Ana səhifə

Qurani Kərimin əhli kitaba (Yəhudi və Xristianlara) baxışı necədir?


YazdırSend to friend

İslam dini, müşriklərlə (Allaha ortaq qoşanlarla), kitab əhlini yəni Xristianları və Yəhudiləri bir tutmaz. Maidə Surəsində Özlərinə kitab verilənlərin yeməkləri sizə halaldır, sizin yeməyiniz də onlara halaldır (Maidə Surəsi, 5) buyurular. Buna görə onlarla iqtisadi və ticari sahələrdə münasibət qurula bilər. Ayənin davamında isə, Müsəlman kişilərin kitab əhlindən olan namuslu qadınlarla evlənə biləcəkləri xəbər verilər. Halbuki, bir Müsəlmanın bir bütpərəstlə evlənməsinə icazə verilməmişdir.

 

Əhli kitab haqqındakı bu ayədə nəql etməkdə fayda görürük:

“(Ey Rəsulum!) de ki: Ey əhli kitab! Sizinlə bizim aramızda müştərək olan bir sözə gəlin: Allahdan başqasına ibadət etməyək; Ona heç bir şeyi ortaq qoşmayaq və Allahı buraxıb da kimimiz kimimizi ilahlaştırmasın.

(Al-İmran Surəsi, 64)

 

İçlərindən zülm edənlər bir tərəfə, əhli kitabla ancaq ən gözəl yoldan mübarizə edin və dəyin ki: Bizə endirilənə də, sizə endirilənə də iman etdik. Bizim İlahımız da sizin İlahınız da birdir və biz Ona təslim olduq.

(Ənkəbut Surəsi, 46)

 

“İnsanlar içərisində, iman edənlərə düşmənlik baxımımdan ən şiddətli olaraq yəhudilər ilə Allaha ortaq qoşanları görəcəksən. Onlar içində iman edənlərə sevgi baxımından ən yaxın olaraq da ‘Biz xristianlarıq’ deyənləri görəcəksən.”

( Maidə Surəsi, 82)



11-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz