Ana səhifə

Ruhun varlığına dəlillər nələrdir?


YazdırSend to friend

İnsan, bədən və ruhdan meydana gəlir. Bədən, ruhun miniyi və alətidir. İmamı Qəzali, bədəni bir şəhərə bənzətmiş, ruhu bu şəhərin padşahı olaraq görmüşdür.

Ruhun varlığına dair bir çox dəlil mövcuddur. Yazımızda bu dəlillərin bir neçəsini sıralamaq istəyirik.

1 - Hər insan sıxlıqla özündən bəhs edər. "Görnüşüm" deyər, "şəxsiyyətim" deyər, qısacası "mən" deyər. Bu "mən"in yerini insan bədənində axtardığımızda, insan hüceyrələrindən başqa bir şey görə bilmirik. Bu hüceyrələrdə isə, onlara aid həqiqətlərdən başqa bir şeyə rast gəlmirik. Görəsən "mən" haradadır?

2 - İnsan bədəni davamlı dəyişməkdədir. Hər an bədənimizdə saysız hormon və fermentlər edilməkdə, hüceyrələr ölməkdə və yerinə yeniləri gəlməkdədir. Yediyimiz qidalarla hüceyrələrimiz təzələnilməkdə, eyni zamanda hüceyrə içindəki maddələrin yerinə başqa maddələr gəlməkdədir. Beləliklə, bir neçə il sonra insan - zərrəsinə qədər - dəyişir. Bu andakı bədənimizin bir müddət sonra, dəyişiləcəyi, özümüzün tam fərqli bir biçimdə olacağımız tibbən bir həqiqətdir.

Gözlə görülməyən zərrəsinə qədər tam fərqli olan şəxsin "mən"i dediyi şey eyni vəziyyətdə qalır. İnsanı maddədən ibarət saysaq, "ruh"u inkar etsək, izah necə olacaq?

3 - Bir şey etmək, danışmaq istədiyimizdə bu fikir zehinimizə haradan, necə gəlir? Kim söyləməkdədir?

4 - Məsələn getmək istədiyimizdə, saysız mexanizm qarışıq hadisələr zənciri ilə hərəkətə keçməkdə və getməmiz təmin edilməkdədir. Biz bu zaman bunların fərqində belə ola bilmirik. Görəsən bu saysız hadisəni təşkil edən, arada ən kiçik bir axsaqlıq olmamasını önləyən qüvvət nədir?

5 - İnsana hərəkət verən qüvvət, yəni canlılığı davam etdirən güc nədir?

6 - Canlı ilə ölü arasındakı fərq nədir? Bir kimsə öldüyündə; bədəni də, içində beyni də, ürəyi də, bütün sinir sistemi də mühafizə olunduğu halda, nə üçün bir maddə yığınından başqa bir şey deyil?

7 - Bir hüceyrənin işini düşünək. Saysız hadisələr cərəyan edir. Nizamlı bir şəkildə hüceyrədə həyat davam edir. Hər şey ölçülüb biçilmiş kimidir. Qarışıqlıq və təhlükə meydana gəlmir. Görəsən bu mükəmməl hərəkətləri, bizim fərqinə belə çata bilmədiyimiz bunları təmin edən nədir?

8 - Hüceyrədəki qarışıq hadisələr haradan idarə olunur? Nüvə (nukleus) deyə cavab verə bilərik. Nüvəni isə fermentlər və xəbərçi RNA vasitəçiliyi ilə DNT içindəki genlər idarə edir. Qısacası, hüceyrənin beyni olan DNTin ən yüksək səviyyəsi, genlərin bütünü şəklində düşünülə bilər. Lakin bunun haradan idarə olunduğu axtarılsa, cavab nə olacaq?

9 - Eyni sualı insan beyni üçün fikirləşək. Bədəni beyin idarə edər. Beynin də alt mərkəzləri, üst mərkəzləri vardır. Bəzi mərkəzlər digərlərinin əmrindədir. Ən yüksək mərkəz, ən yüksək səviyyə hansıdır? Korteksmi (beyin qabığı)? Bəlkə bəli. Çünki şüurlu işimiz və iradəmiz beyin qabığına bağlıdır. Lakin bu da ən yüksək səviyyə ola bilməz. Çünki retiküler formalaşmada bir pozuqluq olunca, beyin qabığı möhkəm olsa belə insan yuxu və ya narkoz halında olmaqda, duyğular meydana gəlməməkdədir.

Buna görə beyində ən yüksək səviyyə, qatı olaraq ifadə edilə bilməz. Beynin ən yüksək səviyyəsi, onun bütünüdür kimi yumru bir nəticəyə çatılar. Həqiqətən ancaq hər hissəsi normal və sağlam olduğu zaman, hər bir hissə öz vəzifəsini ən mükəmməl bir şəkildə edə bilər. Yaxşı, beyni idarə edən ən yüksək səviyyə nədir?

İnsan, bədən və ruhdan meydana gəlmişdir. Ruhun bədəni tərk etməsiylə ölüm olar və ruh əsl vətəninə qovuşar.

Ərzurumlu İbrahim Haqqı Həzrətlərinin dediyi kimi:

"Əgər Allahu Təala, səni bu bədən məmləkətində padşah etməsəydi və səltənət işlərini sənə verməsəydi, sən dünyanın sultanını necə tanıya bilərdin?"



14-11-2009 12:00:00

Düğüme özel