Ana səhifə

Səbəblər nəyisə yaratmağa qadirdirlərmi?


YazdırSend to friend

Sual:Təbiət qanunlari, yaxud səbəblər nəyisə yaratmağa qadirdirlərmi?

Maddi aləm bir nəticədir. Gözümüz qarşısında vardır. O zaman bu var olanın meydana çıxmasının da səbəbləri, başqa sözlə qanunauyğunluqları olmalıdır: bu aləmi kim yaradıb? Nə üçün yaradıb?

Bu suallara cavab axtararkən bəziləri məsələnin cavabını bu məntiqlə verməyi doğru hesab etmişlər: bir şeyin var olması üçün əvvəlcə səbəblər (qanunlar) olmalı, sonra onlardan nəticə törəməlidir. Bir sıra təbiətşünaslar da aləmlərə baxır, onların əmələ gəldiyini, sonradan yarandığını anlayır, lakin onların yaranmasını səbəblərlə izah edirlər: əvvəlcə səbəblər (qanunlar) yaranıb, sonra bu səbəblər bir araya gələrək maddi aləmi əmələ gətiriblər.

Belə bir iddia doğrudurmu? Bu suala cavab vermək üçün, əvvəlcə “təbiət yaradıb” iddiasının doğru olub-olmaması üzərində düşünmək lazımdır. Təbiət nədir və onda yaratmaq gücü, qabiliyyəti vardırmı?

 

Təbiət nədir?

  “Kainat nə cür meydana gəlmişdir?” sualına bəziləri heç düşünmədən:“Təbiət yaratdı” deyə cavab verirlər. Çünki bu cavab dərsliklərlə, müəllimlərin izahları ilə, həm də mətbuatda, radio və televiziyada verilişlər, elm adamlarının və yaşca böyüklərin söhbətləri ilə insan şüuruna bir növ hazır model halında yerləşdirilir. Əgər sualları davam etdirib “Bəs onda bu nəhənglikdə kainatı yaradan təbiət özü nədir? Bu ağaçlar, quşlar, sularda üzən balıqlar, qulaqlarımıızda səs-səsə verən bu civiltilər nədir?”-deyə soruşsaq, onda da təqribən bu cavabı alacağıq: “Bunlarıın hamısı təbiətdir, təbiət qanunlarıdır”.

  Əgər bir qədər də irəli gedib “Çox gözəl, bəs onda insanlar, heyvanlar və digər varlıqlar nə cür meydana gəlmişdir?”-deyə növbəti sualı versək, yenə də yeni cavabı alacağıq: “Təbiət yaratdı”.

Görəsən, bu təbiət adlandırdıqları nədir ki, özü özünü yaradır?Yaradan da, yaradılan da eyni adı daşıyır? Onda bu qədər qüdrət, bu qədər elm var? Bu ona bənzəyər ki, “stolu dülgər yox, elə stol özü yaradıb”, yaxud, kitabı yazıçı yox, hərflər, ya da kağız özü yazıb. ”Cazibə qanununu heç kəs yaratmayıb, onu elə cazibə qanunu özü yaradıb.“

   “Təbiət” sözü lüğəti mənasına görə səciyyə, əxlaq deməkdir. Materialistlərə görə isə təbiət hər şeyin başlanğıcıdır. Çünki onlara görə hər şey maddədən başlayır, buna görə də maddi aləmi təbiət adlandırır, hər şeyi onda axtarır, onda görürlər. Buna görə də bu dünyagörüşünə malik olanlardan “Bəs kainatı kim o deməkdir ki, təbiət təbiəti yaradıb, təbiət yer üzünü yaradıb, daşları, ağacları, quşları, insanları, atomları, qalaktikaları, bir sözlə hər şeyi təbiət yaradıb, daha doğrusu hər şey özü özünü yaradıb. Bu isə qəribəliyin, əcaibliyin yaradıb? İnsanı kim yaradıb?” soruşanda onlar heç düşünmədən “Təbiət yaradıb” cavabını verirlər. Bu isə təzahürü olan bir sayıqlamadan başqa bir şey deyildir.

“Səbəb” və ya “qanun” dedikdə nə anlayiriq?

  Əvvəlcə səbəbin nə demək olduğunu aydınlaşdıraq. Səbəb hər hansı bir nəticənin meydana çıxmasının qanunauyğunluğudur. Məsələn, əgər biz evə gəlib masamızın üstündə bir dəstə çiçək görürüksə, ilk əvvəl ağlımıza bu suallar gəlir: bu çiçəkləri kim gətirib, nə üçün gətirib? Əgər masamızın üstündə əvvəlcədən çiçək yox idisə, demək onu birisi gətirmişdir. Gətirmişdirsə, bunu gətirməsinin bir səbəbi olmalıdır.

  Bu baxımdan, səbəbləri (qanunları) yaradıcı qəbul etmək, onları şüurlu, ağıllı, elmli qabul etmək deməkdir. O zaman suyu əmələ gətirən 2 Hidrogen molekulunun 2 deyil məhz 1 Oksigen molekulu ilə birləşməsini bu qanunun özündə olan şüur və ağılla izah etmək lazım gələrdi. Halbuki, belə bir düşüncənin özü bəri başdan qəbul edilə bilməz.

   Bağçamıza nəzər saldıqda görürük ki, bir-birinin yanında əkilmiş on cür çiçək hamısı eyni torpaqdan, eyni havadan, eyni sudan, eyni günəşdən (başqa sözlə, eyni kimyəvi, bioloji, fiziki, riyazi qanunlardan) istifadə etsələr də, verdikləri bəhrə – çiçəklər bir-birindən fərqlidir: birisi sarı, digəri qırmızı, üçüncüsü bənövşəyi rəngdə çiçək açır. Birinin çiçəklərinın ləçəkləri iri, digərininki kiçik olur, biri bir iy, digəri tamam başqa iy verir. Birinin meyvəsi şirin, ikincinin meyvəsi turş, üçüncününkü acı olur. Eyni şeylərdən istifadə etmələrinə, eyni yolu getmələrinə; torpağa düşmə, rütubət və temperaturdan istifadə edərək cücərmə, böyümə, çiçək açma, yarpaqlama, meyvə vermə və s.) baxmayaraq, nəticə bir-birindən tamamilə fərqli olur. Bu, bir növ bizim 32 hərfdən istifadə edərək, onların yerini müxtəlif cür dəyişərək müxtəlif sözlər halına gətirməmizə bənzəyir.

  Kainatda eyni qanunlar mövcuddur, yalnız onlar əlifbanın eyni hərflərininnmüxtəlif sözlərdə müxtəlif şəkildə yer dəyişməsi, birləşməsi kimi, hər bir varlıqda müxtəlif yerdə təzahür edirlər.

  Mexaniki enerjinin meydana çıxması və təsiri nəticəsində hərəkət edən bir avtomoıbilə baxın. Onun hərəkətinin bir qism şeylərə bağlı olduğunu görürsünüz. Qaz pedalını basmaqla çəndən gələn benzin püskürür, elektrik açarının işə salınması ilə benzin alışıb yanır.Buradan alınan istilik enerjisi mexaniki nerjiyə çevrilərək maşının mühərrikini hərəkətə gətirir. Təkərlər fırlanmağa başlayır və avtomaşın hərəkət edir.

  Bəs sürücü? Bəs insan əli toxunmadan saat dəqiqliyi ilə işləyən kompüterləşmiş

avtomobil zavodu? Bütün bunlara, qaz pedalından başlamış ən mürəkkəb mexanizmlərin hərəkətinə qədər baş verənlərə “pedal öz-özünə basıldı”, “benzin baka özü doldu, özü axdı, özü alışdı” və s. və i.a. kimi sayıqlamaları kim söyləyər?

  Səbəblərin, yəni qanunların bir-biri ilə birləşib nəyisə yarada bilmək qabiliyyətində olub-olmadıqlarını daha dərindən anlaya bilməmiz üçün maddi aləmi təşkil edən zərrəciklərin ən kiçiyi olan elektronlara nəzər salaq.

  Kainatda mövcud olan qəribəlikləridən biri böyük varlıqların, böyük işlərin ən kiçik varlıqların birləşməsi ilə meydana çıxarılmasıdır. XX əsrin ən böyük kəşflərindən biri olan atomun parçalanması və elektronların insanın istifadəsinə tabe etdirilməsi bu sirli aləmə açar oldu.

