Ana səhifə

Quran-i Kərimə görə insanın yaradılışı necədir?


YazdırSend to friend

Quran-ı Kərim, insanın müxtəlif yaradılış dövrələrindən bəhs edər. Bunu ana xəttləriylə ikiyə ayırmaq mümkündür. Biri; ilk insan Hz. Adəm (ə.s.)ın, ikincisi də digər insanların yaradılmasıdır. Bu fərqli yaradılışlara bəzən ayrı-ayrı ayələrdə, bəzən də eyni ayədə diqqət çəkilər. Necə ki Muminun surəsində;

 

" Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik). Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!

(Muminun, 12-14).

 

 

Görüldüyü kimi, insanın ilk yaradılışdan etibarən keçirdiyi dövrələr mərhələ mərhələ nəzərə verilməkdədir. Bunlardan öz yaradılış dövrələrimizi anlamaq, ilk yaradılışa da işıq tutacaq.

 

Yuxarıdakı Ayədə keçən yaradılışla əlaqədar xüsuslara, bir hədis də işarə edilər:

 

"Hər birinizin yaradılışı ana rəhmində sperma olaraq 40 gün yığılıb yığışar. Sonra eynilə elə (40 gün daha) əlaqə (yapışan şey) olar. Sonra yenə elə (bir 40 gün daha) mudga (ət parçası) halında qalar. Ondan sonra mələk göndərilər. Ona ruh üfləyər..."

(Məmməd Sofuoğlu, Səhihi Müslim və Tərcüməsi, VIII, 114).

 

Buradakı embrion, çılpaq gözlə görülməyə başladığı zaman, kiçik bir ət kütləsi (mudga) halındadır. Olduğu yerdə inkişaf edər və addım-addım bir insan şəklini almağa başlar.

 

Bu gün elm, insanın yaradılışı haqqında Quran-ı Kərim və hədislərin ortaya qoyduğu hökmlərin ancaq bir qisimini təsbit edə bilmişdir. Məsələn; hiss və duyğular, bu maddi inkişafın hansı mərhələsində bədəndə yerini almaqdadır? Elm buna hələ bir cavab tapa bilməmişdir. Peyğəmbərimiz (s.ə.s.) isə, 120 gün sonra ruhun gəldiyini bildirməklə, insan bədənini bəzəyən duyğuların vəzifəyə başladığı zamana işarə etmişdir.

 

Zigot təşəkkülündən etibarən 120 gün qədər döl yalnız böyümə qanununa tabedir. Yəni, bu dövrə içində hüceyrələr bölünər və fərqliləşər. Eyni böyümə qanunu, bitki və heyvan embrionlarında da cərəyan edər. Bir başqa ifadə ilə döl, 120 gün sonra insan mərtəbəsinə yüksələr. Necə ki bu vəziyyətə ayədə; "... sonra onu tam fərqli bir varlıq (insan) etdik..." (Muminun, 14) bəyanı ilə diqqət çəkilər.

 

Hz. Adəm (ə.s.)ın torpaqdan yaradıldığını bildirən bir çox ayə vardır. "Allah sizi (Hz. Adəmi) bir torpaqdan, sonra bir spermadan (Hz. Adəmin nəsilini) yaratdı." (Fatır, 11). Bu Ayədə də insanın torpaqdan yaradıldığı ifadə edilər: 3/59; 18/37; 22/5; 35/11; 40/67; 30/20.

 

İlk insanın yaradılışında da günümüzdəki yaradılış kimi müxtəlif dövrələr iştirak edər. "Odur ki hər şeyin yaradılışını gözəl etdi və insanı yaratmağa palçıqdan başladı." (Səcdə, 7).

 

 

 

Bəzi təfsirçilər "insanı bir spermadan yaratdıq" hökmünün, Hz. Adəm (ə.s.) üçün də etibarlı ola biləcəyini irəli sürərlər. Onlara görə bu palçıqdan sperma hasil edilmişdir. (Əlmalılı, V, 3058).

 

 

İlk insanın yaradılışını açıqlamaq barəsində təkamülçülər çıxmaz yoldadırlar. Bunu özləri də etiraf edirlər. O halda, "Edən bilər, bilən danışar" qanunu tərəfindən, edənin bəyanına qulaq asmaq lazımdır. O, insanı torpaqdan yaratdığını bildirir. "Şübhəsiz sizi torpaqdan yaratdıq..." (Həcc, 5). Həm də ən gözəl şəkildə. "Biz insanı ən gözəl şəkildə yaratdıq" (Tin, 4). On dəfə təkamülçüləri dinləyənlərin, heç olmazsa bir dəfə də Yaradanın fərmanlarına nəzər etməsi lazım deyilmi?

 

(*) "Əlaqə" sözünün mənalarından biri "qan laxtası" digəri də "yapışan" və ya "asılıb yapışan şey"dir. "Yapışan şey" dölün bu mərhələsinə daha uyğun düşməkdədir.



15-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz