Ana səhifə

Qiyamət günü Ərşin kölgəsində kölgələnəcək olan yeddi qrup kimlərdir? Hansı xüsusiyyətlər buna səbəb olmaqdadır?


YazdırSend to friend

Əbu Hüreyrə radıyallahu ənhdən rəvayət edildiyinə görə Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurdu:

 

"Başqa bir kölgənin olmadığı Qiyamət günündə Allah Təala, yeddi insanı, ərşinin kölgəsində saxlayacaq:

 

- Ədalətli dövlət başçısı,

- Rəbbinə qulluq edərək təmiz bir həyat içində böyüyən gənc,

- Ürəyi məscidlərə bağlı Müsəlman,

- Bir-birlərini Allah üçün sevib görüşmələri də ayrılmaları da Allah üçün olan iki insan,

- Gözəl və mövqe sahibi bir qadının birlikdə olma istəyinə "Mən Allahdan qorxaram" deyə yaxınlaşmayan igid,

-Sağ əlinin verdiyini sol əlinin bilməyəcəyi qədər gizli sədəqə verən kimsə,

- Tənhada Allahı xatırlayıb göz yaşı tökən adam." (Buxari, Azan 36, Zəkat 16, Rikak 24, Hudüd 19; Müslim, Zəkat 91. Ayrıca bx. Tirmizi, Zühd 53; Nəsəi, Kudat 2)

 

Yeddi xoşbəxt adamı ya da yeddi gözəl adamı tanıdan hədisi şərifdə əvvəlcə üzərində dayanılması lazımlı bir iki ifadə var. Bunlardan biri "zıllullah = Allahın kölgəsi" ifadəsidir. Allah Təalanın kölgəsi ola bilməyəcəyinə görə, bundan məqsəd, ya Kəbəyə "Beytullah = Allahın evi" deyilməsi kimi bir şərəfləndirmə və ya ərşinin kölgəsi yaxud Allah Təalanın təmin edəcəyi bir təhlükəsizlikdir. Necə ki hədisi şərifin bəzi rəvayətlərində açıqca "Allah, onları ərşinin kölgəsində saxlayacaq" buyrulmuşdur. Bütün bu ifadələrlə Allah Təalanın o qullarını, axirətdəki çətinliklərdən rəhmətiylə qoruyacağı izah edilməkdədir.

 

Kənar yandan Allahın kölgəsində sığınacaq insanlar yalnız bu yeddi sinifdən ibarət deyil. Çünki başqa hədislərdə əhəmiyyətli xüsusiyyətlərə sahib bəzi kəslər daha sayılmışdır: Məsələn, "Kim darda qalan borcluya zaman versə və ya alacağının hamısını və ya bir qisimini borcluya bağışlasa Allah qiyamətdə heç bir kölgənin olmadığı gündə öz ərşinin kölgəsində kölgələndirəcək." hədisi bunlardan biridir. (bx. Müslim, Zühd 74, Tirmizi, Büyü' 67; İbn Macə, Sədaqət 14)

 

Bu hədisdə yeddi kimsənin zikr edilmiş olması, digər rəvayətlərdə zikr edilən bəxtiyarları bu xoşbəxtlikdən əsla məhrum buraxmaz.

 

Bu yeddi sinif insanı ayrı-ayrı tanıtmadan əvvəl bir xüsusa daha işarə etməmiz uyğun olacaq. Axirətdə, Allahın himayəsinə qovuşacaqları bildirilən insanların xüsusiyyətlərinə belə bir nəzər salınınca, hər birinin, böyük çətinlikləri görmüş, az qala eyni səviyyədə "çətin"i bacarmış kəslər olduqları, hamısının bir çox daxili və xarici manelərə baxmayaraq, soylu bir mübarizə vermiş olduqları aydın olmaqdadır. Yəni hamısının ortaq xüsusiyyəti, qulluqda sevgiyə dayanan qəhrəmanlıqlarıdır. Mükafatları da ona görədir: Qiyamətin o dəhşətli mühitində  ilahi qoruma altında olmaq...

 

İndi hədisimizin xəbər verdiyi yeddi gözəl insanı tək-tək qısaca tanıyaq:

 

Ədalətli dövlət başçısı. Müsəlmanların rəhbərliyini boynuna götürmüş adam deməkdir. Müsəlmanlar dünyada onun himayəsində, bir başqa ifadəylə kölgəsində olmuşlar. Bu səbəblə belə bir idarəçinin axirətdə görəcəyi qarşılıq da etdiyinə uyğun olaraq ilahi qoruma altında olmaqdır. Ədalətli dövlət başçısı, digərlərindən üstün olduğu üçün birinci sırada zikr edilmişdir. Çünki dövlət başçısının himayəsi onların hamısını içinə alar.

 

Allaha qulluq içində böyüyən gənc. Gənclik illərini namazlı-niyazlı dindar bir xəttdə keçirən gənc, nəfsini Allahın əmrlərinə müxalifətdən qorumuş, həva və həvəslərin, şəhvani duyğuların, güc arzuların təsirinə etiraz edib qulluğa sarılmışdır. Bu, ondakı dərin Allah hörmətinin dəlilidir. Çünki Allahın əmrlərinə sarılıb günahlardan qaçınmaq böyük bir fəzilətdir. Hələ bu, gənclik illərində reallaşdırılmışsa, hər cür təqdirin üstündədir.

 

Ürəyi məscidlərə sevgi ilə bağlı Müsəlman. Ürəyi sanki məscidə asılmış şam kimi, davamlı məscidlə əlaqədar olan, məscidlərə getməkdə qüsur etməyən, Allahın evi demək olan məscidləri və oralarda olmağı sevən adam, məscidlərlə maraqlanmaq surətiylə Rəbbinə olan sevgisində davamlılığını göstərmiş deməkdir. Bunun qarşılığı olaraq da axirətdə ərşin kölgəsində saxlanılacaq.

 

Bir-birlərini Allah üçün sevib görüşmələri və ayrılmaları Allah üçün olan iki insan. Allah rizası üçün bir-birlərini sevən, başqa heç bir məqsəd daşımayan, bir araya gəlmələri Allah üçün, əgər ayrılacaqlarsa ayrılıqları yenə Allah üçün olan yəni bir yerdə ikən də ayrı ikən də Allah üçün duyduqları sevgini mühafizə edən iki insan, sanki bir mənada Allahın əmrlərinə müxalifətdən qorumaqdadır. Çünki mömin möminin aynasıdır. Onların bu bir-birlərini Allah üçün sevmələri və dostuqlarını bu xəttdə bir-birlərinə köməkçi olaraq keçirmələri, axirətdə hər ikisinin birdən ilahi qoruma altına alınmaları ilə mükafatlandırılacaq. O halda sevgimizə və sevdiklərimizə bu baxımdan yaxşıca diqqət yetirməliyik.

 

Gözəl və mövqe sahibi bir qadının qeyri qanuni dəvətinə "Mən Allahdan qorxaram" deyə yaxınlaşmayan igid. Beləsinə bir dəvətə içindən və ya açıqca "Mən Allahın əmrinə müxalif çıxmaqdan, və ya Onun əzabından və qəzəbindən qorxaram" deyərək yaxınlaşmayan, nəfsini qoruyan adam həqiqətən böyük bir igidlik göstərmişdir. "Allahdan qorxan xilas olmuşdur." müjdəsi gərəyi onun da mükafatı axirətdəki çətinliklərdən xilas olmaqdır. Bu xüsus, hər cür qeyri qanuni qadın-kişi əlaqələrinin kütləvi informasiya və xəbərləşmə vasitələriylə   yayılmağa çalışıldığı indiki vaxtda çox daha böyük əhəmiyyət ifadə etməkdədir.

 

Sağ əlinin verdiyini sol əlinin bilməyəcəyi qədər gizli sədəqə verən kimsə. Allah üçün verdiyi sədəqə və etdiyi yaxşılıqları mümkün olduğunca gizli edən, nümayiş və riyadan uzaq qalmağa çalışan kimsə, Allahın razılığını hər şeyin üstündə tutmuş deməkdir. Bunun qarşılığı da, axirətdə ilahi qoruma altına girmək surətiylə o adamın fəzilətinin ortaya çıxarılmasıdır. Bu, qibtə ediləcək bir vəziyyətdir.

 

Tənhada Allahı xatırlayıb göz yaşı tökən adam. İnsanlardan və gözlərdən uzaq, kimsənin olmadığı mühitlərdə Allahı xatırlayaraq gözlərindən sevgi yaşları tökülən kimsə, çoxu insanın bacara bilmədiyi bir qulluq xəttini tutmuş deməkdir. Onun bu səmimi və gizli qulluğunun qarşılığı da məhşər yerində ilahi qoruma altına alınmaq surətiylə, hər kəsin gözü qarşısında mükafatlandırılmasıdır. Belə bir mükafatlandırmağı kim istəməz. (bx. Peyğəmbərimizdən (s.ə.v) Həyat Ölçüləri, Riyazü's salehin Tərcüməsi və Şərhi, Heyət, Erkam Nəşrləri, hədis nömrə: 450)

 

Hər biri insan iradəsi baxımından başlı başına bir əhəmiyyət ifadə edən yuxarıdakı xüsuslar ki, bunların bəzisi, ifası çox çətin və çətin işlər, bəzisi də ruha ciddi bir badalaq sayılan hərəkətlərdir. İnsan bu şəbəkələrin bəzilərindən xilas olsa da, hər an digərlərinə ilişmə ehtimalıyla qarşı-qarşıyadır. Ancaq Allahın himayə və inayətiylə qoruna biləcək olan bu öldürücü tələlərdən sıyrıla bilmə və insan taqətini məcbur edən hətta bəzən onu aşan bu çətin məsuliyyətləri müvəffəqiyyətlə yerinə gətirə bilmə də, yenə o inayət və himayəni ən güclü, ən məqbul vəsiləsi sayılan, iradənin haqqını vermə və Allahla sıx əlaqədə olma dinamikləri olması lazımdır.



08-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz