Ana səhifə

QAN NƏCİSDİRMİ?


YazdırSend to friend

Ölkəmizdə yayğın olan qənaətə görə insan qanı mütləq olaraq nəcis sayılmır və dolayısıyla namaza əngəl deyildir.

Lakin bu görüş elm əhlinin icmasına müxalifdir və bizə düşən avamın bu mövzuda xəbərdar edilməsidir. Beləcə nəcasətdən və namazlarını batil etməkdən qorunmuş olarlar. Eyni zamanda elm aldıqları qaynaqların ciddiliyi mövzusunda bir daha durub düşünmələrinə səbəb olmuş olarıq ki, bu üzərində çoxdan düşünmələri gərəkli olan bir məsələdir.


İmam Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) bu haqda deyir:

وفيه أنَّ الدمَ نجِسٌ وهو بإجماعُ المسلمين

"Bu hədisdə qanın nəcis olduğuna dəlil vardır. Qan, müsəlmanların icmasıyla nəcisdir." 

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Sahihu Muslim bi Şərhin Nəvəvi: 3/257
Muəssəsətu Qurtuba: 1414/1994


والدلائلُ على نجاسةِ الدمِ متظاهرةٌ , ولا أعلمُ فيه خلافاً عن أحدٍ مِن المسلمين , إلا ما حكاه صاحبُ الحاوي عن بعضِ المتكلمين أنه قال : هو طاهرٌ , ولكنَّ المتكلمينَ لا يُعتَدُّ بهم في الإجماعِ والخلافِ على المذهَبِ الصحيحِ الذي عليه جمهورُ أهل الاصولِ مِن أصحابنا وغيرِهم , لا سيما في المسائل الفقهيات

"Qanın nəcis olması haqda dəlillər açıqdır. Müsəlmanlardan heç kimin bu mövzuda ixtilaf etdiyini bilmirəm. Ancaq "Əl Havi" kitabı sahibi (Əbul Hasən Əl Məvərdi) bəzi kəlamçılardan qanın təmiz olduğu görüşünü nəql etmişdir.

Lakin, əshabımızdan və digərlərindən olan üsulçuların cumhurunun üzərində olduğu doğru görüşə görə icma və ixtilafda, xüsusən də fiqhi məsələlərdə kəlamçıların sözünə önəm verilməz."

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 2/557
İdarətut Tibəatil Muniriyyə

***

Alləmə İbn Abdil Bərr (368-463 h/978-1071 m) "Əl İstizkar" adlı əsərində bu haqda heç bir ixtilafın olmadığını deyir:

وهذا الحديث أصلٌ في غَسْل النجاسات مِن الثيابِ ؛ لأنَّ الدمَ نجسٌ إذا كان مسفوحاً ، ومعنى المسْفوح : الجاري الكثيرُ

ولا خلافَ أن الدمَ المسفوحَ رِجْسٌ نجِسٌ ، وأنَّ القليلَ مِن الدمِ الذي لا يكونُ جارياً مسفوحاً متجاوزٌ عنه

"Paltardan nəcasətlərin yuyulması mövzusunda bu hədis dəlildir. Çünki, məsfuh qan nəcisdir. Məsfuhun mənası: axan, çox qan deməkdir.

Bu nöqtələrdə ixtilaf yoxdur: 1) Məsfuh qan pis və nəcisdir, 2) Az olduğu üçün axmayan qan bu hökmdən müstəsnadır."

Qaynaq: İbn Abdil Bərr: Əl İstizkar: 3/204
Qahirə: 1414/1993

***

Məşhur müfəssir Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) mövzumuz barədə deyir:

اتفقَ العلماءُ على أن الدمَ حرامٌ نجِسٌ

"Qanın haram və nəcis olduğu mövzusunda alimlər ittifaq etmişlər."

Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 3/30
Beyrut: Ər Risələ: 1427/2007

Təliq: Müfəssirlərdən Əbu Hafs Ömər "Əl Lubəb fi Ulumil Kitəb", Xazin "Lubəbut Təvil fi Məanit Tənzil", Əbu Bəkr İbnul Arabi "Əhkəmul Quran" adlı kitablarında qanın nəcisliyi haqda icma nəql etmişlər.

***

Hənəfi alimlərindən Bədruddin Əl Ayni (762-855 h/1361-1451 m) "Əl Hidəyə"adlı əsərin şərhində deyir:

ونجاسته مُجمَعٌ عليها بلا خلافٍ وهو حجةٌ قطعيةٌ ، والمرادٌ مِن الدمِ الدمُ المسفوحُ

"(Qanın) Nəcis olması üzərində icma edilmiş, heç bir ixtilafın olmadığı məsələdir. Bu isə qəti dəlildir. Qandan murad axan qandır."

Qaynaq: Bədruddin Əl Ayni: Əl Binəyə fi Şərhil Hidəyə: 1/737
Darul Fikr: 1411/1990

***

Qanın nəcisliyi haqda icma nəql edənlərdən biridə məşhur Zahiri alimi İbni Hazmdır (384-456 h/ 994-1064 m). O, icma edilən mövzuları topladığı "Məratibul İcma" adlı əsərində deyir:

اتفقوا على أنَّ الكثيرَ مِن الدمِ أيُّ دمٍ كانَ - حاشا دمِ السمكِ ، وما لا يسِيل دمُه - نجسٌ

"(Alimlər) ittifaq ediblər: Nəyin qanı olursa olsun, çox miqdarda qan nəcisdir. Balıq və qanı axmayan canlıların qanı bu hökmdən müstəsnadır."

Qaynaq: İbni Hazm: Məratibul İcma: 23
Beyrut: Darul Əfaqil Cədidə: 1402/1982

 —

Müəllif: 


27-05-2018 02:35:35

Düğüme özel