Ana səhifə

Rəsulullahın (s.ə.s.) heç tərk etmədiyi Ramazan sünnəsi: Etiqaf


YazdırSend to friend

 

  Etiqaf, Peyğəmbərimizin (s.ə.s.) ömrünün sonuna qədər heç tərk etmədiyi bir sünnəsidir. Etiqaf, "bir məsciddə və ya cami hökmündə olan bir yerdə niyyət etmiş olaraq müəyyən bir müddət gözləmək" deməkdir. Kişilər, beş vaxt namaz qılınan bir cami və ya məscid kimi bir yerdə, qadınlar isə evlərində beş vaxt namazlarını qıldıqları bir məkanda etiqaf edə bilərlər.

   Peyğəmbərimiz (s.ə.s.) vəfat edincəyə qədər hər Ramazan, məscidə qapanaraq etiqafa girmişdir. 

Hz. Âişə radiyallahu anhə nəql edir:

"Rəsul-i Əkrəm Əfəndimiz sallallahu əleyhi vəsəlləm Ramazanın son on günündə etiqaf edərdi. Bunu vəfat edincəyə qədər beləcə davam etdirdi."[Buxari, etiqaf:1; Müslim, etiqaf: 2]

"Rəsulullah sallallahu əleyhi vəsəlləm Ramazan ayının son on günü girdiyi zaman əlini ətəyini toplayar, gecəni əhya edər və ev əhlini oyandırardı." [Buxari, Qədr: 5]

"Rəsulullah sallallahu əleyhi vəsəlləm Ramazanın son on günündə vəfatına qədər etiqafa girdi. Vəfatından sonra da xanımları etiqafa davam etdilər." [Buxari, etiqaf: 1]

İbni Macə`nin rəvayət etdiyi bir hədisə görə, İbni Ömər Radiyallâhu Anhümâ deyər ki:

"Rəsul-i Əkrəm Əfəndimiz sallallahu əleyhi vəsəlləm etiqafa girmək istədiyi zaman, yatağı və ya üzərində yatdığı somyası Məscidin içindəki Tövbə (Əbu Lübabə) sütununun önündə və ya arxasında qoyulardı." (İbni Mâcə, Siyam: 61)

   Allah Rəsûlü (s.ə.s.) bu zaman ərzində, ibadətə daha çox vaxt ayırır, Qur'an'la daha çox məşğul olur və dua edirdi. Bubu özü etdiyi kimi, ailə üzvlərinin də etməsini də təmin edərdi.

   Dövrümüzdə unudulmağa üz tutan bu sünnə Peyğəmbərimiz (s.ə.s.) üçün çox əhəmiyyətli idi. İmam Zühri (ra) deyir ki: "Görəsən insanlar etiqafı necə tərk edirlər? Halbuki, Rəsulullah (s.ə.s.) bəzi şeyləri edər bəzi şeyləri tərk edərdi. Etiqafı isə vəfatına qədər heç tərk etmədi."

    Ata b. Əbi Rabah etiqafla əlaqədar belə deyir: "Etiqafa girən insan, ehtiyacından ötəri böyük bir zatın qapısında oturub, ehtiyacım yerinə yetirilmədikcə buradan ayrılıb getmərəm deyə yalvaran bir kimsəyə bənzəyir ki, Allah Təala'nın bir məbədinə daxil olmuş, 'Məni, afv etmədikcə buradan ayrılıb getmərəm.' deməkdədir. "

 

Etikaf, Etikafın Dəlilləri,Etikafın Şərtləri, Etikafın Növləri, Etikafın Ədəbləri, Etikafı Pozan Şeylər

Müəllif: 


30-05-2017 09:15:19