ağıl, hirs, xoşbəxtlik, kədərlənmə vs ruhun xüsusiyyətləridir. Mücərrəd bir ruhani olan mələklərin ağıllı, şüurlu olmaları, sevinib əsəbiləşmələri bu həqiqətin bir ifadəsidir.

Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).(Tahrim Surəsi, 6) tərcüməsindəki ayə, mələklərin şüurlu-ağıllı bir varlıq olduğuna dəlalət etdiyi kimi, onların Allah adına kafirlərə qarşı çox sərt və hirsli olduqlarına da işarə etməkdədir.

Lut qövmünü həlak edən mələklərdən danışan ayələrdən də eyni mənanı anlaya bilərik. (bx. Hud, 11/81-83; Hicr, 15/59-61; Məhəmməd, 47/27).

Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!"(Fusilet Surəsi, 30) tərcüməsindəki ayədə, möminlərə cənnət müjdəsiylə sevinmələrini söyləyən mələklərin bu ifadələrindən, onların da bu sevinc və xoşbəxtliyə ortaq olduqlarını görürük.

Aşağıdakı hədisdə mələklərin həm sevgi həm də hirsə sahib olduqlarını görürük: Əbu Ümamə izah edir: Hz. Peyğəmbər (s.ə.s.) belə buyurdu: "Allah bir qulunu sevsə Cəbrayıla ‘Mən filanca adamı sevirəm, siz də onu sevin' buyurar. Beləcə dünyada ona qarşı sevgi seli meydana gəlir. Əgər Allah bir quluna buğz etsə, Cəbrayıla "Mən filan adama qızğınım, siz də ona buğz edin' deyə buyurar. Bunun üzərinə Cəbrayıl ‘Şübhəsiz ki Rəbbiniz filan adama buğz edir, siz də ona buğz edin (kin bəsləyin, ona hirslə baxın)' deyə çağırışda olar. Beləcə dünyada onun üzərinə kin və nifrət sel kimi axar. "(bx. Məcmauz-Zəvaid, 10/271)

Əbu Hureyredən gələn rəvayət isə belədir:

"Şübhəsiz ki, Allah bir qulunu sevsə Cəbrayıla ‘Mən filanca adamı sevirəm, sən də onu sev' buyurar. Bunun üzərinə Cəbrayıl onu sevər və göydəkilərə bu çağırışda olar: ‘Allah filan qulunu sevir siz də onu sevin.'  Beləcə göydəkilər də onu sevər və ardından dünyada ona qarşı  hörmət-sevgi seli meydana gəlir. Əgər Allah bir quluna buğz etsə, Cəbrayıla "Mən filan adama hirsliyəm deyə buyurar. Bunun üzərinə Cəbrayıl da ona qarşı kin saxlayar və göydəkilərə də bu çağırışda olar: ‘Şübhəsiz ki Rəbbiniz filan adama buğz edir, siz də ona buğz edin (kin bəsləyin, ona hirslə baxın)' deyə çağırışda olar, onlar da ona kin saxlayarlar və ardından da dünyada ona qarşı kin və nifrət yaradılar. "(bx. Əhməd b. Hənbəl, 2/413; Kənzul-Ummal, h. Nömrə: 37060).



14-11-2009 12:00:00

Düğüme özel