Ana səhifə

Rəğâib Gecəsi


YazdırSend to friend

Rəğâib Nədir?

    Rəğâib, ərəbcə bir sözdür  və "rəğa-bə" kökündən gəlməkdədir. "Rəğa-bə", kəlimə  olaraq, hər hansı bir şeyi istəmək, arzulamak, ona qarşı meyl etmək və onu əldə etmək üçün səy göstərmək deməkdir. "Rəğîb" sözü isə, "rəğabə"dən törəmiş olan bir addır və özünə rəğbət edilən, arzulanan, tələb edilən şey deməkdir. Müənnəsi, "Rəğîbə"dir. "Rəğîbə"nin çoxluğu da "rəğaib" dir. Söz olaraq "Rəğâib"in əsli budur.

    Rəcəb`in ilk cümə gecəsinə Rəğâib gecəsi deyilir. Bu gecəyə Rəğâib gecəsi adını mələklər vermişlər. Hər Cümə gecəsi qiymətlidir. Bu iki qiymətli gecə bir araya gəlincə, daha qiymətli olur. Allahu Təâlâ, bu gecədə, mü`minlərə, ragibətlər [lütfkarlıqlar, ikramlar] edər. Bu gecəyə hörmət edənləri bağışlayar. Bu gecə edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə, sayıla bilməyəcək qədər savablar verilər. Rəğâib gecəsini ibadətlə keçirməli, qəzası olan, heç olmasa bir gündəlik qəza namazı qılmalı! Qəzası olmayan da nafilə namaz qılar, Quran-i Kərim oxuyar, zikr edər, tövbə istiğfar edər. Cümə axşamı günü oruc tutub, gecəsini də ihya etmək (canlandırmaq) çox savabdır. Rəcəb ayında oruc tutmaq fəzilətlidir.

    Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'nun Ramazan ayından sonra ən çox oruc tutduğu ay Rəcəb ayıdır. Bu Rəcəb ayında oruc tatmağın böyük, möhtəşəm savabı var.

İbn-i Abbas -radiyallahu anh- Həzrətləri: 'Rəsulullah -sallallahu əleyhi və səlləm- Rəcəb ayında bəzən o qədər çox oruc tutardı ki, biz O`nu heç iftar etməyəcək zənn edərdik. Bəzən də o qədər çox iftar edərdi ki, biz O`nu heç oruc tutmayacaq zənn edərdik.'buyurmuşdur. (Müslim) 

     Bir də bu ayda savablar qulların dəftərlərinin savab xanalarına, bol bol tökülməsi səbəbindən də rəcəbül əsabb deyilmişdir. Yəni, savabların bol bol, şırı şırıl, gürül gürül töküldüyü ay demək... Sabbə, Ərəbcədə tökmək demək... Çayın da belə dağlardan çağlayaraq şırıl-şırıl  axıb da töküldüyü yerə mənsəb deyərlər; o da eyni kökdən... Rəcəb-ül əsabb; Allah`ın rəhmətinin cûşa gəlib, ikram ü ihsanâtının şırıl şırıl, güldür güldür qullara gəldiyi ay deməkdir.

    Ariflər və din alimləri kitablarında yazmışlar ki, bu ay əkim, əkmə, əkinçilik ayıdır. Savablı işlər, oruc tutmaq, tövbə etmək və s. gözəl şeylər edilər. Bir məhsulun əkilməsi kimi əkinçilik, əkim ayıdır. Şa'ban baxım,qulluq etmə ayıdır. Ramazan biçmə ayıdır, yəni məhsulun alındığı,əldə olunduğu aydır demişlər. Demək ki Rəcəb ayı, bizi Ramazan ayına hazırlayan bir mövsümün ilk addımı olmuş olur.

     Rəcəb toxum əkmə, Şaban sulama,Ramazan isə məhsul toplama ayıdır.İl ağac kimidir: Rəcəb ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi,Ramazan isə yetişən meyvələrin dərilməsi mövsümüdür.

