Ana səhifə

Qurana görə İblisin üsyanı necə olmuşdur?


YazdırSend to friend

Quranda şeytanla əlaqədar hekayələrin bir qisminin məalləri belədir:

 

“Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” Mələklərin hamısı (ona) səcdə etdilər. Lakin İblis xaric! Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.”(1)

 

(Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!” (İblis) dedi: “Sənin, başqa şəklə düş­­müş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Allah) dedi: “Çıx oradan! Sən artıq (rəhmətimdən) qovulmuşsan! Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!” (2)

 

(İblis) dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver(Allah) dedi: “Sən möhlət verilənlərdənsən. Ancaq məlum vaxtın gü­­nünə qədər”. (İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin sadiq qullarından başqa.”(3)

 

(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.(7:16-17)

 

(Allah) buyurdu: “Çıx get! Onlardan kim sənə uysa, tam bir əvəz kimi cəzanız Cəhənnəm olacaqdır. Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. Əslində, Mənim (ixlaslı) qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər.”(17:63-65)

 

“Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan. Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan. Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən!”(20:117-119)

 

Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?” (20:120)

 

Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya (Cənnətdə) əbədi qalanlardan olmayasınız”.(Üstəlik) onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”– deyə and içdi. Beləliklə, (şeytan) onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. (4)Rəbbi onlara (belə) müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”

Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.”(7:22-23.)

 

“Şeytan isə (ağaca yaxınlaşdırmaqla) onları aldadıb olduqları yerdən çıxartdı.”

( 2:36.)

 

(Allah) dedi: “Bir-birinizə düşmən kəsilərək (yerə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və faydalanmaq üçün (istifadə edəcəyiniz şeylər) vardır.” “Siz orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız”. (5)

 

Bəli, şeytan baş qaldırdı və özünə Allaha baş qaldıracaq yandaşlar axtardı və axtarışa davam edir. O da var ki, bu mövzuda ona ilk uyanlar insanlığın ana və atası olan Hz. Adəm və yoldaşı Həvva oldu. Ancaq onlar Allaha:

 

“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq.”(7:23.)

 

deyə dua edib səmimi tövbə etdilər, Allah da onların tövbələrini qəbul etdi. Ancaq özü, yəni şeytan qürurunu məğlub edib tövbə edə bilmədi və bunun da cəzasını həm dünyada həm də axirətdə çəkəcəkdir.

 

Qaynaqlar:

(1) - Hicr, 15:28-31; Bəqərə, 2:34; İsra, 17:61; Kəhf, 18:50; Sad, 38:71-74.

(2) - Hicr, 15:32-35; Əraf, 7:12-13; Sad, 75-78.

(3) - Hicr, 15:36-40; Əraf, 7:14-15; Sad, 38:79-82.

(4) - Əraf, 7:20-22; Ta ha, 20:121.

(5) - Əraf, 7:24-25; Bəqərə, 2:36; Ta ha, 20:123.

(6) – Ta ha, 20:124-125; Bəqərə, 2:38.



07-06-2011 12:00:00