  Maddi aləmi təşkil edən bu zərrəciklərin kütləsi o qədər kiçikdir ki, (10-31kq.) onların bir işə yaraya biləcəyini ilk anda ağıl kəsmir. Halbuki, bu gün məişətimizin ayrılmaz hissəsini təşkil edən elektron cihazlar – televizorlar, kompüterlər, telefonlar, qabyuyan və paltaryuyan maşınlar, nəhəng zavod və fabriklərin avadanlıqları və cihazları, hamısı məhz elektron tranzistorların kəşfi ilə mümkün olmuşdur. İnsan atomu parçalamış, onun ən kiçicik zərrəciklərinə enmiş və onları özünə tabe etdirə bilmişdir.

  Bu zərrəciklərin ahəngdar şəkildə çox nəhəng işlər görməsi onların şüur və gücləri ilə izah edilə bilməz. Ən əvvəl ona görə ki, onlarda belə bir şüur və güc yoxdur, əgər olsaydı, o zaman insan onları idarə edə bilməz, onlar insana tabe olmazdılar. Onların şüuru olsaydı, sonsuz sayda deyə biləcəyimiz bu hissəciklərin gördükləri hər işdə, meydana çıxan hər fərqli varlıqda eyni nəticəni verməz, eyni qaydalara tabe olmaz, beləliklə də fiziki qanunlar mövcud olmazdı.

  Zərrəciklər üzərində aparılan elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, bizdən bir milyon işıq ili uzaqlıqda olan varlıqları təşkil edən zərrəciklər eyni ilə bizi əhatə edən aləmi təşkil edən zərrəciklər kimi hərəkət edir,eyni qanun və qaydalara tabe olurlar. Sanki onlar hamısı eyni ustaddan dərs almış, hamısı eyni mətbəxdən çıxmışdır. Üstəlik, adama elə gəlir ki, uzaqlardakı zərrəciklərlə bizim ətrafımızdakı zərrəciklər bir-biri ilə xəbərləşir, məlumat alıb məlumat verirlər.

  Elə isə elektronlar bu “bilik alış-verişini” haradan və kimdən alırlar? Axı bir zərrəcik intizamsızlıq etsə, qanunlara tabe olmasa, özbaşına hərəkət etsə, o zaman kainat var ola bilməz, var olan məhv olar! Onları eyni qanun və qaydalara tabe etdirən kimdir? Onları eyni qanunlar üzrə hərəkət etməyə, müxtəlif yerlərdə və müxtəlif şəraitdə eyni nəticələrə gətirən güc haradandır?

Onlara bu bilgi, bu hərəkət qaydaları nə zaman, harada və kim tərəfindən öyrədilmişdir? Hələ maddə olmayan, maddə olması üçün hələ çox proseslərdən keçəcək bu zərrəciklər kainatın 15 milyard illik tarixi boyu eyni qanun və qaydaya tabe olmaqdan, eyni səbəblər kimi görünməkdən heç yorulmadılarmı? Heç dəyişmək zərurəti hiss etmədilərmi?

Səbəblər və təbiət qanunlari yaradici ola bilərmi?

  Əşyanın (materiyanın) meydana çıxmasını səbəblərlə izah etməyə çalışaraq “səbəblər yaratdı” deyənlərlə elmi pərdə edib Cənab-i Haqqın gördüyü işi “təbiət qanunlarına verməyə cəhd edənlərə və bununla da Allahı inkar edənlərə bu paraqrafda cavab verməyə çalışacağıq.

  İlk baxışda baş verən hadisələrin, var olanların hamısının, məsələn, çiçəklərin açıb təbəssüm etməsi, qarın, yağışın yağması, günəşin işıq saçması, küləyin əsməsi, torpağın oyanması, fəsillərin dəyişməsi, yer üzünün kainatdakı digər planetlərlə bir üzvü bağlılığının olması səbəblərlə bağlı görünür.

Amma məsələnin mahiyyətinə bir az diqqətlə baxanda görürük ki, həmən səbəblər öz gücləri, öz qüdrətləri ilə nəinki əngin səmadakı planet və qalaktikaları, heç bir çiçəyin bir ləçəyini də yaratmağa qadir deyillər. Bunun üçün o səbəb dediyimizin ən əvvəl ağlı, şüuru olmalıdır ki, nəyi nə zaman və necə etməyi, anlasın, dərk etsin. Sonra özü kimi başqa səbəblərlə əlaqə saxlaya bilsin, onları bir yerə toplayıb “Sən burada, sən orada, o biri də burada dayansın, sonra ordan gəlib buradan getsin və s.” bu kimi insanı gülldürəcək qədər planlı hərəkət etsin və onda bütün bunları etməyə güc, qüvvə, qüdrət olsun.Gəlin belə sözlərlə gülünc vəziyyətə düşməyək.

 Rəsul-i Əkrəmin (səs) hüzuruna dağdan enib gəlmiş, baldırı çılpaq bədəvi ərəb belə deyirdi: “Əgər bir yerdə dəvə peyini vardırsa, bu, nə  zamansa buradan bir dəvənin keçdiyini göstərmirmi? Torpağa düşmüş bir ayaq izi oradan keçən bir insanın varlığına dəlil deyildirmi? Əgər göydəki ulduz kəhkəşanı nizam-intizam içərisində bir-biri ilə toqquşmadan, biri digərinin yolunu kəsmədən dövrə vurmaqdadırsa, ulduzlar və günəşlər ahənglə hərəkət etməkdədirsə, yer üzü vadi-vadi, dağ-dağ, dərə-dərə, çöl-çöl, meşə-meşə insan oğlunun ehtiyaclarını təmin etməkdədirsə… Deyin, bütün bunlar hər şeyi yaradan və hər şeyi bilən Alim və Hakim bir Allahın (CC) varlığını sübut etməzmi?”

  Gəlin etiraf edək, bu məntiqlə düşünən baldırı çılpaq bədəvi ərəb əlində laboratoriya təhlilləri aparmaq imkanı olan, maddənin dərinliklərinədək getmək, onun mahiyyətini anlamaq imkanı olan, lakin bununla belə Allahın varlığını və əzəmətini görə bilməyən qafil alimdən daha irəli getmiş, səbəblər pərdəsini yırtıb səbəblərin nəticəsinə varıb Allahı tapmış idrak sahibi bir insan deyildirmi?

Beləcə, məsələyə inadın yox, ağılın və məntiqin gözü ilə baxılsa, kainatdakı rəngarəng əsərlər, çox müxtəlif izlər və yollar görünəcək, bilinəcəkdir. O zaman da varlıq kar, kor, şüursuz, ağılsız olan mənasız şeylərlə izah edilməyəcək, əlaqələndirilməyəcəkdir.

Fərqliliklərə, ziddliklərə baxmayaraq uyğunluq necə olur?

Yaradılan hər şeydə, hətta, zidlərin bir araya gəlişində belə, onların birbirləri ilə uyğunlaşmaları müşahidə edilir. Məsələn, bizim vücudumuzun fizioloji, anatomik və ruhi quruluşu ilə yer üzünün, günəşin, ayın, ulduzların və qalaktikaların qurulyuşu arasında heç bir fərq yoxdur. Əgər hər hansı bir fərqlilik olsaydı, bitkilərdən, heyvanlardan istifadə etməklə ehtiyaclarımızı təmin edə bilməyəcək, beləliklə də həyatımızı davam etdirə bilməyəcək, məhv olub gedəcəkdik.

  Təbiətlə canlıların münasibətinə diqqət yetirəndə görürük ki, onlardan

 

biri oksigen qazını alıb karbon dioksid verirsə, digəri əksinə, karbon dioksidi alıb əvəzində oksigeni verir. Bu prosesi müşahidə edən adama elə gəlir ki,bitkilər öz aralarında onlar üçün çox həyati əhəmiyyət daşıyan şeylərin alverini edirlər. Belə ki, hərə özünə lazım olanı alır, lazım olmayanı isə ehtiyacı olana satır və ya dəyişdirir. Əgər bütün bu proseslərin gedişində Allahın

 

qüdrətini, elmini, mərhəmətini danıb ağılsız, şüursuz və iradəsiz atomların özözlərini yaratmasını düşünsək, yaxud desək ki, bütün bunları həyata keçirən qanunlardır, səbəblərdir, o zaman təsdiq etməliyik ki, bitkiləri təşkil edən atomlar ağıllıdırlar, şüurludurlar. Bu isə yüz qat xürafatdır, yüz qat dəlilikdir.

