Ana səhifə

Rəhmət ayı Ramazan


YazdırSend to friend

Selmanı Farisi (r.ə.) izah edir:

 

Rəsulu Əkrəm Əfəndimiz (s.ə.v.) Şaban ayının son günündə bizə oxuduğu bir xütbədə belə buyurdu:

 

"Ey insanlar, böyük və mübarək bir ay yaxınlaşdı, kölgəsi başınıza gəldi.

 

Bu elə bir aydır ki, içində min aydan daha xeyirli olan Qədr Gecəsi vardır.

 

Allah o mübarək ayın gündüzlərində orucu fərz, gecələrində nafilə namazları qanuni etdi.

 

Bu ayda kiçik böyük bir xeyir edən insan başqa aylarda bir fərz etmiş kimi savab qazanar.

 

Bu ayda bir fərzi etmək, başqa aylarda yetmiş fərz yerinə keçər.

 

Bu ay Allah üçün aclıq və susuzluğun, itaət və ibadətin məşəqqətlərinə səbir və dözüm ayıdır. Səbrin qarşılığı da Cənnətdir.

 

Bu ay köməkləşmə ayıdır, bu ay möminlərin ruzisini artıracaq aydır.

 

Bu ayda hər kim oruclu bir möminə iftar edəcək bir şey versə, etdiyi bu iş günahlarının bağışlanmasına və Cəhənnəmdən azad olmasına səbəb olar. Oruclunun savabından da heç bir şey azalmadan onun qədər savaba qovuşar.

 

Əshab-ı kiramdan bəziləri, "Ya Rəsulullah, hamımız orucluya iftar edəcək bir şey tapıb verəcək vəziyyətdə deyilik" dedilər.

 

Bunun üzərinə Rəsulu Əkrəm Əfəndimiz (s.ə.v.), "Allah bu savabı bir tək xurma ilə, bir içim su ilə, bir qurtum süd ilə oruclu möminə iftar etdirənə də verər" buyurdular və xütbələrinə belə davam etdi:

 

Bu ayın başı rəhmət, ortası bağışlama, sonu da Cəhənnəmdən qurtuluşdur.

 

Bu ayda hər kim köləsinin (işçi və xidmətçisinin) işini yüngülləşdirsə Allah onu bağışlayar və Cəhənnəmdən uzaq tutar.

 

Bunun üçün bu ayda bu söyləyəcəyim dörd xüsusiyyətdən ikisi ilə Rəbbinizi razı edərsiniz, digər ikisindən isə heç bir vaxtda ayrı qala bilməzsiniz.

 

Rəbbinizin razılığına səbəb olan xüsusiyyətlərin biri, Kəlimeyi Şəhadətə davam etməniz, digəri də Allahdan bağışlama diləmənizdir.

 

İmtina edə bilməyəcəyiniz iki xüsusiyyətin biri Allahdan Cənnəti istəmək, digəri Cəhənnəmdən Allaha sığınmaqdır.

 

Hər kim orucluya bir qurtum su versə, Allah da ona mənim məhşərdəki hovuzumdan elə bir su içirəcək ki, Cənnətə girənə qədər bir daha susuzluq çəkməyəcək." (et -Tergib vet-Terhib, 2:94-95)

 

 

Ramazanın ilk günüylə birlikdə nur və həzz dolu bir mövsümü yaşamağa başlayırıq. Kainat şənlənər, dünya Cənnətdən süzülən nurani bir hava ilə dolub daşar.

 

Ülvi aləmlərin günahsız və mübarək sakinləri möminlərin ətrafını əhatə edər; rəhmət ölkəsindən müjdələr, kainatın Rəbbindən salamlar və bağışlama ümidləri gətirərlər.

 

Müqəddəs kəlamın nazil meydana gəlişinin ildönümü olan Ramazan ayını, möminlərlə birlikdə cinlər, mələklər; və ağacı, çiçəyi, böcəyi, qurdu, quşu, dənizi və dəryasıyla yaşlı dünyamız da qeyd edər. Görünən və görünməyən aləmlərdə tam bir bayram havası yaşanar.

 

Bu ayın Cənabı Haqq qatında müstəsna bir yeri vardır. Uca Rəbbimiz, Özünə həmsöhbət olaraq seçdiyi qullarına sonsuz rəhmətinin ən geniş təcəllilərini bu aya təsis edər.

 

Başda Qurani Kərim olmaq üzrə digər səmavi kitabların da bu ayda endirilmiş olması, bu günlərin qiymətini artıran digər bir xüsusdur.

 

Möminlər, İlahi bir lütfkarlıq olaraq bu günləri bir gözəl fürsət bilərək qiymətləndirərlər. Rəblərinə olan qulluq dərəcələrini göstərər, Ona ünsiyyət qura bilmək səyi içinə girərək, tam bir ixlas və şüurla ibadət və itaətə qaçarlar.

 

Bu səyin nəticəsi əlbəttə qarşılıqsız qalmayacaq. Oruc tutub, Ramazan ayını bir qulluq şüuru içində keçirənlər, şirin bir anı yaşadıqları, hüzura çatdıqları kimi, bir çox nemətə də qovuşarlar.



11-08-2010 12:00:00