    Onun üçün, "Rəcəb ayı tövbə ayıdır." demişlər. Yəni qul nə edəcək?.. "Yâ Rəbbi! Mən anlaya bilməmişim, xətâ etmişim, bilməmişim, günahkaram, qüsurluyam; məni bağışla..." deyərək xətâsını etiraf edib, xətâsından dönərək, Cənâb-ı Haqq’ın yoluna yönələcək.

    Şa'ban ayı ibadətlərə davam etmə ayıdır. Ramazan da mükafatlarını alma ayıdır. Belə müxtəlif sözlərlə bu ayların bir-birləriylə əlaqəli olduğu bəyan edilmişdir.

    Sevgili Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm), Rəğâib Gecəs`inin içində olduğu Rəcəb ayında çox dua edər, namaz qılar, oruc tutar, yaxşılıqların hər növünü edər, sədəqə verməyə diqqət göstərərdi. Rəsulullah aleyhissalâtu vesselâm əfəndimizin Rəcəb`in ilk cümə axşamı gününü orucla keçirdiyi və cümə gecəsində, bu kandil gecəsinə məxsus olmaq üzrə on iki rükət namaz qıldığı rəvayət edilər. Rəğâib gecələrində dua etmək, tövbə və istiğfarda olmaq, bu gecəni müqəddəs qəbul etmək surətiylə müxtəlif ibadətlərlə keçirmək, ümumiyyətlə alimlər arasında qəbul görmüşdür.

    Bu aylara "Çox savablı ibadət ayları" deyən Bədüzzaman belə işarə edir: "Hər hasənənin savabı başqa vaxtda on isə,Rəcəb-i Şərifdə yüzdən keçər, , Şâban-ı Muazzamda üç yüzdən çox və Ramazan-ı Mübarəktə minə çıxar və cümə gecələrində minlərə və Leyle-i Qadirdə(qədr gecəsi) otuz minə çıxar. (Şuâlar, s. 416) Bu gecəni fürsət bilərək könülümüzü kasvətlə(çirkabla) boğan duyğu və düşüncələri qəlblərimizdən atalım. Nəfsin pis arzularının önünə keçib, qəlb hüzurilə ibadətin ləzzətini almağa, o hal üzrə Rəbb`imizə yönəlməyə çalışaq. Qeybət, həsəd, riya, ucb, kin, nifrət və qənaətsizlik kimi pis duyğulardan təmizlənək.

 Necə ihya edək?

     Mümkünsə oruclu olaraq qarşılanmalıdır.

     Qəzası olanın heç olmasa bir gündəlik qəza namazı qılması çox yaxşı olar.

    Qur`an-i Kərim oxunmalı, tövbə, istiğfar edilib təfəkkür halı üzrə olmalıdır.

    Heç olmasa şam(yatsı) və sübh namazları məsciddə camaatla qılınmalıdır. Bu bütün gecəni ihya etmiş kimi savab qazandırar.

    "Lâ ilâhə illallah", "Allahümmə salli alâ seyyidinâ muhammədin və alâ âli seyyidinâ muhamməd", "Estağfirullah", "Sübhânallah", "Elhamdülillah", "Allahu Əkbər", "Lâ havlə və lâ quvvətə illâ billâhil aliyyil azîm" kimi sözləri zikr etmək, təkrar etmək çox savabdır.

 Rəğâib ilə əlaqədar ayəyi Kərimələr:

    Rəğâib sözü Qur`an`da keçməməkdədir. Ancaq "rəğabə"dən törəmiş olan müxtəlif sözlər, Qur`an`da səkkiz yerdə keçməkdə və "rəğabə"nin ifâdə etdiyi məna üçün istifadə edilməkdədir .

    Ayrıca, Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu )da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. (Tövbə, 36)

Hz. Peyğəmbərin (ə.s.v) (aşağıda hədislər hissəsində olan) bir hədisində, ayəti-kərimədə işarə edilən haram ayların, Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb ayları olduğu vurğulanır.

Rəcəb Ayı və Rəğaib gecəsi ilə əlaqədar Hədisi Şəriflər:

• Allah Təala, Rəcəb ayında oruc tutanları məğfirət edər. [Ğunyə]

• Rəcəbi şərifin bir gün əvvəlində, bir gün ortasında və bir gün də sonunda oruc tutana, Rəcəb hamısını tutmuş kimi savab verilər. [Miftahül-cənnə]

• Ramazan ayı xaricindəAllah rizası üçün bir gün oruc tutan, yaxşı bir yarış atının bir əsrdə alacağı məsafə qədər Cəhənnəmdən uzaqlaşar.) [Əbu Yalə]

• Bu beş gecədə edilən dua geri çevrilməz. Rəğaib Gecesi, Şabanın 15-ci gecəsi, Cümə, Ramazan bayramı və Qurban bayramı gecəsi.) [İbni Asakir]

• "Rəcəb Şərîf'in birinci günündə oruc tutmaq üç illik, ikinci günü oruclu olmaq iki illik və yenə üçüncü günü oruclu olmaq bir illik kiçik günahlara kəffarə olar. Bunlardan sonra hər günü bir aylıq kiçik günahların əfv və məğfirətinə səbəb olur. " buyurarlar. (Camius Sağir)

• İbn-i Abbas -radıyallahu anh- Həzrətləri: "Rəsulullah -sallallahu əleyhi vəsəlləm- Rəcəb ayında bəzən o qədər çox oruc tutardı ki, biz Onu heç iftar etməyəcək zənn edərdik. Bəzən də o qədər çox iftar edərdi ki, biz Onu heç oruc tutmayacaq zənn edərdik. "Buyurmuşdur. (Muslim)

• Şübhəsiz zaman, Allahın yaratdığı günkü şəkliylə axıb getməkdədir. İl on iki aydır. Bunlardan dördü haram aylardır. Və üçü ard arda gəlməkdədir. Zilqədə, Zilhiccə, Məhərrəm bir də Cəmaziyəl-âxirlə Şaban ayları arasında gələn Mudar qəbiləsinin ayı Rəcəb ayıdır. "(Buxari, Təfsir, Surə, 8,9)

• "Rəcəb ayı Allahın ayı, Şaban mənim ayım, Ramazan da ümmətimin ayıdır." (Acluni, Kəşful-Xafâ, 1/423)

• Yenə mübarək üç aylardan ilki olan Rəcəb ayının əhəmiyyəti və dəyəri haqqında Ənəs b. Malik (r.a.) 'dan belə rəvayət edilir: Rəcəb ayı girdiyində Hz. Peyğəmbər belə deyərdi: "Allahım! Rəcəb və Şabanı bizə mübarək et və bizi Ramazana çatdır." (Əhməd b. Hənbəl, Müsnəd, 1/259)

• Rəcəb böyük bir aydır. Allah bu ayda həsənatı qat qat edər. Rəcəb ayında bir gün oruc tutan, bir il oruc tutmuş kimi savaba qovuşar. 7 gün oruc tutana, Cəhənnəm qapıları bağlanar. 8 gün oruc tutana Cənnətin 8 qapısı açılar. On gün oruc tutana, Allah istədiyini verər. 15 gün oruc tutana, bir münadi, "Keçmiş günahların əfv oldu" deyər. Rəcəb ayında Allah Təala Nuh əleyhissalamı gəmiyə mindirdi və o da Rəcəb ayını oruclu keçirdi. Yanındakılara da oruc tutmalarını əmr etdi. [Təbərani]

• Kim Rəcəb ayında, təqva üzrə bir gün oruc tutarsa, oruc tutulan günlər dilə gəlib "Ya Rəbbi onu bağışla" deyərlər. [Əbu Muhəmməd]

 

• Hz. Aişə(r.a) anamız, "Rəsulullah, bazar ertəsi və cümə axşamı günləri oruc tutmağa çox əhəmiyyət verirdi." buyurur. Çünki Hədisi-Şərifdə, "Əməllər Allah Təalaya bazar ertəsi və cümə axşamı günləri ərz edilir. Mən də əməlimin oruclu ikən ərz edilməsini istəyirəm. " buyururdu. (Tirmizi)

     



01-05-2014 12:00:00