  Diğər bir əhəmiyyətli xüsusiyyət də bundan ibarətdir: hər varlıq zaman keçdikcə müxtəlif şəkillərə, ölçülərə girir, hər gün ayrı bir şəkil alır. Bəzi canlılar saniyədə, bəziləri gündə, bəziləri ayda, bəziləri isə ildə bir nəçə dəfə dəyişir, müxtəlif surətlərə girirlər. Eləsə, bunların hər biri düşəcəyi şəkil, davranış və surət üçün ayrı-ayrı modellər və qəliblər istər.

  Bəzi elm adamları insandakı xasiyyətlərin, mənəvi quruluş və maddi sima kimi xüsusiyyətlərin xromosonlar tərəfindən daşındıığını və nəsildənnəslə verildiyini iddia edərək, hər şeyi onlara bağlayırlar. Amma unudurlar ki, tamamilə maddədən təşkil olunmuş və dəyişməyə məcbur olan xromosonlar bu işi heç cür görə bilməzlər.

Necə olur ki, ağılsız və şüursuz xromosomlar özlərindəki bütün xüsusiyyətləri, şifrələri və sirləri onların yerini tutacaq digər zərrələrə təhvil verərkən heç nəyi qarışdırmır, dəyişik salmırlar? Bu nə sirdir ki, atadan oğula yeriş tərzi, anadan qaşlar və gözlər, ağız və burun quruluşu, babadan təmkinlilik və s kimi əlamət və xasiyyətlər dəyişmədən, pozulmadan birindən digərinə keçir?

Halbu ki, müntəzəm surətdə dəyişmələr baş verməkdədir. Yeyilən ərzaq məhsulları, tənəffüs edilən hava, içilən sular, kənara (xaricə) atılan şeylərlə yer dəyişdirərkən; əsl ünsürlərin qətiyyən dəyişməməsi və xarab olmaması göstərir ki, əşya var edilməzdən əvvəl bir hesab və həndəsəyə tabe tutulmuş, o planlar və qanunlara görə bizim aləmə göndərilmişdir . Beləcə heç bir qarışıqlıq və hərc-mərclik meydana gəlməmiş, aləmlə  bir-biri ilə münaqişə etməmişlər.

 Məsələn, Allah bir ağacı yaradarkən, ona elə bir mahiyyət vermişdir ki, günəşin yandırıcı şüalarına məruz qaldığı halda nəinki ondan zərər görmür, əksinə, ona ehtiyac duyur, onunla öz inkişafını təmin edir. O, ağaca belə bir xarakter verilməsəydi, qovurucu günəş şüaları altında canlılığını davam etdirə bilməyəcəkdi.

  Açıq havada yaşayan canlıların ciyərləri ilə su altında yaşayan canlıların ciyərləri fərqli quruluşa malikdirlər. Fərq təkcə onların quruluşunda deyildir, həm də bu ciyərlərin qidası olan oksigenin şəklindədir. Açıq havada yaşayanlara oksigen qaz halında verilirsə, su altında yaşayan canlılara oksigen maye halında verilir.

Əşya və ya hadisəni səbəbdən, səbəbi də əşya və hadisədən ayri qəbul etmək mümkündürmü?

 

  Əgər siz anadan olmamışsınza (səbəb yoxdursa), sizi təbrik etmək üçün masanızın üzərinə çiçək qoymaq (nəticə) də yoxdur.

 

Əgər su yoxdursa və hətta bizim su haqqında yerli-dibli heç bir təsəvvürümüz yoxdursa, o zaman nə üçün su buxar halındadır? “yaxud, nə üçün su donub buz olmuşdur?” sualını verə bilərikmi? Əgər bağcada ağac yoxdursa, biz nə üçün ağac yarpaqlamayıb, yaxud  meyvə verməyib? “deyə soruşa bilərikmi? Axı su olmasa, biz buxar, ya da buz haqqında hansı təsəvvürə malik ola bilərik?

