Ana səhifə

QUR`ANLA YOĞRULMAQ


YazdırSend to friend

Allah-subhanəhu təala-buyurur:

"Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının (möminliklərinin, Allahdan qorxub pis əməllərdən çəkinmələrinin) mükafatını verər!"(Muhamməd, 17)

Yəni münafiqlər, Qur`anı eşidəcəklər, lakin istifadə etməzlər-faydalanmazlar. Amma o kəslər ki, onlar Allahın göstərdiyi doğru yolu tutmaqla hidayətə gəldilər, Buna görə də Allah-subhanəhu təala-onların hidayətini ziyadə edər. Çünki nə vaxt Qur`anı eşitsələr, mənasını öyrənməyə səy göstərərlər və haqq olduğuna etiqad edərək ixlasla iman edərlər və Allah-cəllə cəlaluhu-onların qəlblərinə təqvanı da nəsib edər ki, onlar qəlblərindəki ittika-Allah qorxusu-səbəbiylə hər zaman Qur`anın əmrlərinə tabe olar və nəhyindən çəkinərlər.

Buna görə də hər kimin ki, ürəyində ittikası zəifdir, yəni Allah qorxusu azdır, o şəxsin Allahın-subhanəhu təala-əmrlərinə tabe olması da o nisbətdə zəif və zəif olduğu kimi nəhyindən də çəkinmə ona görə zəif və az olar. Çünki təqvanın əsası İlahi əmrlə məmur olduğu şeylərin tamamını əda etmək və nəhy etdiyi şeylərin də hər birini tərk etməkdir.

Möminlərin imanlarının güclənməsinə səbəb olan şey də: Rəsulullahdan-sallallahu aleyhi və səlləm-eşitdikləri Qur`ani Azimuş Şan ilə Əhadisi-nəbəviyyədir.

"Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!)" (Ənkəbut, 69)

Təfsir-i Hazin və Mədarikdə bəyan olunduğuna görə, mücahədə ilə qəsd olunan, bir mənaya görə elm tələbi üçün səy göstərməkdir. Bu mənaya görə; "O kəslər ki elm təhsili üçün səy göstərərlər-çalışarlar. Əlbəttə biz onlara elm təhsili yolunda hidayət edərik." deməkdir.

Və bir mənaya görə mücahədə ilə murad olunan məna; Nəbəvi Sünnəti iqamə etmək və elmiylə əməl və günahdan tövbə etməkdir, deyilmişdir.

Fəxruddin Raziyə görə məna: "O kəslər ki, onlar bizim vəhdaniyyətimizə dəlalət edən dəlillərə nəzər etməkdə və təəmmülündə-ətraflı incələnməsində səylə taqətlərini sərf etdilər. Əlbəttə biz onları səhih etiqada nail edərik" deməkdir

"Muhsinin"dən qəsd isə; ibadəti şəraitində riayət edərək əda edən kəslərdir.

Ənəs-radıyallahu anhu-dan rəvayət edildiyinə görə Peyğəmbərimiz-sallallahu aleyhi və səlləm-Rəbbindən rəvayət etdiyi bir hədisdə-yəni hədisi qüdsidə-belə buyurdu:

"Allah Təala belə buyurur: "...O (qulum) mənə bir qarış yaxınlaşsa, mən ona bir zira yaxınlaşaram, o mənə bir zira yaxınlaşsa, mən ona bir qulac yaxınlaşaram. O mənə yeriyərək gələrsə, mən ona qaçaraq gədərəm." (Buxari, Tövhid 50; Muslim, Zikr 2, (2675); Tirmizi, Daavat 142, (3598))

Ayəti cəlilələrdə isə belə buyurulur:

"Allah`ın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allah`a iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allah`ın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!" (Təğabun, 11)

"Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)" (əş-Şura, 23)

"Biz axirət qazancını (savabını) istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur." (əş-Şura,/ 20)

Müəllif: Mahmud Sami Ramazanoğl



13-07-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz