Ana səhifə

Ruh və ürəyin həyat dərəcəsinə necə çıxmaq olar? İnsan bir adın maksimum təcəllisinə necə məzhər olar?


YazdırSend to friend

Bilindiyi kimi insanın həm bitki həm heyvan həm də insan həyatı söz mövzusudur. Böyüyüb inkişafı bitkilər kimi, yeyib içməsi və şəhvəti heyvan həyatından xəbər verir. Düşünməsi, inanması, ibadət etməsi, təqvası, saleh əməlləri, gözəl əxlaqı onun insanlıq cəhətini ifadə edir.

 

Bir də ruhun cəsədə qalib gəlməsi hadisəsi var ki böyük şəxslərin çatdıqları bir ülvi şərəfdir. Bu nöqtəyə gələn insanların işləri, Bədiüzzaman Həzrətlərinin ifadəsiylə "sürəti ruh mizanıyla" cərəyan edir.

 

Sualın ikinci qisiminə cavab:

İnsan bir İlahi ada maksimum dərəcədə çatmaq istəyirsə, gücünün çatdığı ölçüdə o sahədə səy göstərməli, nəfsini bu vadidə tərbiyə etməli, ruhunu kamala doğru aparmalıdır. Məsələn, bir insan özündə Alim adının daha çox təcəlli etməsini istəyirsə, elmə çalışmalıdır. Özündə Kərim adının daha gözəl təcəlli etməsini istəyən insan başqalarına bolca yardım etməlidir. Gaffar adının təcəllisinə çatmaq istəyən bir adam başqalarını bağışlamağı özünə şüar əldə etməlidir.



14-11-2009 12:00:00

Düğüme özel