 

   Əgər bağda yerli-dibli alma ağacı yoxdursa, kimsə nə üçün alma yetişməyib, turşdur?” suallarını verə bilərmi?

 

   İ. Nyuton ağacdan qopan almanın nə üçün yuxarı yox, sağa yox, sola yox, məhz aşağı düşdüyü sualına cavab axtararkən cazibə qanununu kəşf etmişdir. Almanı ağacdan aşağıya doğru çəkən yerdəki cazibə qanununun mövcudluğudur. Lakin ağac, alma və yer olmasaydı cazibə qanunu nə üçün var olmalı idi və Nyuton cazibə qanununun varlığını haradan və necə dərk edəcəkdi?

 

  Əgər təbiət (qanunlar) yaradır” deyənlərə inansaq, o zaman qəbul etməliyik ki, maddə yox ikən cazibə qanunu var idi. O zaman belə bir sual meydana çıxır: elə isə bu maddədən əvvəl var olan cazibə qanunu harada var idi və maddədən nə qədər əvvəl var idi? Əgər maddədən əvvəl cazibə qanunu var idisə, nəyi cəzb edirdi? Əgər, doğrudan da, maddənin var olmasından əvvəl cazibə qanunu var idisə, o zaman bu maddədən əvvəl var olan cazıbə qanununun var olmasını təmin edən başqa bir cazibə qanunu da olmamalıydımı? Yoxsa bu qanun özü necə var olacaqdı? Digər tərəfdən, cəzb etməyə heç bir şey yox idisə, onda bu qanun öz varlığını harada davam etdirirdi?

 

Bu məntiqsizlik eyni ilə görən “toyuq yumurtadan əmələ gəlib, yoxsa yumurta toyuqdan?” sualı ilə eynidir. Nə toyuq yumurtadan, nə də yumurta toyuqdan əmələ gəlməyib. Toyuğu yaradan kimdirsə, elə yumurtanı da yaradan odur. Qarpızı yaradan kimdirsə, içərisindəki toxumu da yaradan  odur. Buradan da bu məntiqi nəticəyə gəlirik ki, bir əşya və hadisənin olması eyni zamanda onun var olmasını tə`min edən qanunların da var olması deməkdir. Beləliklə bu nəticəyə gəlirik ki, əşya və ya hadisəni səbəbdən, səbəbi də əşya və hadisədən ayrı qəbul etmək mümkün deyildir.

 

  Müasir elm bunu sübut edir: yüz minlərlə canlıların milyonlarla fərdlərinin bir hüceyrəsinin bir parçasının milyonda bir parçası belə ağılsız, kar və kor səbəblər tərəfindən meydana gələ bilməz. Görkəmli kimyaçı alim İ.A. Büxler canlı orqanizmin yaranmasının təsadüf və səbəblər baxımından mümkünlüyünü araşdırarkən belə bir nəticə ilə qarşılaşmışdır: əgər ən kiçik molekullardan birinin meydana gəlməsi yuxarıda bəhs edilən təsadüflər,yaxud səbəblərlə izah edilərsə, o zaman bu proses üçün ən azı 3 milyard illik bir zamana ehtiyac olmalıdır. Bu rəqəm isə yer üzərində canlı aləmin əmələ gəlmə tarixi ilə tərs mütənasibdir.

   O zaman bu qanunları onlar özləri yaratmırlar. Onlar ümumi qanunlardanistifadə edib öz proqramlarını yaşayırlar. Bu qanunlar isə kənarda deyildir, maddə ilə bir yerdə vardır. Maddəni kim yaradırsa, qanunları da o yaradır.

  Yuxarıdakı misaldan da gördüyümüz kimi, səbəb və ya qanun bir şeyin var olmasını tə’min edən mənəvi varlıqlardırlar. Bir əşya və ya hadisə ardırsa, o, mütləq ona aid olan qanunlarla vardır. Masamızın üstündəki çiçəkləri birisi toplamış, ad günümüzü təbrik etmək üçün alıb, gətirib (səbəb), masamızın üzərinə qoyub (nəticə) getmişdir.

  Nəzərə almaq lazımdır ki, bir şey olmadan onun səbəbinin meydana çıxması mümkün deyildir.

Müəllif: 


04-06-2018 01:35:32