Ana səhifə

RAMAZAN VƏ QUR`AN


YazdırSend to friend

Ramazanın, müsəlmanın könül dünyasında dərin izləri vardır. Müsəlman üçün, Ramazan müstəsna bir zaman dilimi, mənəvi duyğuları daha sıx yaşadığı bərəkətli bir dinclik iqlimidir.

Ramazanda mömin əvvəlcə içə dünyasına yönəlmiş bir səfərə çıxarılır. Həyatın hərcümərci içində neçə aydır böhrana düşən ürəyi, bir müddətlik zikr etməklə aram tapmağa dəvət olunur. Üzərinə bulaşan günah çirkləri, möminin səyi nisbətində təmizlənər. 

Necə ki, hələ peyğəmbərlik gəlmədən Allah Rəsuluna-sallalahu aleyhi və səlləm-təklik sevdirilmiş, ilahi bir qüvvə ilə O, Ramazan ayında Hiraya yönləndirilmişdir. Bu inziva halında Allah Rəsulunun-sallalahu aleyhi və səlləm-ürəyi vəhyə hazırlanmış, mənəvi gücü möhkəmlədilmişdir. Artıq ürəyi, dərəcə olaraq: "Oxu!" əmrini qəbul edəcək (yüklənəcək) bir səviyyəyə çatmışdır.

Beəliklə möminlər də Peyğəmbərin-sallalahu aleyhi və səlləm-etdiyi kimi, bu ayda ibadətli bir həyatla könül dünyalarını zənginləşdirməyə yönələrlər. Ürəklərini müsəlmanca bir həyat üçün hazırlayarlar, Qur`ana özlərini daha çox həsr etməyə səy göstərərlər. Həm "Oxu!" əmrini könüllərində duyarlar, həm də bu əmrə tabe olmanın dincliyini yaşayarlar.

Bir görüşə görə Qur`an bu ayda tam olaraq dünya səmasına nazil edilmişdir: 

“Həqiqətən, Biz onu (Qur`anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (əl-Qədr, 1) ayəsi buna işarə etməkdədir. Bir başqa görüşə görə isə Qur`an bu ayda endirilməyə başlanmışdır.

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur`an) ramazan ayında nazil edilmişdir..." (əl-Bəqarə, 185) 

Həm bu mövzudakı şərhlərə, həm də Ramazan ayının qiymətinə dəlalət etməsi baxımından bu ayə son dərəcə əhəmiyyətlidir.

Təfsir alimi Hamdı Yazır ayə ilə əlaqədar yuxarıdakı iki şərhə bunu da əlavə edir: haqqında bu şəkildə Qur`an endirilən, Qur`anda haqqında söz açılan ay deməkdir. Həqiqətən Qur`an-i Kərimdə bu mübarək aydan başqa Allah`ın tərifinə nail olaraq adı açıqca çəkilmiş bir ay yoxdur. Beləliklə Ramazan ayı belə mübarək bir aydır. Bunun üçün orucun fərz olması da bu aya təsis edilmişdir: 

"Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar" buyurulmuşdur. (Bəqərə, 2/185; Əlmalılı, 1/533)

Oruc, İslamın ən təməl ibadətlərindən biridir. Oruc əmri ayədə Qur`anla əlaqədar bəyanlardan sonra gəlir. Bu, şübhəsiz ki, Ramazan ayının, Qur`anın və orucun bir-biri ilə olan əlaqəsini açıqca ortaya qoyur. Hətta təfsirçilərin ifadəsinə ilə desək, oruc, içində Qur`an endirildiyi üçün bu ayda fərz qılınmışdır.

Əslində Peyğəmbərimizin-sallalahu aleyhi və səlləm-xəbər verdiyinə görə bütün ilahi kitablar bu ayda, Ramazan ayında endirilmişdir:

"İbrahimin səhifələri Ramazan ayının başında, Tövrat altıncı günündə, İncil on üçüncü günündə endirilmişdir; Qur`an isə sonunda endirilmişdir." (Təbəri, Camiul-bəyan, II, 150)

Görülür ki, Qur`an ilahi kitablar silsiləsinin son halqası olması ilə yenə eyni ayda, Ramazan ayının sonunda endirilmişdir. Qur`anın nüzulu, Ramazan ayının başına sanki bir tac kimi keçirilmişdir.

Qur`an tilavəti, son dərəcə əhəmiyyətli bir ibadətdir. Mömin üçün çörək kimi, su kimi bir ehtiyacdır. Necə ki, Allah Elçisi-sallalahu aleyhi və səlləm-muhatab alınaraq:

"Və mənə Qur`an oxumaq (buyurulmuşdur)!” Hər kimsə doğru yolda olsa, yalnız özü (öz xeyri) üçün doğru yolda olmuş olar. Hər kimsə doğru yoldan çıxsa, (ona) de: “Mən yalnız (insanları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdənəm!” (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir. Həç kəsi iman gətirməyə məcbur edən deyiləm!)" (Nəml, 92) buyurulur. 

Şübhəsiz ki, O, Qur`an tilavətinə ən çox əhəmiyyət verən idi. O ayələri həm oxuyur, həm insanlara eşitdirər, izah edər-açıqlayar, öyrədər və tətbiq edərdi. Burada ona bu işdə səbat və qərarlılıq göstərmə əmri verilmişdir. Eyni şəkildə möminlərin bu işə ciddi şəkildə qoşulmalarına işarə edilmişdir. Necə ki, Allah Rəsulu-sallalahu aleyhi və səlləm-də buna davamlı təşviqetmişdir. Bu təşviqlərdən biri belədir:

 "Qur`an oxuyan və bu mövzuda mahir olan şəxs şərəfli, tərtəmiz mələklərlə bərabərdir. Bir az çətinlik çəkən, çətinlik çəkdiyi halda oxumağa davam edən şəxsə də iki savab vardır." (Muslim, Salatu'l Müsafirin, 38)

Ramazan bunun üçün gözəl bir fürsətdir. Ramazanda orucla könül dünyası təmizlənən, ürəyi yumşalan mömin, iç dünyasını Qur`anla bəzəyər, zənginləşdirər. Oruclu mömin o gün günahlardan uzaq qalmışdır. Qur`an oxuyacağı dilini, gözlərini, könlünü qorumuşdur. Çünki Qur`anla aydınlamanın ən əsas şərti; saf, aydın bir ürəklə yaxınlaşmaqdır ona. Beləliklə müsəlman Ramazanda, Qur`an tilavətinin feyz və bərəkətindən daha çox istifadə edir. Qur`anın hikmət qapıları daha çox aralanır onun üçün. Allahın Qur`anda qeyd etdiyi həqiqətlər, nəsihətlər daha dərin iz buraxar könlündə. Kainat, axirət, cənnət, cəhənnəm mənzərələri daha bir canlılıq qazanar. Peyğəmbərlərin-aleyhissalam-çəkdikləri əziyyət və mübarizəni, rabbani alimlərin səy və müqavimətini, iman edənlərin səbir və dözümünü daha bir mənalı şəkildə oxuyar...

Ramazan ayı ilə əlaqədar ayədə Qur`anın arxa-arxaya sıralanan üç xisləti vardır. Bunlar təsadüf deyildir. 

1) Qur`an insanlar üçün bir hidayət qaynağıdır; 

2) Hidayətə qovuşduran, Hadi olan Allah`dan bir açıqlamadır; 

3) Haqqı batildən ayırd edən furqandır;

Demək ki, Ramazan ayında Qur`an oxuyan adamda bunlar daha çox aydınlaşar. Hətta Qur`anın hidayəti, o şəxsi bürüyər, ürəyində nur, yolunda işıq olar. Allah o qula Qur`anın mənalarını açıb, doğruya yönəldir. Haqqı, batili, yaxşılığı pisliyi göstərir.

Bizi belə bir nəticəyə aparacaq bir oxuyuş əlbəttə ağır-ağır, tədəbbür və təfəkkürlü bir oxuyuşdur. Hərflərin tələffüzünə əhəmiyyət vermək qədər, məqsədə da nail olmağa çalışmaqdır. Ubeyd əl-Məktəb-radıyallahu anhu-, Mücahiddən-radıyallahu anhu-soruşur: 

"Bir adam Bəqərə və Ali İmran surələrini ardıcıl bir şəkildə sürətli, digəri isə oxuma qaydalarına riayət edərək yavaş-yavaş, yalnız Bəqərə surəsini oxumaqdadır. Hansının etdiyi daha fəzilətlidir, sürətli şəkildə iki surəni oxumaq, yoxsa yavaş oxuyub bir surəni oxumaq?' Mücahid: "Ağır-ağır (aramla) Bəqərə surəsini oxuyanın etdiyi daha fəzilətlidir" deyir və fikirinə dəlil kimi bu ayəni oxuyur: 

"İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Qur`anı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə, (iyirmi üç ilə yaxın bir müddət ərzində) nazil etdik."(əl-İsra, 106;Təbəri, VIII, 161)

Öyrəndiyimizə görə Cəbrayıl-aleyhissalam-hər il Ramazan ayında gecələri gələr, Allah Elçisi-sallalahu aleyhi və səlləm-ona, o zamana qədər enən surələri oxuyardu. (Buxari, Fədailu'l-Qur`an, 7) Bu tətbiq bizə, başqa mövzuların yanında Ramazan ayında Qur`an tilavətinin əhəmiyyətini göstərməkdədir. Ramazanda Qur`anı xətm etməyin fəzilətini göstərməkdədir. Necə ki, bu bir adət olaraq qalmış və Ramazan ayındakı qarşılıqlı Qur`an oxuma o gündən, bu günə qədər gəlmişdir.

Ramazan gecələrindəki iyirmi rükətlik təravih namazının xətmlə qılınması ayrı bir gözəllikdir! Hər gün bir cüz oxunması və Qur`anın bir ayda xətm ediməsi Qur`anla görüşmə nöqtəsində tərifsiz bir xoşbəxtlikdir! Bu, eyni zamanda namazla Qur`anın, namazla orucun ülviliyini birləşdirən möhdəşəm bir tərkibdir! Çünki Qur`an namazda daha çox təzahür edir. Qur`anın feyz-bərəkət və mənəviyyatı daha bir əhatə edir insanın ürəyini. Allahın hüzurunda Onun kəlamını dinləyirsiniz, yəni Onunla danışırsınız.

İstər qarşılıqlı Qur`an xətmi, istərsə də xətmlə təravih namazları, Qur`anı dinləməyin ən gözəl vasitələridir! Həzrəti Peyğəmbərin-sallalahu aleyhi və səlləm-Əshabi-kiramdan-radıyallahu anhu- Qur`an dinlədiyi sabitdir. Hətta bir səhabə soruşmuşdur:

"Ey Allahın Elçisi! Qur`an sizə endiyi halda mən sizə oxuyummu?" Allah Rasulu isə cavab olaraq:

"Bir başqasından dinləmək xoşuma gəlir", - buyurmuşdur (bax: Buxari, Təfsir, 79)

Qur`an dinləmək ruha ayrı bir dinclik, qəlbə ayrı bir sevinc verir. Qur`anın möcüzə olması, bənzərsiz bir kitab olması, onu bir fem-i Muhsinlerden dinlərkən daha çox idrak edilməkdə. Bu kəlamın ilahi bir kəlam olduğu daha çox hissettirmekti özünü...

Ramazandakı ən gözəl ibadətlərdən biri də etikafdır. Ramazanın son günlərində hər şeydən əl-ətək çəkib, məscidə bağlanmaq, gecə və gündüzləri sırf ibadət və itaətlə keçirməkdir. Bu, Allah Rəsulunun-sallalahu aleyhi və səlləm-edib, Ramazanı əhya üçün tövsiyə etdiyi ən gözəl tətbiqlərdəndir. Hətta etikaf hökmünün fərzi-kifayə olduğu söylənmişdir. Yəni bir cəmiyyətdə bunu mütləq bir neçə müsəlman etməlidir. Etikaf edilərkən, oruc və namazla yanaşı, Qur`anla məşğul olmaq ən əhəmiyyətli xüsuslardan biridir. Dünyəvi bütün məşğuliyyətlərdən uzaq, Allaha yönəlmək, ürəyi Allaha bağlamaq, Qur`anın ilahi atmosferini tənəffüs etmək...

Qur`an Ramazan ayında nazil edilmişdir. Ramazan "Oruc ayı" olduğu qədər, həm də "Qur`an ayı"dır. Muhamməd İqbalın deyişiylə "Qur`an ilk olaraq bizə enir kimi oxunsa" və bu Ramazan ayında belə oxunsa şübhəsiz daha bir fərqli xitab edəcək bizə. Bu oxunuş Allahın əmr etdiyi kimi yavaş-yavaş (aramla), tərtillə, təfəkkür və tədəbbürlə olarsa, Ramazandan yeni bir ruhla çıxılacaqdır. Xətimlər, təravih, qarşılıqlı Qur`an oxumaq, etikaflar - hamısı Qur`anla görüşmək üçün müstəsna zamanlardır. Köhnələn, gəvşəkləşən yerlərimizi əhya etmək, hər tərəfimizi əhatə edən dünyəviləşmədən sıyrılmaq üçün gözəl fürsətlərdir.

Müəllif: Məsud Qaya

Müəllif: 


13-07-2014 12:00:00