Ana səhifə

Qiyamətdə yer və göylər yox olduqdan sonra yenidən yaradılacaq?


YazdırSend to friend

 

“Elə bir gündür ki, Yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq...” (İbrahim surəsi, 14/48) ayəsində axirət həyatının da özünə görə göyləri və yeri olacağı açq şəkildə bildirilir. Deməli, bütün bu yer və göy aləmləri qiyamət günündə varlıq və ya vəsf olaraq dəyişəcək, başqa bir mahiyyət alacaqdır.

Ayədə işlədilən “başqa yer” sözü iki mənanı ifadə edə bilər. Biri, yer üzünün yerdən başqa şeyə, yəni yer mahiyyətindən başqasına deməkdir. Digəri də bu yer üzünün başqa bir yerə çevrilməsi deməkdir və bu hər iki məna ilə izah edilmişdir. Çünki bəzi rəvayətlərdə yer üzü atəş olacaq, göylər cənnət olacaq deyilmiş, bəzi rəvayətlərdə də yer üzü gümüş külçəsi kimi ağappaq, üzərində qan tökülməmiş, günah işlənməmiş başqa bir yer olacaq deyilmişdir.

Səhl b. Saddan rəvayət edildiyinə görə, mən dinlədim, Peyğəmbər (SAV) buyururdu ki, “Qiyamət günüdə insanlar tərtəmiz bir dairə kimi ağ və parlaq bir yer üzərində həşr olunacaqlar.” (Buhari, Rikak, 44; Müslim, Müvafikun, 28)

Hz. Aişədən rəvayət edilmişdir ki, “O gün yer üzü başqa bir yerlə əvəz olunacaq.” ayəsi haqqında Hz. Peyğəmbərdən soruşdum. “Ey Allahın elçisi! O gün insanlar harada olacaq?” dedim. Buyurdu ki, “Elə bir şey soruşdun ki, ümmətimdən heç biri soruşmamışdı. O vaxt insanlar cəhənnəm körpüsü üzərində, digər bir rəvayətdə sirat (körpüsü) üzərində olacaqlar.” demişdir. (Suyuti, ed-Dürrü’l-Mansur, V, 56)

Ayədə işlədilən əvəz etmənin iki mənası olması ehtimalı var: Biri tamamilə yox etdikdən sonra yenidən yaratma, yəni özünü dəyişdirmək, digəri də maddəsinin qalıcı olması ilə dəyişdirilməsi, yəni vəsfini başqa şeyə çevirməkdir.

Kəlam bilicilərindən bəziləri birinci mənaya üstünlük verirlər. Çünki əvəz etmək yer üzünün özünə istinad edildiyi kimi, “Ondan başqa hər şey yox olacaqdır.” (Qəsəs surəsi, 28/88) ayəsi də bunu açıq şəkildə göstərir. Yuxarıdakı hədisə uyğun olaraq İbn Məsud həzrətləri: “Yer üzərində qan tökülməmiş, günah işlənməmiş, süzülmüş bəyaz gümüş kimi bir yer ilə əvəz ediləcək” sözləri ilə bunun elə yerin özünün əvəz edilməsi olduğunu demiş olur.

Bəzi kəlam biliciləri də ikinci mənaya üstünlük vermişlər. Çünki əvəz etməyin çevirmək mənası da olduğu kimi, ölümdən sonrakı dirilmə haqqındakı “büzdüm hissəsindəki ən kiçik sümük” (Buxari, Tefsiru Sureti, 39/3) hədisində maddənin qalıcılığına işarə edilir.

Maddənin yox olması da ağla görə mümkünsüz deyil. Ona görə maddənin dəyişməsinə inanmaqla bunun ətraflı açıqlamasını Allahın elminə həvalə etmək daha uyğundur.Bununla bərabər bu cür maddənin yox edilməsi şərt olmadığından maddəni başqa bir şeyə çevirməyə inanmaq da mümkündür.

Allahın dəyişməz vəd və intiqamının gerçəkləşməsi, o günkü yer üzü başqa bir yerlə əvəz ediləcək. “Yer uzanıb dümdüz olacağı; Qoynunda olanları bayıra atıb boşalacağı və Rəbbinin buyuruğunu haqq olaraq eşidib itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərin cəzasını layiqincə alacaqdır)!” (İnşiqad surəsi, 84/3-5) kimi ayələrə bax. Göylər də elə dəyişəcək, yarılacaq və çatlayacaq, günəş və ay tutulub büküləcək, ulduzlar söndürülüb dağdılaraq büküləcək, başqa göylərə çevriləcək. Yəni qiyamət qopacaq, bu dünyanın yeri və göyləri əvəzinə axirət yeri, axirət göyləri qurulacaq. (bax: Elmalılı, əlaqədar ayənin təfsiri; Razi, XIX, 146; Taberi, XIII, 163-165)

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz