Ana səhifə

Quranda insana yükləndiyi ifadə edilən əmanət, nə deməkdir?


YazdırSend to friend

Əmanətlə əlaqədar ayənin tərcüməsi:

Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi). (Əhzab Surəsi, 72)

 

Əmanətin lüğət mənası: əminlik, birinə qoruması üçün buraxılan şey. Əminliyin ziddi, xəyanət. Yəni, əmanəti qorumamaq, onu əmanət edənin deyil də, öz nəfsinin arzu etdiyi kimi xərcləmək...

 

 

Əmanət, iradə sahibinə verilər. Kassaya qoyduğunuz pul üçün, "Pulumu kassaya əmanət etdim." deməzsiniz. Demək ki, cansız əşya əmanətə həmsöhbət ola bilmir... Mələklər də onlardan çox fərqli deyil... Onların vəzifələndirilmələri təklif ilə deyil, əmr ilədir.

 



15-11-2009 12:00:00

Düğüme özel