Ana səhifə

Ruh ilə bədən arasındakı əlaqə necədir?


YazdırSend to friend

Ruh ilə bədən arasındakı əlaqə, bir baxıma, səslə məna arasındakı əlaqəyə bənzər. Səs mənanın bədəni, məna səsin ruhudur. Bu ruh o bədənin nə sağındadır, nə solunda, nə içindədir, nə xaricində... Məna, yaşantısını davam etdirmək üçün səsə möhtac deyil. O, yaddaşda səssizcə dayanar, beyində gurultusuz meydana gəlir, ürəkdə sözsüz olur. Ancaq, görünmək və bilinmək istədimi, işdə o zaman, səsə vəzifə düşər. Səs, həmsöhbətin qulağına çatınca  ömürünü tamamlayar. Məna isə ondan sonra da varlığını davam etdirər.

 

Məna səsdən əvvəl də vardı, səslə birlikdə göründü, səsdən sonra da varlığını davam etdirir. Ruh Allahın qanunu, bədən Onun məxluqu. Bu bədəni, o qanunla tənzim və idarə edir. Allahın məxluqata bənzəməkdən münəzzəh olduğundan qəflət etməmək şərtiylə, insan öz ruhunda, bir çox rəbbani həqiqətlərə işarələr tapa bilər. Bu işarələri həqiqətə tətbiq edərkən, çox diqqətli olmaq lazımdır. İşarətlə əsl arasında bir bənzərlik qurma qəflətinə düşülməməli. Xəritədəki bir nöqtə, bir şəhərə işarə edər, amma o nöqtə ilə şəhər arasında bir bənzərlik qurmaq cəhalətdir. Bir yazı, katibini göstərər, onun sənətinə dəlil olar; lakin, katibi yazıya bənzətmək, yaxud yazının xüsusiyyətlərində yazarın sifətlərini axtarmaq mənasızlıqdır. Məsələyə bu şüurla nəzər etdiyimizdə, ruhumuzda bəzi həqiqətlərə işarələr tapa bilərik:

 

Ruh, bədən ölkəsinin yeganə sultanıdır; birdir, şəriki yoxdur.

Ruh, bədənin heç bir hissəsinə, heç bir orqanına bənzəməz.

Ruhun şəxsi, bədənin şəxsinə bənzəmədiyi kimi, sifətləri də bədənin sifətlərinə bənzəməz.

Ruhun bir məsələni hərəkətə gətirməsiylə , mədənin bir tikəni həzmetməsi arasında bənzərlik düşünülə bilməz.

Ruh doğulmaz, doğmaz, bədəndə məkan tutmaz. Bunlar həmişə bədənin, maddənin xüsusiyyətləridir.

Ruhu mahiyyətiylə qavramaq mümkün deyil. Onun şəxsi haqqında nə düşünülsə, ona şirk qoşulmuş olar.

Bir bədəndə iki ruh olsa, bədən fəsad olar...

Bədənin əliylə nə alınsa alınsın, şükr daim ruha edilməlidir.

Ruhun bədəndəki işi, Günəşin planetlərini çevirməsi kimi, toxunmadan, təmassız edilər.

Bir hüceyrəni idarə etməklə, bütün hüceyrələri idarə etmək arasında, ruh üçün bir fərq düşünülə bilməz; birincisi ona daha yüngül, ikincisi daha çətin deyil...

 

Bu böyük kainat sarayı, ruh üçün bir otaq kimi. Bədən isə qəfəs. Ruh qəfəsdən uçduğu kimi, saraydan da çıxar gedər, daha geniş aləmlərə qovuşmaq üzrə.



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz