Qulaq asan cinlərin daşlanması nə deməkdir?


Cinlərin və cinlərin kafirləri olan şeytanların, Peyğəmbərimizdən əvvəl səmaya qalxıb bəzi hadisələr və xəbərlər haqqında əvvəldən məlumat sahibi olduqlarına, ayələrdə, hədisi şəriflərdə işarə edilməkdədir. Məsələn:
"Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar. (Səmadan) kənar edilərlər. Onları daimi bir əzab gözləyir! Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir məşəl) təqib edər." (1)
Peyğəmbərimiz (s.ə.s) doğulduğu andan və xüsusilə vəhy gəlməyə başladığı andan etibarən oğurluq edən cinlərin və şeytanların kahinlərlə olan əlaqələrinə kölgə düşdü. Onsuz da gətirdikləri xəbərlərdən biri doğrudursa yüzünü də yalan əlavə edərək izah edib kahinləri aldadırdılar. Yüzdə biri doğru çıxdığı üçün qismən insanları aldatmağa müvəffəq olan kahinlər artıq kimsəni aldada bilməz oldular. Bu mövzuda Qurani Kərimdə;
"Onları hər bir məlun (Allahın dərgahından qovulmuş, rəhmətindən kənar edilmiş, daşqalaq olunmuş) Şeytandan qoruduq. Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (məşəl) təqib edər (və üstünə düşüb yandırar)." (2)
buyurulmaqdadır. Buna görə onların başçıları olanlar əmrlərində çalışan digər cinləri, özlərinə göy qapılarının səbəb bağlanıldığını öyrənmələri üçün yer üzünə dağılmaq və araşdırmaq üzrə göndərdilər. (3)
Qaynaqlar:
(1) Saffat, 37/8, 9, 10;
(2) Hicr, 15/17-18;
(3) Buxari, Azan, 105, Təfsir, 72/1;
Düğüme özel
- Hər şey sudan yaradıldı. Cinlərdə sudan yaradılıb?
- Cinlərdən qorunmaq üçün oxunan, Rabbi ənnî məssəniyə'ş-şəytânu binusbin və əzab, .. duasının üç yüz dəfə oxunması məsələsini izah edərsinizmi?
- Cinlərdən peyğəmbər gəlmişdir?
- Namaz hansı hallarda qəzaya buraxıla bilər?
- Şeytan niyə insanlara düşməndir?
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.