Ana səhifə

Qarabasan haqqında məlumat verərsiniz, belə bir şey varmı, necə qorunarıq?


YazdırSend to friend

Bu hadisəyə qarabasan və ya tüklü varlıq deyilir. Bu hadisənin əsli vardır. Ancaq təhlükəli bir yan yoxdur. Bəzi cinlərin maqnetik cəhətdən ağır olan bəzi insanlara müxtəlif şəkillərdə görünməsidir. Cinlər bünyəsi həssas və maqnetik xüsusiyyət daşıyanlar ilə əlaqə qura bilərlər. Eyni yerdə yalnız bir adam hiss edər digərləri anlamaya bilər. Demək ki maqnetik bir vəziyyətiniz söz mövzusudur. Təhlükəli bir vəziyyət yoxdur.

Buna bənzər mövzular üçün edəcəyimiz tövsiyələr bunlardır:

1. Dəstəmaz alıb 2 rükət namaz qılıb dəstəmazlı yatmaq.

2. 33 dəfə Subhanəllahi, 33 dəfə Əlhəmdülillah və 34 dəfə Allahu əkbər deyərək yatmaq.

3. 7 dəfə ayətəlkürsiyi oxuyub sağa, sola, arxaya, önə, alta və üstə üfləyib yeddincisinə üfləmədən yatmaq

4. Fatihə, nas, fələq, ixlas surələrini oxumaq

5. Cövşən duasını oxumaq və üzərinizdə Cövşən duasını saxlamaq

Qorxu kimi şeylərdən qorunmaq üçün dua etmək və ayə ilə hədis kimi şeyləri yazıb daşımaq dini baxımdan caizdir. Abdullah bin Ömər Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) belə rəvayət etmişdir:

"Sizdən biriniz yuxuda qorxarsa belə desin: Allah'ın qəzəb və əzabından və qullarının şərindən, şeytanların vəsvəsəsindən və yanıma gəlmələrindən qüsuru olmayan Allah`ın sözlərinə sığınaram" O zaman, heç bir şey ona zərər verməz . Abdullah bin Amr onları təmyiz (doğru ilə yanlışı ayıra bilmək) çağına gələn uşaqlarına öyrədər, temyiz çağına gəlməyən uşaqları üçün yazıb onların boynuna asardı. (Tirmizi, Dəavat, 94)

Ancaq bunları istismar edib peşə halına gətirən və saf qadınlarla əl birliyi edib onlarla birlikdə olmaq qətiyyən haramdır. (Günümüz məsələlərinə Fətvalar? 2, Yasin Yayınevi, s: 258)

Oxuyub üfləmək mövzusu:

Ayət-əl kürsi, Fələq, nas, fatihə kimi surələri və ya ayələri oxuduğu zaman Peyğəmbərimizin sağına soluna önünə arxasına əllərinə və xəstə olan hər hansı bir kimsəyə üflədiyi hədis kitablarımızda yazılmışdır.

Bunun səbəbi insanın maddi xəstəliklərdən qorunmaq üçün maddi tədbirlər aldığı kimi mənəvi və zərərli şeylərdən qorunmaq üçün də belə tədbirlər alması üçündür. Bizi yaradan Allah Peyğəmbərimiz vasitəsiylə necə korunacağımızın yollarından birini göstərmişdir.

Bu mövzunu izah edən hədislərdən birini şərhiylə birlikdə təqdim edirik.

Hz.Aişə (radıyallahu ənhə) nəql edir:

"Hz. Peyğəmbər (aleyhissalatu vəssalam) yatağına girdiyi zaman, əllərinə üfləyib Muavvizatəyn'i (Fələq və nas surələri) və qulhuvallahu əhad'i (ixlas surəsini) oxuyar əllərini üzünə və bədəninə sürər və bunu üç dəfə təkrar edərdi. xəstələndiyi zaman eyni şeyi ona etməmi əmr edərdi ". [Buxarî, Fədailul-Qur`an 14, Tibb 39, Dəavat 12; Müslim, Səlâm 50, (2192); Muvatta, Ayn t5, (2,942); Tirmizi, Dəavat 21, (3399); Əbu Dâvud, Tibb 19, (3902).]

