Ana səhifə

Ruh ilə beyin arasında necə əlaqə vardır?


YazdırSend to friend

Elmdən məhrum atomlar, nə qədər mükəmməl bir şəkildə bir araya gəlmiş olurlarsa olsunlar, elm sifətini qazana bilməzlər. Beyin də bu elmsiz və şüursuz atomlardan meydana gəlmişdir. Məlumatları köçürər və yazar, amma bu işi şüursuzca edər. O, bir kompüter disketi kimi, ruh adlı varlığın əmrlərini yerinə yetirən bir alətdir yalnız.

 

"İradə" gerçəyi isə, bir möcüzədir. Seçmək, qərar vermək, ayırmaq, istəmək, rədd etmək, məlumatsız bir ət yığınının edəcəyi işlər deyil. O, iradə etməz, yalnız ruhun istədiyini edər.

 

Milyardlarla hüceyrədən yaradılan beyin, ağılları heyrətləndirəcək qədər föqaladə bir kompüterdir. Lakin hər kompüter kimi, onu birinin proqramlaşdırması lazımdır. Beyin, ruhun çıxartdığı paket proqramları tətbiq etmək, bədənin digər parçalarına çatdırmaq üçün qurulmuş bir stansiyaya bənzər. Yeni yollar, başqa imkanlar, fərqli işlər arxasında qaçacaq iradəyə sahib deyil.



14-11-2009 12:00:00

Düğüme özel