Ana səhifə

Səfərdə minik vasitələrində namaz necə qılınır?


YazdırSend to friend

Səyahətlərdə alacağımız ilk tədbir, namaz vaxtlarında dayanmayacağını təxmin etdiyiniz minik vasitəsinə dəstəmazlı olaraq minməkdir. Çünki hər şeydən əvvəl dəstəmaz varsa məcbur qalınca dərhal namazı qılmaq imkanı da vardır. Dəstəmaz yoxsa, fürsət olsa da namaz qılma imkanı yox deməkdir.

Bunu beləcə ifadə etdikdən sonra səfər əsnasında bilməli olduğumuz bəzi mühüm maddələr belə sıralana bilər:

1- Səyahətlərdə içində səfər edilən minik vasitəsinin namaz vaxtı çıxmadan bir yerdə dayanacağı ümid edilirsə namaz üçün gözləmək lazımdır. Vaxt içində minik vasitəsinin dayandığı yerdə dərhal enib namazı normal şəkildə qılmaq üstün tutulmalıdır. Çünki yerdə qılınan namaz tamdır. Minik vasitəsinin içində kresloda qılınan isə əskikdir. Qiyamı, səcdəsi yarımçıqdır. Tamı qılmaq mümkün ikən əlbəttə yarımı seçmək uyğun olmaz. Bu səbəblə, məsul şəxslərə namaz qılmaq üçün uyğun yerdə dayanmasını təklif etməli, vaxtın sonunda da olsa namazları yerdə qılmağa səy göstərilməlidir.

2- Minik vasitəsinin dayanmayacağı dəqiqləşmiş, vaxtın sonuna doğru da yaxınlaşılmışsa, artıq daha çox gözləməyə səbəb yoxdur. Namazı qəzaya buraxmaqdansa dərhal oturulan kresloda mümkün olan necədirsə eləcə qılınmalıdır. Kreslodakı oturuş namazda qiyam, bir az əyilmək rüku, bir az daha aşağıya əyilmək də səcdə olaraq qəbul edilir. Bu əsnada başın öndəki kresloya söykəmək kimi bir məcburiyyət yoxdur. Başın ayaqların ucuna baxacaq şəkildə boşluğa səcdə etməsi kifayətdir.

3- Oturulu halda namaza başlarkən ilk təkbiri qibləyə istiqamətli olaraq almaq gözəl bir başlanğıc olar. Ancaq bu mümkün olmursa qibləyə yönəlmə məcburiyyəti ortadan qalxar. Beləcə, avtobusda dəstəmazlı olan kimsə vaxtın sonuna yaxınlaşınca namazını oturduğu yerdə asanca qılar.

4- Bütün bu asanlıqlara baxmayaraq yenə də namazını minik vasitəsinin içində qılma fürsətini qaçırmış olan kimsə üçün ediləcək iş, qıla bilmədiyi bu namazı ən qısa zamanda dərhal qəza etməkdir.

5- Səfərlərdə qılına bilməyən namazlar, sonradan qəza edilərkən səfər namazı olaraq qəza edilir. Yəni səfəri hökmünü almış kimsələr səfərdə qəzaya qalan namazlarını səfərdə olduğu kimi qısa qılarlar. Borc nə qədər isə qəza ediləcək namaz da o qədər olar.

Müəllif: 


04-05-2011 12:00:00