Ana səhifə

Ramazan`ın Rûhânî İqlimindən İstifade


YazdırSend to friend

İmam Rabbanî Həzrətləri: "Mübarək Ramazan ayı, bütün xeyirləri və bərəkətləri câmîdir(içinə alan, toplayandır). Kim Ramazan ayını çox yaxşı dəyərləndirib xeyir və bərəkətindən nəsibdâr olarsa, bütün ilini o câmiiyət içində keçirməyə müvəffəq olar." buyurur. Bu təsbitin bir təhlilini lütf edib, mübarək Ramazan ayını ən səmərəli şəkildə dəyərləndirmə adına nələr tövsiyə edərdiniz?

Bilindiyi kimi bəzi mübarək ay, gün və gecələrə aid bir qisim fəzilətlərdən bəhs edilmişdir. Məsələn Qur'an`ın ifadəsiylə, Qədr Gecəsini əhya edən bir insan, min ayı əhya etmiş kimi savab alar. Yenə Əfəndimiz`in (sallallahu aleyhi və səlləm) ifadəsiylə, vətəni qorumaq gayəsiylə bir saat növbət tutan insan, bir il ibadət etmiş kimi savab qazanar; həmçinin bir saat təfəkkür edən insan, bir il ibadət etmiş kimi olar .. demək bu cür az və dar bir zaman dilimi içində, yenə həyati əhəmiyyət daşıyan bir məkanda bir insanın edəcəyi bəzi xususî, cüz'î, zilli(əsil olmayan, kölgəli) şeylər, cüz'iyyətdən çıxıb küllilik kəsb edir, zılliyətdən çıxıb əslə çevrilir və Cənâb-ı Haqq'ın qatında əsli əda edilmiş kimi qəbul edilir.

İmam Rabbanî Həzrətlərinin Ramazanla əlaqəli dəyərləndirməsinə gəlincə; ən başda məsələnin təşviq yanı söz mövzusu. Yəni bir insan, Ramazan-ı şərifi, gecələrini qiyamla, gündüzlərini də orucla keçirərsə, Qədr gecəsində vəd edilən ilâhî  lütflər onun üçün bəhs mözusu ola bilər. Bu səbəbdən bütün bir ili câmî bir mömin olaraq keçirmiş olar və belə bir insanın xətaları da olmaz. Bu da, o insan üçün bir saleh (məhsuldar) dairənin təşəkkül etməsi deməkdir ki, belə bir halda hər xeyr, başqa bir xeyri doğurar və dərkən o insan üçün bir xeyirlər dairəsi təşəkkül edər.

Bəli, bir insan gecəsiylə gündüzüylə bir Ramazan-ı şərifi əhya etməklə, bütün il xeyrlərə açıq ola bilər və həmişə xeyir yollarında dolaşa bilər. Təbii ki, belə potensial bir lütf-i ilâhî  hər kəs üçün söz mövzusudur. Ramazan-ı şərifi hər yönü ilə əhya edən bir insan üçün Əfəndimiz (sallallahu əleyhi və səlləm):

"İnanaraq və eyni zamanda savabını da Allah`dan umaraq tutarsa​​, işlədiyi bütün günahları Allah (cəllə cəlaluhu) əfv edər." buyurur. Demək bu cür mübarək ibadətlərdə insanın niyyəti, hulûsu (könül təmizliyi), yəqin(mütləq bilgi) mülahizəsi çox əhəmiyyətli ki, bunların dərinliyinə görə Allah (cəllə cəlaluhu) bəzən birə on, bəzən yüz və bəzən də milyon verir. Təbii belə bir savab qatlaması, o insanın ömrünün illərini aşar.

Bunu kiçik bir misalla izah etmək lazım olsa, deyək ki, Ramazan-ı şərifdə Qədr Gecəsini yaxaladıq. Bu, min ay hesabına görə səksən il edər. Buna görə, o insan sanki səksən il yaşamış kimi savab qazanar; başqa bir sözlə, min ay namaz qılmış, min ay oruc tutmuş kimi olar. Bu isə, bir insanın ömrünü aşan bir şeydir; çünki ümməti-Muhamməd`in ən uzun yaşayanları belə səksən yaşından bir az çox yaşamışdır / yaşayırlar. Yenə bu elə min ay və elə səksən il ki, içində riya yox, süm'a yox .. məsələn, siz namaz qılar, rükuya əyiləndə içinizdən, "Ətrafdakı insanlar da gördü ki, yaxşı bir rüku etdim." deyə keçirsəniz; yenə səcdəyə gedər, Cənâb-ı Haqq’ın Əfəndimizin səcdəsini təsvir edərkən "Səcdə edənlər arasında qıvrım-qıvrım halını Allah görür .." (Şuarâ sûrəsi, 26/19) ifadəsində olduğu kimi, qıvrım-qıvrım bir səcdə əda edərsiniz, amma ağılınızın küncündən, "Necə səcdə edilirmiş insanlar bir görsün. "deyə keçirsəniz, sizin bu düşüncəniz o səcdəni də, rükünü da və onların önündəki şeyləri də alıb götürər. Sadəcə yatıb qalxmanız və bir də yorgunluğunuz yanınıza mənfəət qalar. Amma Qədr Gecəsində qazandığınız şey, elə bir nəticə verər ki, gecənin bir anında və kimsənin olmadığı bir məkanda etdiyiniz ibadət ü taəti riya, gizli riyakarlıq fırtınaları alıb götürməz. Yenə onun içində başqa günahlar da yoxdur; məsələn harama baxmamış, yalan söyləməmiş, din-i mübin-i İslamın əsaslarına zidd hərəkət etməmişsinizdir.

Bir əhli-təhqiqdən (həqiqətləri dəlilləri ilə bilən alimlər) bu gecəylə əlaqədar belə bir dəyərləndirmə eşitmişdim; bu zat deyərdi ki, məsələn kiminsə malını yemiş, birinə söymüşsünüz ya da birinin qeybətini etmiş . Bütün bunların qarşılığını ötədə sizin savablarınızdan alar, ona verərlər. Ancaq bu veriləcək şeylər, sizin etdiyiniz şeylərdən verilir; fəzlî olan, yəni Allah`ın (cəllə cəlaluhu) sizə fəzlindən verdiyi şeylərdən verilməz. O halda, əgər Cənâb-ı Haqq bir gecədə sizə səksən illik bir əcr vermişsə, səksən min adama borcunuz da olsa, əgər sizin sadəcə bu gecəniz varsa, o gecəniz alınıb onlara bölüşdürülür, amma Allah`ın fəzlî surətdə sizə verdiyi şey, səksən ilə bərabər olaraq ümumən sizə qalar ...

Məhz Ramazan ayı, bu cür xeyrlərə, hasənata açıq və eyni zamanda önəmli xeyirlər doğuran bir aydır. Ancaq xüsusilə, Quran hizmetkârlarının Ramazan`ı da, başqa zamanları da ayrı bir önəm kəsb edir. Çünki günümüzdə heç kimin görə bilmədiyi hər mövsümə aid işləri, Allah (cəllə cəlaluhu) bu xidmət insanlarına etdirir. Beləcə onlar yalnız Ramazan ayını deyil, sanki bütün ömürlərini mücahidə ruhu ilə bir naxış kimi hörürlər. Məhz bu vəziyyət, İmam Rabbanî Həzrətlərinin dediyi, sadəcə bir Ramazanı əhya etməyi, onu dəyərləndirməyi və Ramazanın qiymətləndirilməsi ilə çox əngin, çox geniş xeyirlərə açılma işini çox çox aşar. Çünki bu insanlar, göz oxşayan və çox ehtişamlı işlər görür və bəlkə bu anda gerçək dəyəriylə dəyərləndirə bilməyəcəyimiz şəkildə bir tarix yazırlar. Bu baxımdan da, əgər bir Ramazan ayı ixlaslı bir insana səksən illik ömür qazandırırsa, hər halda onlarınkını hesab etmək mümkün olmayacaqdır.



06-07-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz