Ana səhifə

Qurani Kərimdə; Allah kimə hidayət versə doğru yolda olan odur; kimi də hidayətdən məhrum edər, çaşdırsa; artıq imkanı yox, ona yol göstərəcək bir dost tapa bilməzsiniz deyilir. Burada Allahın insanı məcbur etməsindən söhbət gedir?


YazdırSend to friend

Bu sualda iki hissə var: Birincisi Cənabı Haqq küllü iradəsiylə necə diləyirsə, eləmi olur; yoxsa insan öz iradəsiyləmi edir? Bu sualdakı ayə belədir: "Men yehdillâhu felâ mudille leh. Ve men yudlil felâ hâdiye leh:AIlah (c.c.) bir kimsəni hidayətə çatdırsa kimsə onu azdıra bilməz. O kimi də, dəlalətə salarsa, kimsə onu hidayətə gətirə bilməz." Məna olaraq, hidayət; doğru yol, rüşd, peyğəmbərlərin getdiyi istiqamətli olandır. Dəlalət isə, pozğunların yolu; doğru yolu itirmə və istiqamətdən ayrılma deməkdir.

Diqqət yetirilsə, bunların hər ikisi də bir iş, bir hərəkətdir. Və insana aid istiqaməti ilə bir funksiyadır. Beləliklə, bunların hər ikisini də Allaha vermək lazımlıdır. İfadə etdiyimiz kimi, hər hərəkət Allah tərəfindən yaradılmaqdadır. Allahın qənaəti xaricində olan heç bir hərəkət göstərilə bilməz. Dəlaləti (yoldan çıxmağı), "Mudil" adının səbəbiylə yaradan, hidayəti (doğru yola çatmağı), "Hadi" adının təcəllisinə bağlayan ancaq Allah (c.c.)-dır. Bəli, ikisini verən də Haqqdır.

Amma, bu demək deyil ki; qulun heç bir müdaxiləsi, əlaqəsi olmadan, Allah tərəfindən zorla yoldan çıxarılır və ya hidayətə, yəni doğru yola sövq edilir də, o da ya dall (pozğun) və ya raşid (dürüst) bir insan olur.

Bu məsələni qısaca belə anlamaq da mümkündür: Hidayətə çatmada və ya dəlalətə düşmədə, işlənən bir hərəkət nə qədərsə; məsələn, bu iş on ton ağırlığında bir iş isə, bunun onda birini də insana vermək səhvdir. Həqiqi mülk sahibi Allahdır və o iş mütləq mülk sahibinə verilməlidir.



08-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz