Ana səhifə

Qur`an-ı Kərim oxuyarkən hicab örtmək gərəkirmi?


YazdırSend to friend

Qur'an-ı Kərimi oxuyarkən və ya dinləyərkən xanımların başlarını örtmələri bir dini hökm (vacib, sünnə və s.) deyil, bir ədəbdir (İslami ədəb qaydası). Başını örtmədən oxuyan və dinləyən günaha girməz.

Müsəlman bir qadın ona dini baxımdan yad olan kişilərin yanında başını örtər. Qadınların arasında və ya evdə atasının, qardaşlarının, əmi və ya dayısının, qayınatasının yanında başını örtmək məcburiyyətində deyildir. Qur'an oxuyarkən də başı açıq ola bilər.

Allah Təala Nur surəsinin 31. ayəsində belə buyurur:

"Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər..."(Nur, 24/31)

Qur'an oxunacağı zaman nə edilməsi lazım olduğu ilə əlaqəli olaraq Allah Təala belə buyurmuşdur:

"Qur'an oxuyacağın zaman; qovulmuş şeytandan Allah'a sığın. "(Nəhl, 16/98)

Bunun xaricində hər hansı bir əmr yoxdur.



11-11-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz