Ana səhifə

Qur`an


YazdırSend to friend

   Cəbrayıl aleyhissalam ilə Rasulullah aleyhissalam Qur`anı hər il Ramazan ayında muqabələ edərdi, yəni bir-birlərinə oxuyardılar. Hər il Ramazan ayında baş verən bu muqabələdə, o zamana qədər enmiş olan Quran ayələrini əvvəl Cəbrayıl aleyhissalam oxuyar və Əfəndimiz aleyhissalam dinləyər, sonra da O oxuyur, Cəbrayıl aleyhissalam dinləyərdi. Əfəndimiz aleyhissalamın vəfatından əvvəlki Ramazan ayında bu muqabələ, hər birinin iki dəfə oxuması surətiylə 4 dəfə baş tutmuşdu. Rasulullah bu hadisədən, vəfatının yaxınlaşdığı nəticəsini çıxarmışdı. (Buxari)

   Peyğəmbərimiz aleyhissalatu vəssələmın vəfatından sonra Səhabə və onlardan sonrakı nəsillər əsrlər boyunca Ramazanda Uca Qur`anı xətm etmə tətbiqini davam etdirmişlər. Allah Təalaya sonsuz həmd-sənalar olsun ki bu müqəddəs ənənə bu gün də davam etməkdədir. Ramazan gəlincə məscidlərdə və evlərdə muqabələ oxunması davam etməkdədir. Bu mübarək ayda Quran haqqinda bilməmiz vacib olan ilkin məlumatlara nəzər salaq.

Qur'an

   Qur'an kəliməsinin mənası oxumaq qiraət etmək deməkdir. Qur'an ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (a.s.) vasitəsiylə son peyğəmbər Muhamməd ﷺ endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə ilə başlayıb Nas surəsi ilə bitən ən son səmavi kitabdır. 

Qur'anın adları; 

   Qur'anın yenə Qur'an tərəfindən bildirilən bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qur'andır. Bunların bir qismini misal olaraq qeyd edək: 

Əl-Kitab - Qur'anda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir. 

Ümmül-Kitab - Ana kitab mənasına gələn bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir. 

Əl-Furqan - Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir. 

Əl-Huda - Hidayət edici deməkdir. 

Əz-Zikr - Zikr həm zikr etmək və həm də şərəf və şərəfli olmaq mənalarına gəlir. 

Qur'anın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları daha vardır. 

Ayə 

   Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Qur'anın hər cümləsi: bir həqiqət nişanəsi, ibrət verici bir öyüd olduğu üçün ayə adını almışdır.
Ayələrin sayı haqqında fərqli rəqəmlər verilməktədir. Nafiyə görə 6217, Şeybəyə görə 6214, Kufəlilərə görə 6236, Misirlilərə görə 6219, Müfəssir Zəməxşəriyə görə isə ayələrin 6666'dır. 

Ayələrin Tərtibi 

   Ayələrin tərtibi, yəni Qur'andakı yeri və sıraları Allah tərəfindən bildirilmişdir. Peyğəmbərimiz ﷺ nazil olan hər ayə və ayələrin hansı surənin harasına qoyulacağını bildirirdi. Vəhy katibləri də onları buna görə yazarlardı. Ayələrin tərtibində heç bir zaman dəyişiklik olmamışdır. 

İlk və son nazil olan ayələr

    İlk nazil olan ayələr Alaq surəsinin ilk beş ayəsidir. Əl-Müdəssir və Fatihə surələrinin də bu ilk nazil olanlar arasında yerə aldığına dair rəvayətlər vardır. Mədinədə ilk nazil olan surə Bəqərə surəsidir. 

   Ən son nazil olan ayələrin hansı ayə olduğu barəsində bir neçə görüş vardır. Aşağıda zikr edilən ayələrdən hər birinin ən son nazil olan ayə olduğunu iləri sürən alimlər vardır. Bəqərə 278, 281, Nisə, 176; Tövbə 128-129; Nur, 1-3 və Maidə 3.
Ən məhşur olan görüşə görə ən son nazil olan ayə Maidə surəsinin 3-cü ayəsidir.
«Mən bu gün sizin üçün dininizi kamilləşdirdim, sizə ne'mətimi tamamladım və İslamı sizin üçün din olaraq bəyəndim.» 

Surə 

   Surə kəliməsi: dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir. Bir termin olaraq surə: Qur'anın ən az üç ayədən meydana gələn bölümlərindən hər birinə verilən addır.
Qur'anda 114 surə vardır. Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. «Ey insanlar» deyə başlayan surələr Məkkə, «Ey iman edənlər» deyə başlayan surələr və ayələr Mədinədə nazil olanlardır. 

Qur'anın yazılması

   Hər ayə və surə nazil olduğunda,Peyğəmbərimiz vəhy katiblərini çağırır və onlara, bu ayələri hansı ayələrin yanına və hansı surəyə yazacaqlarını bildirirdi. 

    Ömərin (r.a) təklifi ilə Zeyd b.Sabitin başçılığı ilə Əli(r.a), Osman(r.a), Übeyy b.Ka'b (r.a), İbn Məsud (r.a), Əbu Hureyrə (r.a), Əbu Dərda (r.a) kimi səhabələrdən meydana gələn bir komisiya quruldu. Çalışmalar nəticəsində Qur'an bir kitab halına gətirildi. İbn Məsudun (r.a) təklifi ilə Qur'ana Mushaf adı verildi. Bu mushaf Xəlifə Əbu Bəkrin (r.a) yanında mühafizə olunmağa başlandı. 

