Ana səhifə

Qütblərdə namaz necə qılınır? Oruc necə tutulur?


YazdırSend to friend

Bilindiyi kimi olduğumuz ölkədə, günün saatları çox da fərqlilik ifadə etməz. Gecə və gündüzlər hər nə qədər bəzi mövsümlərdə uzanıb qısalsa da, normal uzunluq və qısalıqdan irəli keçməz. Ancaq bu normal uzanıb-qısalmalar qütblərə doğru yaxınlaşdıqca çox fərqli hala gəlir. Qırx beşinci paraleldən başlayaraq qısalmağa başlayan gecələr 90-cı paralelə tərəf getdikcə çox qısalar, bəzi mövsümdə tam altı ay uzunluğunda bir gün davam edər, arxasından da qış mövsümündə yenə altı ay uzunluğunda bir gecə davam edər.

Bu altı ay qədər uzun sürən gündə tək gündəlik namazmı qılınar? Yoxsa bu uzun günün saatları günlərə bölünər, iyirmi dörd saatda bir gecə gəlib keçdiyi təsəvvür edilərək namazlar bu saata görəmi nizamlanar?

- Bu suala müxtəlif cavablar verilmişdir. Bu cavabların xülasəsini qısaca belə ifadə edə bilərik:

- Qütblərə doğru yaxınlaşdıqca çox uzanan gün və gecələrdə namaz vaxtları təqdir edilər. Beləliklə, bu təqdir, məsələni qarışıqlıqdan çıxarar, aydınlığa qovuşdurar.

- Təqdir, hədisdən gəlir. Peyğəmbərimizin ifadəsidir bu. Rəsulullah Əleyhissalam günləri çox uzun olmayan yerdən çıxacaq olan Dəccalı xəbər verərkən: “ Dəccalın bir günü sizin bir iliniz qədər uzun olacaq. Sonrakı günləri də bəri gəldikcə qısalacaq,”- buyurduğunda soruşmuşlar:

- Ya Rəsulullah, bir günü bizim bir ilimiz qədər uzun olacağını bildirdiyiniz o gündə namazlar necə qılınacaq?

Belə cavab vermişdir: -”Təqdir olunaraq! Yəni uzun günün saatları təqdir edilərək. Hesablanaraq.” (Müslim, Kitabu'l-Fiten və Eşratu's-Saat, 20)

- Necə təqdir edilib, necə hesablanacaq?

- Ən yaxın normal vaxtlı ölkənin təqvimi və saatıyla təqdir olunub, hesab edilərək.

Demək ki, Rəsulullahın xəbər verdiyi “təqdir olunaraq” sözü bizə məsələni həll etdirir. Beləcə, beş vaxt namazını ən yaxın normal vaxtlı ölkənin saatına uyğun qılan kimsə hüzura qovuşar, yanılmaqdan xilas olmuş olar.

Burada cavabı lazım olacaq bir başqa sual da budur:

- Bəzi mövsümlərdə gecənin başlamasıyla dərhal arxasından dan yeri sökülür (fəcr doğur), işa namazının vaxtı meydana gəlmir. Bu cür qısa gecələrdə namazlarımızı necə qılacağıq?

Cavabı belədir:

- Elə qısa gecələrin başlanğıcında, əvvəl axşam namazına durulur, qılınınca vaxt olsa dərhal işa namazına başlanar, bitirilincə də dərhal səhər namazına girişilər. Beləcə qısa gecənin namazları arxa arxaya əlavə olunaraq qılınır. Bundan sonrası yenə təqdir olunaraq əda edilər.

Bu mövzuda Prof. Hamidullah “İslama Giriş” kitabında belə deyir:

- İslam din-hüquq alimləri ümumiyyətlə 45-ci en dairəsindəki saatların (vaxtların) 90-cı dərəcədə, yəni qütblərdə etibarlı olduğunu açıqlayır. 45-ci dərəcə ilə 90-cı dərəcə arasındakı bölgələrdə günəşə deyil, saata görə hərəkət edilir. Namaz üçün belə olduğu kimi, oruc və s. üçün də belədir.”

Bu mövzunu ətraflıca araşdıran “Qaynaqlarıyla İslam Hüququ”nda isə son hökm belə verilməkdədir:

- Altı ay gecə, altı ay gündüz davam etdiyi ölkələrdə normal vaxtları (yəni gecə ilə gündüzü) olan ən yaxın 45-ci paraleldəki ölkələrin saatları tətbiq olunaraq namaz və oruc ibadəti yerinə yetirilir.”

Həcc ibadəti isə onsuz da heç bir ölkənin təqdirinə bağlı deyil. Səudiyyə Ərəbistanının təqvimi əsasdır. Onların elan etdikləri günü Ərəfata çıxılır, Müzdəlifəyə gedilir, Kəbə təvaf edilir. Bu mövzuda normal vaxtlı ölkə ilə normal olmayan vaxtlı ölkə bərabərdir. Hamısı da müqəddəs bölgəyə xidmət edən ölkənin təqviminə tabe olaraq həcc ibadətini ifa edir.



04-05-2011 12:00:00