Ana səhifə

Qonşuda yanğın çıxdı, evimiz də bu yanğında böyük zərər gördü. Bizim düşdüyümüz zərəri yanğına səbəb olan qonşu ödəməklə məsul deyil?


YazdırSend to friend

Yanğının çıxmasına səbəb olan qonşunun vəziyyətinə baxılar: Bu yanğın qonşunun laqeydlik və əlaqəsizliyindənmi çıxmış, yoxsa fərqində olunmayan bir qəza və bilinməyəcək bir vəziyyətdənmi baş vermiş? Əgər yanğın, qonşunun da əlində olmayan bir səbəbdən çıxmışsa, zərərdən məsul olmaz. Amma öz laqeydlik və əlaqəsizliyindən çıxmışsa səbəb olduğu ziyan özünə ödətdirilər.

 

Necə ki buna yaxın bir misalda belə deyilməkdədir: Bir kimsə tarlasında alov yandırıb yabanı ot və kolları yandırarkən qonşunun tarlasına da yanğın sıçrayıb əkinini yandırsa baxılar. Qonşu tarlası uzaqda isə, belə bir alovdan təsirlənməyəcəyi zənni ilk baxışda qüvvətli olsa, meydana gələn ziyandan məsul olmaz. Amma qonşu tarlası yaxında isə, ilk baxışda beləsinə yaxın bir yerdə yandırılan alovun oraya da sirayət edəcəyi bilinə biləcəyi halda bu alovu yandırmışsa, qonşunun yanan əkinini ödəməklə məsul olar.

 

Demək ki, bu kimi fəlakətlərdə səbəb olanın qəsdinə və tədbirsizliyinə baxılar.

 



19-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz