Ana səhifə

Quran, insanın zəif yaradıldığını xəbər verir, bunu açıqlayarsınız?


YazdırSend to friend

İnsan, zəiflikləri olan bir varlıqdır. Quran, bu ayəsiylə bu həqiqəti bildirər: "İnsan zəif yaradıldı" (Nisa Surəsi, 28.) Bu zəiflik, daha dünyaya gəlir gəlməz özünü göstərməyə başlar. Digər canlıların balaları qısa zamanda həyata uyğunlaşma təmin edib, öz başlarına həyatlarını davam etdirə biləcək səviyyəyə çatarlar. İnsan balası isə, biriki ildə ancaq ayağa qalxar. 15-20 ildə ancaq bir qisim fayda və zərərləri öyrənər. Ömürü boyunca da, həyat qanunlarını öyrənməyə möhtacdır.

 

Ayrıca, insan çox həssas bir canlıdır. Nə çox istiyə gələ bilər, nə çox soyuğa... Nə aclığa dayana bilər, nə susuzluğa... Bir mikrob onu yerə sərər. Bir kometa onu ürküdər. Keçmişi düşünər, kədərlənər. Gələcəyi düşünər, narahatlıq edər. Əməlləri əbədə uzanar.

 

Bir də," bəşəri zəifliklərimiz" vardır. Bu zəifliklər, bəzi xasiyyət və xarakterlərimizdir. Bunlardan bir qisimini bu şəkildə ələ ala bilərik:

 

1. Nisyan (Unutqanlıq).

İnsan, unutqanlığa mübtəladır. Hər insanın həyatında bir çox unutqanlıq nümunələri vardır. İlk insan Hz. Adəm də eyni unutqanlığı yaşamışdır. Ayə bunu belə izah edər: "Doğrusu daha əvvəl Adəmdən əhd almışdıq , unutdu..." (Taha Surəsi, 115.)

Hz. Adəmə, qadağan ağaca yaxınlaşmaması əmr edilmişdir. Şeytanın vəsvəsəsiylə yaxınlaşar və o ağacdan yeyər. Bunun nəticəsində dünyaya göndərilər. (Bəqərə Surəsi, 35-37.)

 

 

2- Hərislik və xəsislik

Bəşəri zəifliklərimizdən biri də, mala düşkünlükdür. Quran, bu xüsusu belə xəbər verər:

Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. (Məaric Surəsi, 19-21)

"Adəmoğlunun bir vadi dolusu qızılı olsa, ikinci bir vadi dolusu qızılı istər..." (Müslim, Zəkat, 117.) hədisi, bu bəşəri zəifliyimizə diqqət çəkər. Körpələrdə belə eyni təbiəti görmək mümkündür. Onun əlindəkini almaq çox çətindir, amma sizin verdiyinizi dərhal alar.

 

3- Tələsgənlik

İnsan, tələsikçi bir varlıqdır. Bir anda nəticəyə çatmaq istər. Axirət səadətini dünyada dadmağa çalışar. "Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur! (Bəqərə Surəsi, 200.)

Halbuki, bu dünya səbri və stabilliyi tələb edir. Əsl olan dünya xoşbəxtliyi deyil, axirət səadətidir. Axirətin almazlarını, bu dünyanın şüşə parçalarıyla dəyişdirmənin bir mənası yoxdur. Sonsuz həyata nisbətlə bu qısa həyat, bir an kimidir. Lakin insan, axirəti bilmədiyindən bütün himmətini dünyaya sərf edər. "İnsan (özünə) xeyir-dua etdiyi kimi, bəd dua da edər. (Adamın hirsi tutduqda özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin duasını qəbul etsə, dərhal onun özünü, yaxud övladını məhv etməlidir. Lakin Allah səbirlidir, bəndələrinə əzab verməkdə tələsməz). İnsan (hər şeydə) tələskəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz). (İsra Surəsi, 11.)

 

4- Təriflənmək

Dərhal hər insan təriflənməyi sevər. Etdiyini sevər, bəyənər. Halbuki, öyündüyü şeylərdə özünün hissəsi çox azdır. Məsələn, səsinin gözəlliyiylə fəxr edər. Halbuki, Allah ona belə bir səs verməsəydi, əlindən heç bir şey gəlməzdi.

 

Qurani Kərim, bu məsələdə bu xatırlatmağı edər:

(Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir! (Al-İmran Surəsi, 188. )

Ayədə rədd edilən iki vəziyyət vardır:

1. Etdiyiylə qürurlanmaq.

2. Etmədikləriylə təriflənməkdən xoşlanmaq.

Halbuki insan, özünü mədh etmək üçün deyil, Allaha həmd etmək üçün yaradılmışdır.

 

5- Xidmətdə laqeydlik

İnsanın təbiətində xidmətdən qaçmaq, ödənişə qaçmaq vardır. Bir iş ediləcəyi zaman kimsə ortalıqda görülmək istəməz. Lakin ödəniş və mükafat zamanında, hər kəs talib olar. Quranda zikr edilən bu hadisə, buna gözəl bir nümunədir. Belə ki:

Peyğəmbərimiz, 1400 səhabəylə ümrə niyyətiylə Məkkəyə doğru yola çıxar. O zaman Məkkə hələ müşriklərin idarəsindədir. Bir döyüş çıxa biləcəyi narahatlığıyla, bir qisim bədəvi insanlar səfərə qatılmazlar. bəhanələrlə geri qalarlar. Lakin eyni insanlar, Heybər qənimətləri üçün yola çıxıldığında orduya qatılmaq istəyərlər. Cənabı Haqq, onların bu səfərə qatılmalarını məhrum edər. (Fəth Surəsi, 11-15 )

 

6- Bəhanəçilik

Müsbət sahələrdə bir varlıq göstərə bilməyənlər, bəzi bəhanələrlə özlərini ovudarlar. Nədənsə öz qüsurlarını görmək istəməzlər. Məsələn, Hudeybiyyə Səfərinə qatılmayan bir qisim bədəvilərin bəhanələrinə baxaq: "Mallarımız, ailələrimiz bizi saxladı. Bizim üçün bağışlama dilə' deyəcəklər. Onlar, ağızlarıyla, ürəklərində olmayanı söyləyirlər..." (Fəth Surəsi, 11)

"Günahın sahibi olmaz" deyərlər. Halbuki, "Qüsurunu görməmək, o qüsurdan daha böyük bir qüsurdur" (Nursi, Lemələr, 84.) Qüsurunu görən o qüsurdan xilas olmağa çalışar.

 

İnsanın mahiyyətində belə nə qədər zəifliklər vardır. Bu zəifliklər, əslində insanın mənəvi tərəqqisində mühüm bir əsasdırlar. Mələklərdə belə zəifliklər olmadığından, onlarda mübarizə də yoxdur. Mübarizə olmayınca, tərəqqi də söz mövzusu deyil.

 

İnsanın mələklərə üstünlüyünün mühüm bir sirri, bu zəifliklərində gizlidir. Fitrətən xəsis bir insanın, nəfsini aşaraq comərdlikdə olması, əlbəttə asan bir şey deyil. Nəfsini mədhə meylli bir adamın, "Bütün tərif və sevgi Allahadır. Bütün yaxşılıqlar, gözəlliklər Ondandır" deyə bilməsi şübhəsiz az bir hünər deyil.

 

Bu zəifliklər aşılmayacaq zəifliklər deyil. Çünki "Allah kimsəyə qaldıra bilməyəcəyi yükü yükləməz" (Bəqərə Surəsi, 286)



15-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz