Ana səhifə

Qeybə iman nə deməkdir?


YazdırSend to friend

Qeyb, "gizli olan, görünməyən" deməkdir. Qurani Kərim müttəqilərdən, yəni təqva sahibi möminlərdən bəhs edərkən onların ən böyük xüsusiyyəti olaraq "qeybə imanlarını" göstərər. "Onlar -o müttəqilər- qeybə iman edərlər"(Bəqərə Surəsi, 2/3) tərcüməsindəki ayəni təfsir edən alimlərimiz, qeybə imana iki şəkildə məna verərlər. Birincisi, "Onlar görmədikləri halda, ağlı və nəqli dəlillərə dayanaraq iman edərlər." Digəri isə, "Onlar qeybdən də iman edərlər." Yəni münafiqlər kimi yalnız möminlər arasında deyil, qeybdən də Allaha və Rəsuluna (s.ə.v.) iman edərlər.

 

Qeyb iki cürdür: Birincisi, haqqında heç bir şey bilmədiyimiz, tək Allahın məlumu olan hallar, hadisələr, aləmlərdir ki, bunlar imana mövzu deyildirlər. İman, bu qeyb üçün deyil, ancaq Quranın xəbər verdiyi və Peyğəmbər Əfəndimizin (s.ə.v.), haqqında şərhlərdə olduğu qeyb üçün söz mövzusudur.

 

"Biz tərəfindən qeyb, görülə bilməyən deyil, görülməyən deməkdir. Biz dəlilsiz olan qeybə deyil, dəlili olan qeybi məqbula iman edirik." (Haqq Dini Quran Dili)

 

"Qeybə iman" deyilincə ağla ilk gələn, Allaha və digər iman şərtlərinə imandır. Bunlar həmişə qeybdir.

 

İnanmada ilk addım ürəkdən təsdiqdir. Bu təsdiqin başlanğıcı da anlamaq. Beş duyğu anlamağa, anlama da inanmağa köməkçi olar. Yalnız beş duyğunun sərhədləri içində gəzən, onları aşa bilməyən insanlar, hökmən heyvanlıqdan xilas olmuş deyildirlər.

 

Hiss ilə bilmə, heyvanların sahəsi; hissini ağla xidmət etdirib anlama, anlayışa və nəhayət inanma isə insanın vəzifəsidir.

 

İnsan bir meyvə ağacına baxmaqda heyvanla müştərəkdir. O ağacın içində möcüzə bir fabrikin işlədiyini, yarpaqlarında fotosintez hadisəsinin cərəyan etdiyini, o meyvələrin bütün bir ağacdan, hətta kainatdan, süzülərək meydana gəldiyini isə ancaq o insan qavraya bilər.

 

Onun üçün, mütləq mənada "insan" deyilincə, qeybə iman edən "mömin" xatirə gəlməlidir.

 

O qeybə inananlardır ki, nemətdə boğulmaz, münimi, yəni o neməti lütf edəni tanıyarlar. Əsərə baxıb qalmaz, o əsəri edən Xaliqi tanıyar və bilərlər.

 

Qeybə inanmayanlar isə, süfrənin qabları, kitabın yarpaqları, yaxud fabrikin bölmələri arasında gəzib dayanan bir böcək kimi, bu aləm və içindəkilərdən, həqiqi mənada, istifadə edə bilməz, həyatlarını məhv edər xərclər.



11-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz