Ana səhifə

Rok market açmağın fiqhi cəhətdən qorxusu var?


YazdırSend to friend

İslam dini, gərək inanc və ibadət əsasları, gərəksə ictimai həyat və əxlaq anlayışları etibarilə, fərd və cəmiyyət olaraq insanın yaradılışına uyğundur. Fitrət dini olan İslamın, insanın fitrət gərəyi olan ehtiyac və arzularının qarşılanmasına əhəmiyyət verəcəyi açıqdır. Beləliklə, insanın maddi ehtiyac və istəklərinin qarşılanmasını mübah gördüyü kimi, ruhi-mənəvi, bədii-estetik ehtiyac və arzularının qarşılanmasını da eyni şəkildə mübah görmüşdür.

Ruhi ehtiyaclardan olan musiqi, İslam alimləri tərəfindən çox müzakirə edilən və haqqında lehinə və əleyhinə çox şey deyilən mövzular arasındadır . Musiqilə əlaqədar hər iki tərəfin qarşıya qoyduğu səbəblər birlikdə düşünüldüyündə musiqinin mütləq olaraq qadağan edilmədiyi, əksinə mübah qılındığı nəticəsinə gələrik.

Quran və sünnətdə də musiqi dinləmənin haram olduğunu və musiqi dinləyənlərin günahkar olacağını isbata çatacaq kafi məlumat olmadığı açıqca görülməkdədir.

Rəsulullah (s.ə.v.) əfəndimiz nikahın eşitdirilməsi üçün dəf çalınmasını nəsihət etmişdir (Tirmizi, Nikah, 6).

 Yenə bir bayram günü Hz. Aişənin yanında dəf çalıb mahnı oxuyan iki cariyəyə söz söyləmək istəyənlərə: “Olsun, bu gün bayramdır,”-deyə icazə vermişdir. (Müslim, İydeyn, 16).

Bütün bunları nəzərə alan fiqhçilər, toylarda və bayramlarda insanların haram sözlər söyləmədən və haram işlər işləmədən dəf çalıb, mahnı oxuya, oynaya və əylənə biləcəklərini söyləmişlər.

Ancaq bir qadının xüsusiyyətlərini təsvir edən, haramları gözəl göstərən cinsi duyğuları təhrik edən və məhrəmlik qaydalarına riayətsizlik kimi davranışlar isə günahdır.

Nəticə olaraq, İslam Dini musiqi mövzusunda təfərrüatlı və xüsusi hökm qoymaq yerinə, ümumi qanun və məqsədləri təyin etməklə kifayətlənmişdir. Beləliklə, dinimizin təməl inanc, əməl və əxlaq qanunlarına zidd olmaması, haramların işlənməsinə aparmaması, başqalarının haqlarını pozmaması kimi şərtlər göz önünə alınaraq milli və mənəvi duyğuları coşduran musiqinin çalınmasında, dinlənməsində bir qorxu yoxdur.

Söz etdiyiniz market yuxarıdakı əsaslara uyğun işlədildiyi təqdirdə bir qorxu yoxdur. Ancaq, yuxarıdakı əsasları tətbiq etməkdə tərəddüd içindəsinizsə, bu fəaliyyətdən uzaq durmanız daha yaxşı olar.

(Diyanət İşləri Başkanlığı)



07-06-2011 12:00:00