Qur'an elmləri 

  Qur'anın doğru bir şəkildə təfsir ediləbilməsi üçün lazım olan elmlərə Qur'an elmləri deyilir. 

Əsbabul-Nuzul.
Bir neçə ayənin və ya bir surənin enməsinə səbəb olan bir sual və ya hadisəyə əsbabı nüzul deyilir. 

  Ayənin mənasının hökmünün doğru olaraq başa düşülməsində nüzül səbəbinin önəmi böyükdür. Beləki Səhabələr ayələrin nüzül səbəblərini bildiklərinə görə mənalarını daha yaxşı başa düşürlərdi. Ancaq hər ayənin bir gəliş səbəbi var deyə bilmərik. Əl-Vahidi demişdir: «Ayənin nüzül səbəbini bilmədikçə, onu tam olaraq anlamaq mümkün deyildir» 

Nəsix-Mənsuh .

  Nəsixin lüğət mənası: izalə etmək, yox etmək, dəyişdirmək, nəql etmək deməkdir. Bir termin olaraq isə: Bir ayənin və ya hədisin hökmünün, daha sonrakı bir ayə və hədislə ortadan qaldırmaq mənasına gəlir. Bir başqa tərif də: Dini bir hökmün, başqa bir dini dəlil ilə qaldırılmasıdır. 

  Nəsx edən dəlilə nəsix, hökmü qaldırılan ayə və ya hədisə də mənsuh deyilir. (Təfsir üsulu s.122) 

Bir ayədə nəsihxlə əlaqəli olaraq belə buyrulur: 

«Biz hər hansı bir ayəni dəyişdirir və ya unutdururuqsa, ondan da yaxşısını və ya bənzərini gətirirk. Sən bilmirsənmi ki, Allah hər şeyə qadirdir» !» (Bəqərə 2/106) 

Məsələn «Haraya yönəlirsiniz yönəlin Allahın qibləsi oradır» (Bəqərə 2:115) ayəsini «Üzünüzü Məscidil Həram tərəfə çevirin» (Bəqərə 2:144) ayəsinin nəsx etdiyini görürük. 

Möhkəm və Mütəşabih ayələr.

   Qur'andakı ayələrin bir qismi məna baxımından açıq, digər bir qismi də birdən çox mənalı olub, anlaşılması başqa bir səbəbə bağlıdır. 

   Halal, haram, namaz, oruc kimi əhkamla əlaqəli olan ayələr, məna baxımından açıq olan ayələrdir. Bunlara «Möhkəm aylər» deyilir. Gizliliyi olan ayələrə də mütəşabih ayələr deyilir. 

  «Kitabı sənə nazil edən Odur. Orada qəti mənalı ayələr vardır ki, bunlar Kitabın əsasıdır. Başqa ayələr isə oxşar mənalıdır. Qəlblərində sapma meyli olanlar fitnə fəsad törətmək, (istədikləri kimi) izah etmək arzusu ilə oxşar mə»nalıya uyarlar. Allahdan başqa isə onun izahını heç kəs bilməz. Bilikdə möhkəm olanlar deyərlər: «Biz ona inandıq, hamısı Rəbbinizdəndir.» Bunu ancaq ağıl sahibləri anlayarlar. (Ali İmran 37) 

«Bu ayələri möhkəm qılınmış bir kitabdır.» (Hud 111) 

Həqiqət və Məcaz.

   Kəlimələrin öz mənalarında işlənmələrinə həqiqət, başqa bir mənada işlənmələrinə də məcaz deyilir. Qur'ani Kərimdəki kəlimələr, öz mənalarında işləndikləri kimi, bəzən də məcazi mənalarında işlədilmişdir. 

   İslam alimlərinin çoxu Qur'anda məcazın varlığını qəbul edirlər. Bəzi alimlər isə Qur'anda məcazın yoxluğunu iddia etmişlər. Çünki məcaz bir şeyin ifadəsində çətinliyə düşüldüyündə başvurulan bir yoldur. Qur'an isə bundan uzaqdır. 

   Qur'andakı məcaz iki qismə ayrılır: 

   Əqli məcaz və ya məcaz fi-tərkib. Buna Bəqərə surəsinin 16-cı ayəsini misal gətirə bilərik.
«Onların ticarəti kar vermədi.» 

   Buradakı kar vermədi və ticarət kəlimələri, məcazi mənada işlədilmişdir. Mənası budur : Onların hidayəti buraxıb, dəlaləti seçmələri özlərinə heç bir fayda gətirməz. 

   Lüğəvi məcaz və ya məcaz-fil-müfrəd. Buna misal olaraq yenə Bəqərə surəsinin 19-cu ayəsini qeyd edə bilərik.

«Onlar barmaqlarını qulaqlarına soxurlar.»
Əslində barmaqları qulağa soxmaq mümkün deyildir. Burada barmağın ucu nəzərdə tutulmuşdur. Dolayısıyla bu bir məcazi ifadədir.

 

 

 

 

 

 

 

 

 

 
Müəllif: 


06-02-2019 04:43:08