ŞƏRH:

1. Hz. Peyğəmbər`in (əleyhissalatu vəssalam)  Qur'an-ı Kərimi xəstəliyi əsnasında şəfa üçün oxuduğu, sənədə əsaslanan rəvayətlərdə gəlmişdir. Əsasən Qur'anın möminlər üçün maddi və mənəvi şəfa olduğu ayəti-kərimədə bildirilmişdir:

"Qur'andan, iman edənlərə rəhmət və şəfa olan ayələr nazil edirik, O, zalımların isə sadəcə itkisini artırır" (İsra surəsi, 82 ). Həmçinin:

"Ey insanlar, Rəbbinizdən sizə bir öyüd-nəsihət və qəlblərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən bir rəhbər və mərhəmət gəlmişdir" (Yunus surəsi, 57).

2. Hz. Peyğəmbər əleyhissalatu vəssalam`ın öz vücuduna icra etdiyi "nəfəs" in mahiyyəti haqqında məlumat vermək üçün, İbnu Həcər, rəvayətin fərqli cəhətlərini yazar. Buna görə, öncə əllərini cəmedər, sonra əllərinə üfürür, sonra oxuyur və oxuma əsnasında əlinə üfürərdi. İbnu Həcər, bu üfürməyin tüpürcəksiz və ya xəfif tüpürcəkli ola biləcəyini bildirir. Bu məqsədlə Fələq, Nas və İxlas surələri oxunmuşdur.

Məsh etmə işi, bərəkət düşüncəsiylə edilmişdir. Rəsulullah (əleyhissalatu vəssalam) əllərini əvvəl başına, üzünə sürtər, ondan sonra əlinin çatabildiyi yerlərə qədər bütün vücuduna sürtərdi. Hz. Aişə deyir ki: "Rəsulullah, özünü götürən xəstəliyə tutulunca, mən oxuyub üzərinə üfürürdüm. Öz əlləriylə də bədənini məsh edirdim. Çünki onun əlləri bərəkət yönü ilə mənim əlimdən çox üstün idi". Bir başqa rəvayətdə Hz. Aişə məsh edib, şəfa üçün dua edərkən özünə gələn Rəsulullah`ın: "Artıq xeyr, (şəfa deyil), Allah`dan Rəfîq-i A'la'yı (ən yüksək dost olan Allah) istəyirəm" dediyi ifadə edilər.

3. Bəzi rəvayətlər, Qur'an`dan oxuyub nəfəs edərək müalicəni Hz. Peyğəmbər aleyhissalatu vəssalam`ın ailə fərdlərinə da tətbiq etdiyini bildirir . Səhabə veTâbi`in də eyni müalicə üsuluna müraciət etmişdir. Üləma bunun cəvazında (icazə) ittifaq etmişdir.

4. Nəfəsi "tüpürcəksiz xəfif üfürmək" deyə tərif edən Nəvəvi, rukyədə bunun müstəhəb olduğunu, üləmanın cevazında icma etdiyini bildirir. Hz.Aişə`yə (radıyallahu anha) Hz. Peyğəmbər aleyhissalatu vəssalam'ın rukyədə yer verdiyi nəfəs'dən soruşulmuşdu, bu cavabı verdi: "Onun nəfəsi, quru üzüm yeyənin üfürməyi kimi idi, qətiyyən tüpürcək yox idi.'' Qəsdsiz olaraq nəfəslə birlikdə çıxacaq olan rütubətin tüpürcək sayılmayacağı göstərilmişdir.

Mənbə: Prof. Dr. İbrahim Canan, Kutub-i Sittə Müxtəsəri, 7. cild, Akçağ Çap Nəşr, Ankara, 1988, s. 50-51



27-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz