Ana səhifə

Quranda xeyli çox ayədə keçən "ürəklərin möhürlənilməsi" nə deməkdir? Ürəyi möhürlənilən bir insan, iman etməməkdən necə məsul tutula bilər?


YazdırSend to friend

Ürək möhürlənilməsi, bir ürəyin küfr və üsyanla qaralmaq surətiylə imanı qəbul edə bilməz hala gəlməsi şəklində təsvir edilər.

 

Allah Elçisi (s.ə.v.) buyurur ki: "Hər günah ilə ürəkdə, bir qara nöqtə meydana gəlir."

 

Bir ayədə "Allah özünə ortaq qoşulmasını əsla bağışlamaz; bundan başqasını (sair günahları) dilədiyi kimsə üçün bağışlayar." (Nisa Surəsi, 4/48) buyurular. Bu hədisi şərifdən və ayədən anladığımıza görə, ürəyi qaraldan ən böyük qaralıq şirk, yəni Allaha ortaq qoşmaqdır. Bir insan, şirki iddia edər və bu barədə möminlərlə mübarizəyə girişsə, hər keçən gün ürəyindəki bu qaralıq daha da tündləşər və genişlənər. Get-gedə bütün ürəyini örtər. Artıq o insanın iman və tövhidi qəbul etməsi sanki qeyri-mümkün hala gələr. Nur Müəllifinin ifadəsiylə, "Salah və xeyiri qəbula ləyaqəti qalmaz."

 

Haqqında danışılan ayə, Allah Rəsuluna (s.ə.v.) cəbhə alan, onunla mübarizə edən müşriklər haqqında nazil olmuşdur. Və o müşriklərin ürəklərində şirkin tam hakimiyyət qurması və tövhidə yer qalmaması, "ürək möhürlənilməsi" şəklində ifadə edilmişdir.

 

Özlərinə hidayət qapısı bağlananlar, bu nöqtəyə çatan müşriklərdir. Yoxsa günah işləyən, zülm edən yaxud şirkə girən hər adam üçün hidayət qapısının bağlanması söz mövzusu deyil. Əks halda, əsri səadətdə, daha əvvəl bütlərə ibadət edən on minlərlə insanın İslama girmələrini necə izah edəcəyik?!..

 

Şirkə girən hər insanın ürəyi möhürlənilsəydi, heç bir müşrikin Müsəlman ola bilməməsi lazım idi. Demək ki, ürəyi möhürlənilənlər, tövhidə dönmələri qeyri-mümkün hala gələnlərdir.

 

Və onlar, bu çuxura öz iradələrini səhv istifadə edərək düşürlər.



08-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz