Ana səhifə

Ruhlar aləmi nə vaxt yaradılmışdır? Ruhlar bədənlərdən əvvəl yaradılmışdır?


YazdırSend to friend

1. Ruhlar aləmi, Hz. Adəm (ə.s.)dan əvvəl yaradılmışdır. Necə ki, bir ruhani aləmlərin üzvü olan mələklər və cinlərin Hz. Adəmdən əvvəl  var olduğu bilinməkdədir.

 

Ruhlar aləmindən ana qarınına, oradan uşaqlığa, gəncliyə, qocalığa və qəbir, cənnət və ya cəhənnəmə gedən yoldayıq. Bu yolun başı ruhlar aləmidir. Beləliklə ruhların yaradılması cəsədlərindən əvvəldir.

 

Necə ki, Peyğəmbər Əfəndimiz (s.ə.s.), "Ruhlar, toplanmış camaatlar kimidir. Onlardan əvvəldən bir-biriylə tanış olanlar, yaxşı razılaşarlar. Tanış olmayanlar ayrılarlar çox razılaşa bilməzlər." buyurmuşdur. (Buxari, Ənbiya, 2; Müslim, Birr, 159; Əbu Davud, Ədəb, 19.) Peyğəmbər Əfəndimiz (s.ə.s.)ın bu şərhi, insanların dünyaya gəlmədən bir yerlərdə tanış olub qaynaşdığını xəbər verməkdədir. Bu vəziyyət ana qarınında ola bilməyəcəyinə görə, demək ki daha əvvəldən var olduqlarının və ana qarınına gəlmədən yaradıldıqlarının ən açıq dəlilidir.

 

Əzımabadi, bu hədisi şərh edərkən "ruhların cəsədlərinə gəlmədən əvvəl tanış olub qaynaşmaları" deyərək ruhların cəsədlərdən əvvəl yaradıldığını ifadə edər. (Azımabadi, Avnul Məbud, XIII, 124)

 

2. Ruhların kainatın hansı mərhələlərində var edildiyinə dair qəti bir məlumata sahib deyilik. Lakin, mələklər göylərin, cinlər isə dünyanın sakinləri olduğuna görə, buraların onlardan əvvəl yaradılmış olması lazımdır.

 

Unutmamaq lazımdır ki, "Sənə ruh haqqında sual soruşarlar. De ki: "Ruh, Rəbbimin əmrindədir. Sizə elmdən ancaq, az bir məlumat verilmişdir. "(İsra, 85)  tərcüməsindəki ayədə ifadə edildiyi üzrə, ruh ən sirrli bir varlıqdır. Onun üçün ruhun həqiqi yaradılış zamanını və mahiyyətini ancaq Allah bilər.

 

3. Cinlərin də ruhu vardır. Ancaq, əlaqədar ayədə söz mövzusu edilən "Ruh aləmində alınan söz" insanlarla əlaqədar olaraq zikr edilməkdədir. Hətta ayədə açıqca ruhdan danışılmamışdır. Lakin, ümumi qənaətə görə bu hadisə ruhlar aləmində keçmişdir.

 

 

Burada əhəmiyyətli olan mövzu, Allahın ruhlardan söz aldığı "Qalu-bəla" dediyimiz razılaşmanın nə vaxt olduğudur. Bu mövzuda alimlərin fikirləri xülasə ilə belədir:

 

Bəzi təfsirçilər, anlaşmanın "təmsil" və "istəmək" yoluyla bir ilahi irşad olduğunu söyləyərək belə deyərlər: "Bu bir bənzətmədir. İnsanların, Allahın ağalığını tanımağa güclü bir qabiliyyətdə yaradılmış olmaları, bir baxıma, şahid tutulmaları olaraq qiymətləndirilmişdir."

 

Təfsir alimlərinin böyük əksəriyyəti isə, həm ilahi xitabın, həm də ruhun verdiyi cavabın simvolik deyil, həqiqi olduğu fikirindədirlər. Bu fikiri son əsrin təfsirçilərindən Məmməd Vəhbi Əfəndi belə dilə gətirər: "Ağıl və həyat vermədən dili həllə cavab vermək ehtimalları varsa da, daha doğru olanı, ağıl, həyat və nitq verdi, ağalığına dəlalət edəcək dəlilləri göstərdi... Onlar da sualı anlayıb, ağılları ilə idrak edərək dilləriylə söyləmək surətiylə cavab verdilər."



14-11-2009 12:00:00

Düğüme özel