Ana səhifə

Rəğaib gecəsində nələr edilə bilər? Qəndil gecələrini necə dəyərləndirməliyik?


YazdırSend to friend

     Rəğaib Gecəsi Sevgili Peyğəmbər Əfəndimizin (s.ə.s) Allahın bəzi çox özəl feli təcəllilərinə məzhər olduğu, nurani lütf və , səmavî ehsanlara çatdığı bir gecədir. Rəcəb ayının ilk Cümə gecəsi ilə üst-üstə düşməkdədir. Söz olaraq rəgaib, "çox rəğbət edilən, nəfs, qiymətli, dəyərli, ehsan" mənalarına gələn Rağibə sözünün cəmidir .Buna görə Rəğaib Gecəsi deyilincə: "Çox lütf və ehsanla dolu, qiyməti və dəyəri böyük, çox yaxşı qiymətləndirilməsi lazım olan gecə" mənası aydın olar. Bu gecə Allah təala öz lütfünü bol bol yağdırar. Müsəlmanlar arasında isə Peyğəmbərimizin dünyaya təşriflərinin ilk halqasını təşkil edən ana rəhminə şərəf verdiyi gün olduğuna inanılmaqdadır. [Ancaq bu gecə ilə vəladəti Nəbəviyyə (peyğəmbərimizin doğum günü) arasındakı müddət, bunun əleyhinə işarədir. Bu qədər var ki, Hz. Əminənin Fəxri Âləm Əfəndimizə hamiə olduğuna bu gecədən etibarən xəbərdar olmuş ola biləcəyi düşünülə bilər.]        

     Peyğəmbərimizin doğuşuyla yer üzü necə küfr və cəhalətin qaranlıqlarından xilas olub böyük bir xoşbəxtliyə qovuşdusa, onun təşriflərinin ilk pilləsi olan bu gecəni də bütün kainat alqışlamış, coşğun bir sevinclə ayaqda qarşılamışdır. Mənən bərəkətli olan bu gecənin bir xüsusiyyəti də mübarək Ramazan ayının ilk xəbərçisi olmasıdır.            

    Bədiüzzaman Həzrətləri, Rəğaib gecəsinin Zâtı Əhmədiyyənin  tərəqqi həyatının başlanğıcının ünvanı olduğunu; Merac gecəsinin də Zâtı Əhmədiyyənin  tərəqqi həyatının zirvə nöqtəsinin ünvanı olduğunu bildirməkdədir. Bu gecə Allah Rəsûlu (s.ə.s), sözü keçən nail olma və ehsanlar üçün Cənâbı Haqqa şükr üçün on iki rükət namaz qılmışlar. Bu gecəni ibadətlə canlandırmanın savabı xeyli çoxdur. Digər zamanlarda oxunan hər Quran hərfi üçün on savab verilirsə, Rəcəb ayında yüzləri keçməkdə, Rəğaib gecəsində isə daha da artmaqdadır. Qəza və nafilə namazların savabı isə digər gecələrə nisbətlə qat-qat çoxdur. Rəğaib gecəsində ediləcək ibadətlərdən biri də duadır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), bir hədisində bu gecədə ediləcək duaların Allah qatından geri çevrilməyəcəyini bildirmişdir. .[Cəlâləddin Süyûtî, Câmiu’s–Sagîr, (Feyzul–Qədir’lə birlikdə), III/454, Beyrut, 1972]

QƏNDİLLƏRİN DƏYƏRLƏNDİRİLMƏSİ
    Bütün qəndil gecələrində edilə biləcək və edilməsi lazım olan əhəmiyyətli bir sıra əfvu məğfirətə nail olma, əcru savab qazanma, mənəvi tərəqqi qeyd etmə, bəla və müsibətlərdən xilas olma və rıza-i İlâhiyə çatma vəsilələri vardır ki, bunlardan bəzilərini maddələr halında qısaca və toplu olaraq yenidən xatırlamaqda fayda var:
1. Qurâni Kərim oxunmalı; oxuyanlar dinləməli; uyğun məkânlarda Qur'ân ziyafətləri verilməli; Kəlamullah`a olan sevgi, hörmət və bağlılıq duyğuları yenilənməli, qüvvətləndirilməli.
2. Peyğəmbər Əfəndimizə (s.ə.s)  salâtu salamlar gətirilməli; O`nun şəfaətini ümid edib, ümmətindən olma şüuru təzələnilməli.
3. Qəza, nafilə namazlar qılınmalı; varsa o gecəyə aid nəql edilən namazlar, onlar da ayrıca qılına bilər; qəndil gecəsi, özü etibarilə ibadət və ibadətdə lütfkarlıq şüuruyla ihya edilməli.

4. Təfəkkür vəziyyətində olmalı "Mən kiməm, haradan gəldim, hara gedirəm, Allah`ın məndən istəkləri nələrdir" kimi mövzular başda olmaq üzrə həyatî məsələlərdə dərin düşüncələrə girməli.
5. Keçmişin hesabatı və murakabəsi ( öz nəfsinə, iş aləminə yenidən nəzər salmaq) edilməli; və indinin və gələcəyin plân və proqramı yazılmalı.

6. Günahlara səmimi olaraq tövbə və istiğfar edilməli; idrak edilən gecəni son fürsət bilərək peşmanlıq və günahları tərk ilə haqqa dönülməli.0
7. Bol-bol zikr, evradu ezkar (zikir virdləri) etməli.
8. Möminlərlə halallaşılmalı; onlarla əlaqəmiz cəhətindən razılıqları alınmalı.
9. Küsülü və incik olanlar barışdırılmalı; könüllər alınmalı; kədərli üzlər güldürülməli.
10. Adam özünə və digər Mömin qardaşlarına hətta ad çəkərək dualar etməli.
11. Üzərimizdə haqqları olanlar axtarılıb soruşulmalı; vəfa və qədirşinaslık(ehtiram) əxlaqı yerinə yetirilməli.
12. Yoxsul, kimsəsiz, yetim, miskin, xəstə, şikəst, yaşlı olanlar ziyarət edilib, sevgi, şəfqət, hörmət, hədiyyə və sədəqələrlə xoşbəxt edilməli.
13. O gecə ilə əlaqədar ayələr, hədislər və bunların şərhləri əlaqədar kitablardan fərdi və ya cemaaten oxunmalı.
14. Qəndil gecəsinin axşam, yatsı və səhər namazları camaatla və məscidlərdə qılınmalı.
15. Vəfat etmiş yaxınlarımızın, dostlarımızın və böyüklərimizin qəbirləri ziyarət edilməli; iman qardaşlığına aid sədaqəti yerinə yetirilməli.
16. Həyatdakı mənəvi böyüklərimizin, ustadlarımızın, ana və atamızın, dostlarımızın və digər yaxınlarımızın kandilləri şəxsən gedərək və ya telefon, faks yaxud e-mail çəkərək təbrik edilməli; duaları istənməli.
17. Bu qəndil gecələrinin gündüzlərində mümkün olduğunca oruc tutulmalı.
("Mübarək gecələrin əhyası ilə əlaqədar xüsusi bir ibadət mövcud deyil. Namaz, Quran tilavəti, dua kimi bütün ibadət növləri ilə gecə əhya edilə bilər... Mübarək gecələrdə qılınan bəzi xüsusi namazlar sünnədə mövcud deyil; mötəbər bir rəvayətə də istinad etməzlər. Bu, "O gecələrdə namaz qılmaq məkruhdur" mənasını verməz. Təhəccüd və nafilə namazları təşviq edən rəvayətlər çoxdur. Bunların mübarək gecələrdə edilməsi əlbəttə daha fəzilətlidir." (Canan, Kutubu-Sittə, 3/289). Qəndil gecələrinə aid olduğu yazılan namazları da ayrıca qılmaqda isə bir günah yoxdur; savabdan məhrum qalınmaz)



01-05-2014 12:00:00