Ana səhifə

Quranda keçən, “Yəhudi və Xristianları dost etməyin.” ayəsi necə başa düşülməlidir? Onlarla iqtisadi və ictimai münasibətlər içinə girmək bu ayənin qadağan sahəsinə girər?


YazdırSend to friend

İslam, insanlıq üçün bir səadət və rəhmət vəsiləsidir. Onun şəfqət qanadları və geniş dözümü özünə tabe olmayanları da əhatə etmişdir. Digər dinlərin mənsubları öz dinlərində görmədikləri rahat və rifahı İslamda tapmışlar, bir İslam diyarında heç bir çətinliyə məruz qalmadan həyatlarını davam etdirmişlər. Müsəlmanlar da bu xüsusdakı İlahi əmrlərə tam olaraq riayət etmişlər və ən geniş mənada tətbiq etmişlər.

 

Ənkəbut Surəsinin 46-cı ayəsində belə buyurular:

“Kitap əhliylə ancaq ən gözəl bir yoldan mübarizə edin; gözəlliklə, yumşaqlıqla, dəlil və isbat yoluyla onlara haqqı izah edin; ancaq onlardan zülmə sapanlar müstəsnadır. Onlara deyin ki: ‘Bizə endirilənə də, sizə endirilənə də iman etdik. Bizim İlahımız da, sizin İlahınız da birdir. Biz ancaq Ona boyun əyərik.”

 

 

Bu mənanı təsdiq edən digər ayə tərcüməsi də belədir:

“Sizinlə din barəsində döyüşməmiş və sizi yurdunuzdan çıxarmamış olanlara yaxşılıq etməkdən və ədalət etməkdən Allah sizi məhrum etməz. Şübhəsiz ki, Allah ədalət edənləri sever. Ancaq Allah sizinlə din barəsində döyüşmüş, sizi yurdunuzdan çıxarmış və çıxarılmanıza kömək etmiş olanları dost etməkdən sizi məhrum edər. Kim onları dost etsə onlar zalımların ta özləridir.”(1)

 

 

Tərcüməsini verdiyimiz bu ayələr kimi daha bir çox İlahi əmrlər və hədisi şəriflərlə Müsəlmanların əhli kitabla münasibətlərinin əsasları ifadə edilmişdir. Dinimiz, heç bir zaman onları “Kafirdir” deyə buraxıb əlaqəni kəsməmizi əmr etməmiş, onlarla dünya işlərində razılaşmalar etməyi, ortaq hərəkət etməyi qanuni saymışdır. Yəhudi və Xristianlarla edilən bu kimi münasibətlər, Qurani Kərimin, “Yəhudiləri və Xristianları dost etməyin.” hökmünə zidd deyil. Ayədə qadağan edilən dostluq, bir inanc olaraq Yəhudiliyi və Xristianlığı mənimsəmək, o səhv inanclara dostluq göstərmək mənasındadır. Bir əhli kitabın elmindən, sənətindən faydalanmaq üzrə özüylə dostluq qurmaq bu qadağana girməz. Bediüzzamanın izahıyla məsələ belədir:

 

“Hərbir Müsəlmanın hər bir sifəti hər vaxt Müsəlman olması lazım olmadığı kimi, hər bir kafirin də bütün sifət və sənətləri kafir olmaq lazım gəlməz. Buna görə də Müsəlman olan bir sifəti və ya bir sənəti istehsan etmək (xoş qarşılamaq) iktibas etmək, niyə caiz olmasın?Digər tərəfdən, Onlarla dost olmamız mədəniyyət və tərəqqilərini istehsan ilə iktibas etməkdir (gözəl görüb almaqdır). Və hər səadəti dünyeviyenin əsası olan asayişi muhafazadır.” (2)

Bir Müsəlmanın digər din mənsublarıyla və ya heç bir inanca sahib olmayan kəslərlə inanc baxımından olmasa da, bəzi vəziyyətlərdə müştərək hərəkət etməsi və bəzi mədəni münasibətlərdə olması mümkündür. Eyni torpaqlarda və ya eyni dünyada yaşayan insanların zaman zaman bir-birləriylə bir qisim məsələlərdə fikir alış-verişində olmaları təbiidir. Bu vəziyyət millətlər arasında olduğu kimi, dar çərçivədə fərdlər arasında da görülməkdədir.

 

Müsəlmanlarla, eyni məmləkətdə, eyni şəhərdə yaşayan qeyri müslimlərə düşmən nəzəriylə baxılmasına dinimiz icazə verməmişdir. Dinimiz, əhli kitabın qadınlarıyla evlənməyi, yeməklərini yeməyi, xəstələndikləri zaman ziyarətlərinə gedib hal və xatirlərini soruşmağı, qonşuluq hüququna riayət etməyi bir vəzifə saymışdır. “Zimmiye əziyyət edənin mən hasmıyam” buyuran Sevimli Peyğəmbərimiz (s.ə.v.) Müsəlmanları, öz ölkələrində yaşayan və özlərinə təcavüz etməyib zərər verməyən qeyri müslim vətəndaşların haqqlarını qorumağı, onlara çətinlik verməməyi əmr buyurmuşdur. Əhli kitabın İslam torpaqlarında dinlərini rahatca yaşamalarına icazə verən və onlara tam bir ibadət və inanc azadlığı verən İslam, bu dözümü çox geniş tutmuşdur. Məsələn bir ayədə əhli kitabın yeməklərinin yeyilə biləcəyi, qadınlarıyla evlənə biləcəyi barəsində belə buyurular:

“Bugün təmiz və gözəl olan şeylər sizə halal edildi. Özlərinə kitab verilənlərin yeməkləri sizə halal olduğu kimi, sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar ilə sizdən əvvəl özlərinə kitab verilənlərdən azad və iffətli qadınlar, namuslu olmanız, zina etməməniz, gizli dost tutmamanız və özlərinə mehirlərini verməniz şərtiylə sizə halaldır.”(3)

 

 

Qaynaqlar

1. Mumtəhinə Surəsi, 8-9

2. Münazarat, s. 26-27.

3. Maidə Surəsi, 5



11-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz