Ana səhifə

Qazancın hər hansı həddi varmı? Həddi aşan (ifrata varan) qazanc nədir, miqdarı yüzdə nəçədir?


YazdırSend to friend

Ayə və hədislərdə ticarət və qazancdan ümumi olaraq bəhs olunmuş və iqtisadi həyatın müəyyən prinsiplər əsasında davam etməsi istənmişdir. Qazancın da təbii və əxlaqi normalar çərçivəsində əmələ gəlməsi əsas götürülmüşdür. Ancaq azad rəqabət əsasını qorumaq və insanların təməl əhtiyaclarının istismar edilməsinə əngəl olmaq üzrə lazımi tədbirlər görülmüşdür. Sələmin, əhtikarlığın qadağan olunması və əhtiyac ananında nırxa müraciət edilməsi bunlar arasında sayıla bilər.

Odur ki, İslamda alış-verişlərdə hər hansı qazanc həddi müəyyənləşdirilməmişdir. Ümumiyyətlə tələbat qanunlarına bağlı azad rəqabət əsaslarına görə öz-özlüyündən əmələ gələn qiymətlər məyar olmuşdur.

Allah Əlçisinin qiymətlərə müdaxilə etməsi və qazanc həddinin müəyyən edilməsi üçün olunan müraciətlərə verdiyi bu cavab müasir iqtisadiyyat üçün də bir mənalıdır:

Şübhəsiz qiymət təyin edən, dara salan və bolluq verən, ruzi verən Allahdır. Mən sizdən birinin mal və can mövzusunda bir haqsızlıqdan ötrü haqqını məndən tələb edən olduğu halda Rəbbimə qovuşmaq istəmərəm. " (Əbu Davut, Büyu, 49; Tirmizi, Büyu, 73; İbn Macə, Ticarat, 27; Əhməd İbn Hənbəl, ll, 327.)

Onu da qəyd etmək lazımdır ki, alqı-satqı əqdində müəyyən qazanc həddinin qoyulmaması, satıcının istədiyi qiymətə sata biləcəyi mənasına gəlmir. Yalan and, malın qüsurunu gizletmə, malda olmayan vəsflərlə malı tərifləmə, maliyyəti yüksək göstərmə, mal azlığından istifadə etmə kimi yollarla müştərini təsir altına salaraq öz qiymətinin çox üstünə qoymaq “fahiş qiymət” həsab olunur. Məhz buradakı haqqı olmayan yüksək məbləğ satıcıya halal olmaz.

Həddi aşan (ifrata varan) qazanc nədir, miqdarı yüzdə nəçədir?

İslamda aldatma “qəbn” tərmini ilə ifadə edilir. Qəbn, fahiş və yəsir olmaqla iki qismdir. Çox və az aldatma mənalarına gəlir. Az miqdarda aldatma alış-verişlərdə zərər verməz. Çünki bundan tamamilə qaçınmaq qəyri-mümkündür. Bununla birlikdə insanlar az miqdarda olan qiymət fərqliliklərinə narazılıq etməzlər. Lakin normal qiymətlərdən çox yuxarı olarsa, müştəri aldadıldığını fikirləşər və həmin üstünə qoyulan məbləği satıcıya halal etməz. Bələliklə də fahiş qiymət (yüksək, həddi aşan) məsələsi ortaya çıxar.

Fahiş qiymət miqdarları ictihadla müəyyən edilmişdir. Hənəfilərə görə mütəxəssislərin müəyyən etdiyindən çox yüksək və ya çox aşağı qiymətlərdə “ğəbn” (aldanma) məydana gəlir. Bəlxli İslam hüquqşünaslarından Nüsəyr İbn Yəhyə (v. 268/881) alqı-satqı əqdində prədmət olan malların bazar qiymətlərini və insanların bu mala olan əhtiyaclarını nəzərə alaraq fahiş qəbni; daşınmaz əmlaklarda 20%, həyvanlarda 10% və digər daşınan mallarda isə 5% olaraq müəyyən edildiyini və normal qiymətlərin buradakı göstəricilərdən yüksək və ya aşağı satışlarda fahiş qəbn əmələ gəldiyini bildirmişdir.(İbn Nücəym, əl-Bəhrur-Raiq, VII, 169.)

Bu göstəricilərə çatmayan əlavələr də yəsir qəbn əhatəsinə daxildir. Məcəllənin 165-ci maddəsində bu göstəricilər qanunlaşdırılmışdır.

Bundan əlavə fahiş qəbnin alqı-satqı əqdinin fəsx (ləğv etmə) səbəbi ola bilməsi üçün aldatma ilə birlikdə olmalıdır. Əks təqdirdə yalan və hiylə olmadıqda, bir kəsin müştəriyə verdiyi düzgün məlumatlarla malını istədiyi qiymətə satmasında hər hansı İslami bir maneə yoxdur. (İbn Abidin, RədduI-Muxtar, IV, 159.)

Malikilərə görə malın dəyərinin üçdə birindən yüksək və ya aşağı olması fahiş qiymətdir. Hz. Əbu Bəkrin (ra) tətbiqatı da bələ olmuşdur.

Gəldiyimiz qənaətə görə, İslamın ifrata varan qazanc miqdarı mövzusunda qəti bir hədd qoymamasının səbəbi göstəricilərin təsbitini hər bir ölkənin öz öhdəliyinə verməsidir. Məzhəblərin bu mövzuda fərqli ölçülər qoyması da buna dəlalət ədir.

Bununla birlikdə nağd satışlarla, nisyə satışları öz çərçivəsində dəyərləndirmək lazımdır. Çünki nisyə satışda qazanc nisbətinin yüksək tutulduğu məlumdur.

Nəticə etibarilə yalan və aldatma qarışaraq normal qiymətdən çox bahalı satılan maldakı qazanc təmiz dəyil. Haqq sahiblərinin halallığı lazımdır. Bu mümkün olmazsa, bu kimi nöqsanlıqlar üçün yoxsullara sədəqə verilməlidir.

Əy tacirlər topluluğu! Alış-verişə boş söz və yalan yərə and çox qarışdığı üçün bunu sədəqələrinizlə ört-basdır ədin” (Əbu Davud, Büyu, 1; Nəsai, Əyman, 22, 23, Büyu, 7; İbn Macə, Ticarat, 3.)

Müəllif: 


09-11-2014 12:00:00