Ana səhifə

Qeybət, olanı deməkdir.


YazdırSend to friend
Hənəfi alimlərindən Muhəmməd Əmin bin Ömər Abidin (1198-1252 h/1784-1836 m) "Əd Durrul Muxtar Şərhu Tənviril Əbsar" isimli əsərə yazdığı haşiyədə Fəqih Əbul Leysdən nəqlən deyir:

وفي تنبيهِ الغافلينَ للفقيه أبي الليْث : الغِيْبة على أربعةِ أوجهٍ : في وجهٍ هي كفرٌ بأن قيل له لا تغتَبْ فيقول : ليس هذا غِيْبةً ، لأني صادقٌ فيه ، فقد استحلَّ ما حرِّم بالأدلّة القطْعيّة ، وهو كفرٌ

"Fəqih Əbul Leys (Əs Səmərqandinin) "Tənbihul Ğafilin" adlı əsərində deyilir:
Qiybət dörd çeşiddir. Bu çeşidlərdən biri küfrdür! Belə ki, qiybət edənə "qiybət etmə!" deyildiyi zaman, "bu qiybət deyil, çünki mən olanı/həqiqəti deyirəm" şəklində cavab verərsə qəti dəlillərlə haram qılınmış bir şeyi (dolayısıyla) halal saymış olar. Bu isə küfrdür!"

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 9/586
Daru Aləmil Kutub: 1423/2003


Təliq: Çox təəssüflə etiraf etməliyik ki, İslam toplumu bir birini yeməklə məşğul olan bir kütlə halına gəlib. Bunun səbəbləri çoxdur. Bu səbəblərin ən önəmlilərindən biridə günümüzdə xüsusilə "halallaşdırılmış" qiybət məsələsidir.
İslam ümməti elm tələbəsiylə, cahiliyyə bu xəbisliyə bulaşıb və yayğınlaşması səbəbilə artıq yadırqanmır.
Halbuki qiybət, zina, içki və bənzəri günahlar kimi böyük günahlardandır və hətta bəzi yönləriylə içki, zina və bənzərlərindən daha qorxuncdur. Qiybətin digər günahlardan daha ağır yönü üçdür:
1. İctimai bir cinayət olub, ölüm döşəyində olan İslam ümmətini dahada parçalayıb zəiflədir.
2. Sadəcə Allahla qul arasında qalmır və bir çox halda bunun genahından mücərrəd tövbəylə qurtulmaq mümkün deyil.
3. Günahı sadəcə qiybət edənlə məhdud olmayıb, dinləyənədə aiddir. Qiybət etdiyimiz zaman sadəcə özümüzü deyil, yanımızdakı müsəlmanı da Cəhənnəm atəşinə sürükləmiş oluruq. Bizim yanımızda qiybət edən bizim canımıza zərər verən kimsədir!

Elə isə ətrafımızı sarmış bu bəlayla necə mübarizə apara bilərik? Zikr etdiyimiz fətvanın burada rolu nə ola bilər?
Qiybət edən birisinə "qiybət etmə!" deyildiyi zaman iki hal meydana gələ bilər:

A ) Etdiyi şeyin qiybət olduğunu inkar etmək üçün şərən keçərli olmayan "mən düzünü deyirəm", "lazım olsa üzünədə deyərəm" kimi bəhanələrlə özünü "qurtarmağa" çalışar. Bu halda Fəqih Əbul Leysin fətvası ona xatırladılar və bunun nə qədər ciddi nəticələr verə biləcəyi mövzusunda adama xəbərdarlıq edilər.

B ) Etdiyi şeyin qiybət olduğunu qəbul edər. Belə etdiyi zaman da zina edib, içki içdiyini qəbul edən kimidir. Bu halda yanımızda qeybət edərək bizi Cəhənnəmə sürükləyən birisinə necə davranmalıyıqsa elədə davranaq! Bir müsəlmanın içki içdiyini və ya zina etdiyini öyrənsək əsla onu yaxın buraxmırıq. Halbuki, qulağımızın qiybət eşitmədiyi heç bir gün yoxdur. Elə isə, zina və içkidən heçdə geri qalmayan bu günah və sahibləri aramızda necə rahat dolaşa bilir? Bu bizim ikili standarta görə hərəkət etdiyimizi göstərən ən bariz şeylərdəndir.
Etdiyimiz qiybətlərdən uca Allaha tövbə edək, halallaşa bildiklərimizlə halallaşaq və ümməti içdən yeyib bitirən bu çirkin günahla mübarizə aparaq!

 



27-05-2018 01:53:23