Ana səhifə

Qassas surəsi, 56-cı ayənin təfsiri..


YazdırSend to friend

   

   Hidayət (iman), qulun iradəsini istifadə etməsindən sonra, Allah'ın o qulun qəlbinə qoyduğu bir nurdur.

   Hidayət: "doğru yolu göstərmək. İrşad etmək. Rəhbərlik etmək, haqqı haqq, batili batil görüb doğru yola girmək, batildən və dəlalətdən uzaqlaşmaq. "

   "Bəli insanın əlindəki cuzi iradəsi ilə işlədikləri feillərində, Cənâb-ı Haqq'a âid nəticələri düşünməmək lazımdır. (...)

    Üstâd-ı Mütləq və hər kəsin Ona tabe olduğu və Rəhbər-i Əkməl (ən mükəmməl bələdçi) olan Rəsuli-i Əkrəm Aleyhissalatu Vəssalam: [Peyğəmbərə düşən ancaq təbliğdir] olan İlahi fərmanı özünə mütləq rəhbər edərək, insanların çəkilməsiylə və dinləməməsiylə daha çox səy və cəhd və ciddiyyətlə təbliğ etmiş. Çünki:  [Şübhəsiz ki sən, sevdiyin kimsəni hidayətə yönəldə bilməzsən; fəqət Allah, dilədiyi kimsəni hidayətə qovuşdurar] sirri ilə anlamış ki, insanlara dinlətdirmək və hidayət vermək, Cənâb-Haqqın vəzifəsidir. Cənâb-Haqqın vəzifəsinə qarışmazdı. (...)

    Siz də, sizə aid olmayan vəzifəyə, feillərinizi bina etməklə qarışmayın və Xâliq`inizə qarşı təcrübə mövqeyini almayın! "(Lem'alar, 17. Lem 'a, 137-138).  (Bədiiuzzaman Səid Nursi)

 

    Doğrusu sən sevdiyinə hidayət verə bilməzsən. Burada hidayətdən məqsəd yalnız sözlə yaxşılığa sövq etmək deyil, əməldə, o yola qovuşdurmaqdır. Onun üçün "Şübhəsiz ki sən doğru yolu göstərməkdəsən." (Şura, 42/52) ayəsinə zidd olmaz. Bu ayə əvvəlinə və sonrasına baxaraq Rəsulullahı təsəlli üçündür. Çünki ilk öncə mərhəmətə layiq görüldüyü üçün qorxutduğu, müsəlman olmalarını şiddətlə istədiyi qövmünün, yaxından sevdiyi qonşularının, qohumunun gələn haqqa iman etməyib yaşadıqları halda israr etmələri, Qur'ân'ı dinlər dinləməz "Biz buna iman etdik, biz əvvəlcədən də müsəlmanlardan idik" deyən əcnəbilərin əksinə olaraq peyğəmbərlik bərəkətindən məhrum qalmaları onu üzmüşdü.

    Buxari, Müslim və digər bir çox hədis kitablarında və təfsirlərdə bunun xüsusilə Əbu Talib səbəbiylə endirildiyi rəvayət edilir. Bununla bərabər, Fəxrəddin Razi, bu ayənin görünüşündə Əbu Talibin küfrünə bir dəlil olmadığını xüsusilə xatırlatmışdır.

Elmalili Hamdi Yazır

 

    Yaxud: "Allah'dır, istədiyi şəxsi doğru yola yönəldən". Sintaksis olaraq eyni ifadə üçün hər iki tərcümə də doğrudur. Son dərəcə etibarlı müxtəlif Hədis rəvayətlərinə görə yuxarıdakı ifadə, Hz. Peyğəmbərin, çox sevdiyi və özünü həyatı boyunca sevib qorumuş olan ölüm yatağındakı əmisi Əbu Talibə atalarının müşrik inanclarını buraxıb Tek Allah inancını mənimsəməsi istiqamətində etdiyi təlqinlərdən nəticə ala bilməməsiylə bağlıdır. Əbu Cəhil və digər Məkkəli böyüklərin təsiriylə Əbu Talib, özündən nəql edilən sözlərlə, "Abdulmuttalibin dininə" (Buxari) yaxud rəvayətin (Təbəri nəql etdiyi) başqa bir yoluna görə, "Atalarının (əl-eşyâh) dininə" bağlı olduğunu ifadə edərək son nəfəsini vermişdir.

   Bununla yanaşı, yuxarıdakı ifadə ("sən sevdiyin hər kəsi doğru yola yönəldə bilməzsən") zamanla məhdudlaşmayan bir əhəmiyyətə sahibdir; və bu mənada, insanın, bir başqa insanı, bu insan çox sevdiyi biri də olsa, öz istək və meyli olmadıqca doğru yola salmağa, doğruya inandırmağa ya da yanlış və xətalı olan cizgidən uzaqlaşdırmağa çalışmasının bir nöqtədən sonra yararsız olduğuna işarə etməkdədir.

   "Muhtəd" in ifadəsi üçün yuxarıda mənimsənən tərcümə, bu məna hörgüsü içində, bir çox klassik müfəssirlərin etdiyi şərhlərlə üst-üstə düşür; məs. "Doğru yol rəhbərini qəbul edənlər" (Zəməxşəri); "Zaman içində doğru yolu tapan hər kəs" (Râzî); "Doğru yola girməyə meylli və niyyətli olanlar (musta'iddîn)" (Beydavi); "Hidayəti haqq edən, layiq olan hər kəs" (İbni Kəsir) və s. Bütün şərhlərdən bu anlaşılmaqdadır ki, Allah'ın hidayəti, ancaq buna çatmaq istəyənlərə vəd etdiyi rəhmətin ən son əlamətindən ibarətdir.

Muhamməd Əsəd

--------------------------------------------------------

   Ayənin qruluşundan  çıxan nəticəyə görə bu ifadənin Həbəşistandan gələn Xristianların iman etməsindən sonra Rəsulullaha (aleyhissalam) nisbət edilərək zikr edilməsindəki məqsəd Məkkə müşriklərini xəcalətli vəziyyətə salmaqdı. Belə ki: "Ey biçarə insanlar nə qədər səfilsiniz. Öz şəhərinizdə, gedib çatıla biləcək bir rəhmət mənbəyi varkən və uzaq diyarlardan insanlar, ondan faydalanmaq üzrə gəlirkən, sizlər özünüzü belə, istəyərək ondan məhrum buraxırsınız."

    Ancaq eyni şey bu şəkildə dilə gətirilmişdir, "Ey Muhamməd. Sən bu həyat verən öz sudan; qəbilən, qohumların, yaxınların, sevdiyin insanlar faydalansın istəyirsən, amma yalnız sənin istəməyin kifayət deyil. Hidayət vermək Allah'ın qüdrətilədir. O yalnız hidayəti qəbul etməyə meyilli olduğunu gördüyü insanları onunla lütfləndirər. Əgər sənin qohumlarında bu meyil yoxdursa onlar bu lütfə necə qovuşa bilər? "

Müəllif: 


14-04-2017 01:33:45