Ana səhifə

Səcdə tək Allaha ediləcəyinə görə, mələklərin Hz. Adəm (ə.s.)-ə səcdəsini necə qiymətləndirməliyik? Yaradılış cəhətdən, şeytanla mələklər arasında necə bir münasibət vardır?


YazdırSend to friend

Cənabı Haqq insanı quru bir palçıqdan, cinləri alovdan, mələkləri də nurdan yaratmışdır. Yaradılışda ilk sıranı mələklər, sonra cinlər, ondan sonra da insanlar almışdır. İlk yaradılan insan, eyni zamanda ilk peyğəmbər Adəm Əleyhissalamdır.

 

Cənabı Haqq, Hz. Adəm (ə.s.)-ı yaratdığında mələklərin ona səcdə etmələrini əmr etdi. Bütün mələklər səcdə etdiyi halda İblis səcdədən qaçdı. Bundan sonra da qiyamətə qədər şeytanlığını davam etdirmək üçün Allahdan icazə istədi. İstəyi qəbul edilincə də insanları haqq yoldan çıxarmağa davam etdi.

 

Mələklərin Hz. Adəm (ə.s.)-a səcdə etmələri qeybi bir məsələ olduğu halda hadisənin seyri və şəkli haqqında təfsirlərimizdə bəzi izahlar vardır. Ebus-Suudun izahlarına görə, İblis mələklərlə birlikdə yaşayırdı, onlar kimi ibadət edirdi. Səcdə əmri gəlincə İblis mələklərdən ayrıldı. İkinci bir görüşə görə, mələklərin bir cinsi vardır ki, doğulub böyüyərlər, bunlara cin deyilir. İblis də bunlardan idi. Başqa bir görüşə görə, səcdə əmri bütün cinlərə idi. Lakin Cənabı Haqq mələkləri zikr etməklə cinlərə də xitab etmiş olmaqdadır. Beləcə yalnız mələklər deyil, bütün ruhani varlıqlar səcdə ilə əmr edilmişdir. (1)

 

Cin haqqında iki görüş vardır:

 

1. Bütün ruhani varlıqlara cin deyilir. Bu vəziyyətdə mələklər və şeytanlar cin məfhumunun içinə girərlər. Beləcə mələk ilə cin arasında həm ümumi, həm də xüsusi mənada bir vəziyyət vardır. Hər mələk cindir; lakin hər cin mələk deyildir.

 

2. Cin, ruhani varlıqların bir qisiminə deyilir. Çünki ruhanilər üç qisimdir:

     a. Yaxşılar: Mələklər.

     b. Pislər: Şeytanlar.

     c. Həm yaxşısı, həm də pisi olanlar: Cinlər.

 

Safvetüt-Tefasirde verilən məlumata görə:

 

1. İblis mələklərdən deyil.

2. Mələklər günahsız varlıqlardır, heç bir zaman Allaha üsyankar olmamışlar. Halbuki, İblis səcdə etməməklə Allaha qarşı gəlmişdir.

3. Mələklər nurdan, İblis alovdan yaradılmışdır.

4. Mələklər doğulub törəməzlər, halbuki İblis törəyər və çoxalar. Kəhf Surəsində keçdiyi kimi "İblis cinlərdəndir. "(2)

 

İbni Abbasdan gələn bir rəvayətə görə, bəzi təfsirçilər, "şeytan təbiri" insanların və cinlərin səfeh və fitnəkar qisminə deyildiyi fikirindədirlər. Cinlərdən olan şeytanlar var olduğu kimi, insanlardan olan şeytanlar da vardır.

 

Mələklərin Adəm (ə.s.)-a səcdə ediş şəklinə gəlincə; əmr edilən bu səcdənin Hz. Adəm (ə.s.)-a ibadət niyyətiylə edilmədiyi açıqdır. Çünki Allahdan başqasına ibadət etmək şirkdir. Hz. Adəm (ə.s.), yer üzünün xəlifəsi olunca, mələklərin ona səcdəsi bu xəlifəliyi qəbul etmə, yəni ona beyət etmə şəklində olmuşdur. Bu hal, Hz. Adəm (ə.s.)-a bir hörmət olmaqla birlikdə, əsasda Allaha edilən bir ibadətdir.

 

Necə ki, köhnə ümmətlərdə salamlaşma, ibadət qəsdi olmadan, yerə bağlanaraq səcdə etmə şəkildə baş vermişdir. Məsələn, Yusuf (ə.s.)-ın qardaşlarının özünə səcdə etmələri bir təzim və hörmətdən ibarətdir

 

Bunlarla birlikdə, mələklərin Hz. Adəm (ə.s.)-a səcdə etmələrinin ibadət mənasına alınması da mümkündür. Bu vəziyyətdə səcdə edilən həqiqətdə Cənabı Haqqdır. Hz. Adəm (ə.s.) isə bu səcdədə qiblə vəzifəsi görmüşdür. Bu səbəbdən səcdə yenə birbaşa Allaha edilmişdir. (3)

 

Digər tərəfdən, Cənabı Haqq mələkləri Hz. Adəm (ə.s.)-a səcdə etdirmək surətiylə kainatın insana boyun əydiyini göstərmiş; İblisin ona qarşı üstünlük iddiasında olmasını zikr etməklə də, insanlığın maddi və mənəvi inkişafında şeytanların nə qədər böyük bir maneə təşkil edəcəklərinə onların diqqətini çəkmişdir.

 

Qaynaqlar

1. Təfsiri Ebus-Suud, 1:87.

2. Safvetüt-Tefasir, 1:52.

3. Hülasatül-Beyan, 1:97.



08-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz