Ana səhifə

Quran gəlmədən əvvəl İslam dinindəki bəzi ibadətlərin Ərəblərdə tətbiq olunduğunun elmi olaraq sübut edildiyi doğrudur?


YazdırSend to friend

 

Rəsulullah (s.ə.s.), Cahiliyyə cəmiyyətinin gözəl adətlərinə müdaxilə etməmiş, hətta  o gözəl adətlərin qalıcı olması üçün səy göstərmişdir; bəzi adətləri islah etmiş, bəzilərini də tamamilə qadağan etmişdir.

 

Bilindiyi kimi Peyğəmbərimiz (s.ə.s.), Miladi 571 ili Rəbiuləvvəl ayının 12-də bazar ertəsi günü dünyaya gəlmişdir. (Hamidullah, 1/39) O dövrdə Ərəbistanda mövcud olan dinləri və inancları araşdırdığımızda və Qurani Kərimdən də anladığımıza görə, qarşımıza müxtəlif qəribə inanclar çıxmaqdadır. Bunların bəziləri bunlardır.

 

1. Həniflik: Hz. İbrahim (ə.s.)ın dininin qalıqlarını davam etdirən kəslər idi. Ərəblərin çoxunun, bütpərəstlik yayılana qədər bu inanca mənsub olduqları qəbul edilməkdədir. Hz. İsmayıl (ə.s.) vasitəsiylə Həniflik inancını qəbul etmişdilər. Hz. Peyğəmbər (s.ə.s.)ın doğumu əsnasında mövcud olan Həniflər, Allahın birliyinə inanarlar, bütlərə ibadəti rədd edərlər, hesaba inanarlar, bir çox cahil adət ənənəsini qəbul etmirdilər.

 

2. Ulduzlara İbadət Etmə: Yəməndə, Ərəb Yarımadasında (bəzilərinə görə Şam ətrafında) Horran vadilərində və Yuxarı İraqda ulduzlara ibadət edən insanlar var idi. Bunlara Sabisilər deyilərdi. Ulduzlara ibadət etmənin Ərəblər arasında nə vaxt və necə başladığını qəti olaraq bilməməmizə baxmayaraq, Qurani Kərimdə (Nəml, 27/20-24) surəsində toxunulan Süleyman (ə.s.) ilə Səba kraliçası (Belkıs bint Şurahil) hekayəsindən bu inancın Hz. Süleyman zamanında da mövcud olduğunu anlayırıq. Bunlar, Hz. Peyğəmbər (s.ə.s.) zamanına qədər varlıqlarını davam etdirmişlər. Necə ki, Qurani Kərimdə bunlar haqqında belə buyurulmaqdadır:

Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə, qüdrət və əzəmətinə dəlalət edən) əlamətlərindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)! (Fussılət, 37)

 

Ancaq bunlar, o dövrdə az idilər.

 

3. Alovpərəstlik: Bəhreyn və İraqda alovpərəstliyə inanan bəzi qruplar var idi. Alova ibadət edirdilər. Alovpərəst İran İmperatoru bunları himayə edirdi. Daha sonraları İslam inanclarına bəzi fitnələr soxmaq və Müsəlmanlar arasında fitnə toxumları yaymaqda Yəhudilərlə birlikdə əhəmiyyətli rol oynadılar.

 

4. Xristianlıq: Yarımadanın şimalında Tağlib, Kudaya, Gassan qəbilələri arasında və Cənubi Yəməndə bəzi Xristian qruplar var idi. Bunların da siyasi və əsgəri hər hansı bir gücləri yox idi. Yarımadanın içində də bəzən bəzi Xristian qruplara rast gəlmək mümkün idi. Xristianlıq, Ərəbistana Həbəşlilər və Romalıların işğalları nəticəsi M. 340 illərindən etibarən girmişdir. (Mübarəkfuri 1980, 47)

 

5. Yəhudilik: Yəmənin, Vadi'l-Kura, Heybər, Təyma və Yəsribdə (İslam əvvəli Mədinə) Yəhudilər var idi. Bunlar, digər inanc qruplarına görə əsgəri, siyasi və iqtisadi güclərə sahib idi. Özlərini Allahın seçmə milləti qəbul edir və Allahın insanları onlarla idarə edəcəyinə inanırdılar. Bu səbəblə, gözlənilən son peyğəmbərin özlərindən biri olacağı fikrində idilər. Ərəbistana, ölkələrinin M. Ö. 587 ilində Buhtünnasır tərəfindən işğal edilməsi nəticəsində köç etmişdilər. (a. g. e., 46)

 

6. Bütpərəstlik: Ərəb Yarımadasının hər tərəfinə yayılmış, digər bütün inanclardan daha çox təsirə sahib və daha çox məşhur idi. Ərəbistana bu inancın nə vaxt soxulduğu, necə məşhur hala gəldiyi mövzusunda dəyişik görüşlər vardır. Bunlardan ən məşhur olanı, bütpərəstliyi Ərəbistana Əmr b. Luhay adında birinin soxduğudur. Huzaya qəbiləsinin rəisi olan bu şəxs, dinlərə olan maraq və doğruluğuyla tanınmış biriydi. Dövrün insanları onu böyük alimlərdən biri olaraq görürdülər. Bir növ dəri xəstəliyinə tutulan Əmrə, Şam bölgəsində olan Horrana getməsi və orada olan şəfalı bir suyla yuyunması tövsiyə edilər. Bu tövsiyəyə tabe olaraq ora gedən 'Əmr, o suyla yuyunar, yaxşılaşar. Orada insanların bütlərə ibadətlərini görər, bundan xoşlanar. Hubel adlı bütü götürüb Məkkəyə gətirib Kəbəyə tikər və ona ibadətə başlayar. Qövmünün də ona ibadət etməsini istəyir. Zamanla bu vəziyyət Ərəblər arasında o dərəcə yayılar ki, hər qəbilənin ibadət etdiyi bir bütü olar. Peyğəmbərimiz (s.ə.s.) Məkkəni fəth etdiyində Kəbədə 360 büt vardı və Peyğəmbərimiz bunların hamısını qırdırıb, Kəbəni bütlərdən təmizləmişdi.

 

Başqa bir rəvayətə görə isə, Hz. İsmayılın uşaqları çoxalıb, dolanışıq səbəbiylə Məkkənin xaricinə çıxmağa məcbur olduqlarından, Məkkədən çıxışlarında, ataları İsmayılın xatirəsini daşıyan Hərəm torpağından bir miqdar aparır, sonra bu torpağı qorumaq üçün ona həddindən artıq hörmət göstərirdilər. Bu iş zamanla inkişaf edərək, onu müqəddəs qəbul edib, ona ibadətə çevrildi. Beləcə bütpərəstliyin təməli atılmış oldu və gün keçdikcə şəkillənərək inkişaf etdi.

 

Hz. Peyğəmbər (s.ə.s.)in olduğu əsl mühit olan Hicaz bölgəsində ən məşhur inanc bu bütpərəstlik olduğu üçün, Peyğəmbərimiz mübarizəsini əvvəlcə bütpərəstliyə qarşı vermişdir. Bəzilərinin adları Quranda da keçən bu bütlərin məşhurları bunlar idi:

 

Menat: Məkkə ilə Mədinə arasında, dəniz sahilinə yaxın əl-Musəlləl deyilən bir yerdə idi. Ənsar qəbilələri, Sad, Huzaya vs. buna ibadət edərdilər.

 

Lat: Taifdə idi. Taiflilər buna ibadət edərdilər. Peyğəmbərimiz (s.ə.s.), Məkkənin fəthindən sonra Əbu Süfyan b. Hərb və Muğirə b. Şubəni göndərib onu qırdırdı.

 

Uzza: Gatafan, Gani və Bahilə qəbilələrinin bütü idi. Peyğəmbərimiz (s.ə.s.), Hz. Xalidi göndərib, onu qırdırmışdır.

 

Hubəl: Qureyşin ən böyük bütü idi. Qırmızı rengde olan deyerli bir daşdan edilmişdi.

 

Bunların xaricində İsaf, Nailə, Vədd, Suva, Yağus və Yauk vs. adlarla məşhur başqa bütləri daha vardı. Ki, bunlardan bəziləri köhnə Ərəb şeirlərində keçməkdədir. Məsələn: Əmr b. Humamə ət-Dusi, Zülkəffəyn adlı bütü yandırdığı zaman bu beyti söyləmişdir:

 

"Ey Zulkəffəyn mən sənin atandan qalma deyiləm. Mənim doğumum sənin doğumundan əvvəldir. Mən sənin ürəyinə alov doldurdum." (Şükrü, 2/209)

 

Ərəblər, bütlərini daşdan, ağacdan vs. maddələrdən etdikləri kimi, yemək maddələrindən də edərdilər. Məsələn, Hənifə Oğulları qəbiləsi xurma və undan etmiş olduqları böyük bir bütü, qıtlıq zamanında yedikləri üçün rəqib qəbilənin şairi tərəfindən belə qınanmışlar:

 

"Hənifə oğulları, qıtlıq və aclıq zamanı tanrılarını yedi." (Kalaci 1998, 16)

 

 

Bu və buna oxşar şeirlərlə, Qurani Kərimdəki bəzi ayələrdən anladığımıza görə bütpərəstlik Ərəblərdən bir çoxunu təmin etmirdi. Onlar, əsl etibarilə Hz. İsmayıl (ə.s.) və dolayısilə də Hz. İbrahimin (ə.s.) inancına sahib olduqlarından, bir Uca Allahın varlığına inanırdılar. Necə ki Qurani Kərimdə bəzi ayələrdə bu xüsusa işarə edilməkdədir: Məsələn:

 

(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti (həmd-sənanın kimə məxsus olduğunu) bilməz! (Loğman, 25)

 

Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! (Zumər, 3)

 

Görüldüyü kimi Ərəblər, bu barədə bir ziddiyyət içərisində idilər. Qurani Kərimdə bir çox ayədə bu ziddiyyətə diqqət çəkilmişdir. Məsələn:

 

Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Belə bir sadə, açıq-aydın həqiqəti xatırlayıb bütlərə ibadət etməyin səhv olduğunu anlamırsınız?!) (Nəhl, 17)

 

(Müşriklərin) Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri (daşdan, ağacdan və sairədən) yaradılmışlar. (Nəhl, 20)

 

Ərəblərin bütlərə ibadət və mərasim şəkillərini də qısaca belə sıralaya bilərik:

 

Bütün hüzurunda yalvarmaq, yalvarmaq, bəla və müsibətlər anında kömək etməsini, çətinliklərini aradan qaldırmasını istəmək; Kəbədəki bütləri ziyarət etmək, onların ətrafında təvaf etmək, onlara səcdə etmək, yalvarmaq; bütlər adına, onlara yaxın olmaq üçün qurban kəsmək, ki Qurani Kərimdə: …dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır… (Maidə, 3) buyurularaq, belə bir davranış şiddətlə qadağan edilmişdir.

 

Bütpərəst Ərəblər, yemək və içkilərindən, yaxud da əkin və heyvanlardan bir miqdarını bütlərə və Allaha verərdilər, Qurani Kərim, bunu da dilə gətirməkdə və qadağan etməkdədir:

 

(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir! (Ənam, 136)

 

 

O günün Ərəbləri, öldükdən sonra dirilməyə, axirətə inanmırdılar. Necə ki bir gün, Qureyş böyüklərindən Ümeyye ibn Xələf, çürümüş sümükləri əlinə alıb, Peyğəmbərimizin hüzuruna gələrək, bunları əlində parçalayar və havaya ataraq, Peyğəmbərimizi (s.ə.s.) mat etmək üçün: "Ey Məhəmməd, Allahın bunu da dirildəcəyini sanırsan?" deyə soruşmuşdu. Peyğəmbərimiz də cavab olaraq, "Bəli. Allah (c. c.), səni öldürəcək, sonra dirildəcək və sonra alova atacaq." cavabını vermişdi ki, bu xüsus, Quran-Kərimdə belə dilə gətirilmişdir:

 

Məgər insan (As ibn Vail, yaxud Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək, Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır! (Yasin, 77-79)

 

Bütün bu batil inanclara baxmayaraq, o dövr insanlarından Həniflik və Xristianlıqdan təsirlənərək axirət və hesaba inananların da olduğunu görməkdəyik. Necə ki, Cahiliyyə dövrü şairlərindən əl-Ahnəs ibn Şihab bir şeirində belə deyər:

 

"Şübhəsiz Allahın, qulunu gözəl işləri səbəbiylə hesab günü mükafatlandıracağını bildim ." (Kalaci, 18)

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz