Ana səhifə

Səlmanı Farsi (r.ə.) haqqında məlumat verərsiniz?


YazdırSend to friend

Səlman (r.ə), Hicri 36 ilində Mədaində vəfat etmişdir. (İbnul-İmad, Şezeratu'z-Zeheb, I, 44; İbn Həcər, a. g. e., II, 63; İbnul-Esir, Tarix, III, 287; İbn Sad, a. g. e., VI, 17). Ancaq onun ölüm tarixi haqqında fərqli rəvayətlər var. Hz. Osman (r.ə)ın xilafətinin sonlarına doğru, 35 və ya 37 ilində vəfat etdiyi rəvayət edilir, hətta Hz. Ömər zamanında öldüyü də söylənir. (İbnul-Esir, Üsdü'l-Ğabe, II, 421).

İbn Həcər, onun ölümü ilə əlaqədar fərqli tarixləri verdikdən sonra, Ənəs (r.ə)dan, İbn Məsudun, ölüm döşəyindəki Səlman (r.ə)ı ziyarət etdiyi şəklindəki rəvayəti dəlil götürərək, İbn Məsudun 34-cü ildən əvvəl vəfat etdiyini, bu səbəbdən Səlman (r.ə)ın ölümünün 33 və ya 32 ilində olmalı olduğu fikrini irəli sürür. (İbn Həcər, a. g. e., II, 63). Onun iki yüz əlli ilə üç yüz əlli il yaşadığı şəklində rəvayətlər var və ravilər iki yüz əlli il yaşadığının şübhəsiz olduğunu söyləyirlər. (əl-Askalani, a. g. e., II, 62; İbnul-Esir, Tarix, II, 287; Üsdül-Ğabe, 421).

İbn Həcər, Zəhəbinin rəvayətlərini qiymətləndirdikdən sonra, onun ancaq səksən il qədər yaşamış ola biləcəyi qənaətinə gəldiyini nəql edir (İbn Həcər, eyni yer) ki, gerçəyə yaxın olan da budur. Səlman (r.ə)ın məzarı, Bağdadın 30 km şərqində Medain xarabaları yaxınlarından axan Dəyalə çayının kənarındadır. Onun olduğu yer Səlmanı Pak (təmiz Səlman) olaraq adlandırılmışdır. Onun məzarının içində olduğu məscid IV Murad tərəfindən təmir etdirilmişdir.

Səlman əl-Farisi:

Seçmə və məşhur əshabələrdən biridir. İran əslli olub, İsfahanın Cayy qəsəbəsində doğulmuşdur. Bir rəvayətə görə də doğum yeri Raməhürmüzdür. Doğum tarixi haqqında məlumat yoxdur. Səlman (r.ə)ın müsəlman olmadan əvvəlki adı, Mabah b. Buzahşandır. Müsəlman olduqdan sonra Səlman adını almışdır. Ləqəbi Əbu Abdullahdır. Ondan nəsli soruşulduğu zaman: "Mən; Səlman b. İslamam" demişdir. (İbn Sad Tabakatül Kübra, Beyrut (t. y.), IV, 75; İbnul-Esir, Üsdül-Ğabe, II, 417; İbn Həcər əl-Askalani, əl-İsabe, Bağdad (t. y.), ll, 62).

Səlman (r.ə)ın atası Atəşpərəstliyə həddindən artıq bağlı olan bir kənd ağası (Dikhan) olub böyük bir fermaya sahib idi. Onun evində bir atəşgədə vardı və onda atəşin sönmədən həmişə yanmasını təmin etmə işiylə Səlman (r.ə) məşğul olurdu. Atasının ona qarşı olan sevgisi həddindən artıq çox idi. Buna görə onu, bir zərər gəlməsin deyə evdə saxlayırdı. Bu vaxt Səlman (r.ə), atəşpərəstliyin gerçək bir din olub ola bilməyəcəyi haqqında düşünməyə başladı. Ancaq o öz deyimi ilə, bir kölə kimi evə həbs edildiyindən, çöldəki hadisələrdən çox da xəbərdar deyildi və buna görə atəşpərəstliyi digər dinlərlə müqayisə etmə imkanından məhrum idi. Bir ara atası, işləri artınca onu tarlalardan birinə baxması üçün göndərmək məcburiyyətində qaldı. Digər tərəfdən onun, özü üçün hər şeydən qiymətli olduğunu söyləyərək işini bitirincə gecikmədən evə dönməsi üçün tənbeh etdi. Bölgədə az da olsa xristian var idi. Yola çıxan Səlman (r.ə.), bir kilsənin yanından keçərkən, içəridə ibadət edənlərin vəziyyəti diqqətini çəkdi və içəri girərək onları izləməyə başladı. O, evdə həbs edilmiş olduğu üçün bu insanların dini haqqında heç bir məlumata sahib deyildi. Səlman (r.ə) tarlaya getməkdən imtina edərək, böyük bir maraq içərisində, axşama qədər orada qalmış və bu dinin atəşpərəstlikdən daha xeyirli olduğu qənaətinə gələrək, onlardan bu dinin qaynağının harada olduğunu soruşmuşdu. Onunla danışan xristianlar, dinləri haqqında onu məlumatlandırmış və bu dinlərinin qaynağının Suriyada olduğunu söyləmişdilər.

Səlman (r.ə), evə dönməkdə gecikincə atası narahat olmuş və onu tapmaq üçün adamlar göndərmişdi. Evə dönən Səlman (r.ə), başından keçən hadisəni atasına danışdı. Atası isə ona, gördüyü dində heç bir xeyrin olmadığını və atalarının dininin, qarşılaşdığı dindən daha yaxşı və üstün olduğunu söylədi. Səlman (r.ə) atasına qarşı çıxaraq, xristianlığın öz dinlərindən üstün olduğu mövzusunda onunla mübahisəyə başladı. Atası, onun bu vəziyyətindən təlaşlandı və ayaqlarından bağlayaraq onu həbs etdi. Səlman (r.ə), kilsədəki xristianlarla əlaqə yaradaraq, Suriya tərəfinə gedəcək bir karvan hazır olduğu zaman, ona xəbər vermələrini istədi. Belə bir karvan hazır olduğu zaman, ona verilən xəbər üzərinə evdən qaçdı və bu karvana qatılaraq Suriyaya getdi. Burada bir rahibin xidmətinə girdi və ondan xristianlığın əsaslarını öyrənməyə başladı. Ancaq bu rahib, pis kimsə idi. O, insanları sədəqə verməyə təşviq edir, lakin yığdığı bu sədəqələri yerlərinə sərf etməyərək özü üçün yığırdı. Bu rahib ölüncə, Səlman (r.ə), onun yerinə keçən rahibə tabe oldu. Bu kimsə zühd və təqva sahibi bir şəxs idi. Ona böyük bir sevgiylə bağlanan Səlman (r.ə), ölümü yaxınlaşdığı zaman; ona kimi tövsiyə edə biləcəyini soruşdu. Rahib ona, tabe oluna biləcək tək adamı tanıdığını, onun da Musulda olduğunu söylədi. Səlman (r.ə.), Musula gedib, bu kimsəyə tabe oldu. Onun ölümü yaxınlaşdığı zaman da ondan yenə kimin xidmətinə girməsi lazım olduğu barəsində tövsiyə istədi. Bu şəxs ona, üzərində olduqları etiqadda heç kimi tanımadığını, ancaq Nusaybində olan bir alimə tabe ola biləcəyini söylədi.

Səlman (r.ə) düz Nusaybine getdi. Nusaybindəki rahibin yanında bir müddət qaldıqdan sonra, onun da ölüm döşəyinə yatdığını görən Səlman (r.ə), yenə kimə tabe ola biləcəyini soruşdu. Bu kimsə ona tabe olunacaq tək bir kimsəni tanıdığını və onun Rum diyarında, Ammuriyədə olduğunu söylədi. O ölüncə Səlman (r.ə), Ammuriyəyə getdi. Ammuriyədə bir müddət qaldıqdan sonra burada yanında qaldığı rahibin ölümü yaxınlaşdığı zaman ondan da kimə tabe olacağı mövzusunda vəsiyyət etməsini istədi. Bu kimsə ona, yer üzündə tabe oluna biləcək bir kimsənin var olduğunu bilmədiyini söylədi və belə əlavə etdi: "Ancaq bir peyğəmbərin gəlməsi yaxındır. O, İbrahimin dini üzrə göndəriləcək və qövmünün arasından hicrət edib, içində xurma bağçaları olan iki harra arasındakı bir yerə gedəcək. Onun peyğəmbər olduğunu ifadə edən əlamətləri vardır: O, hədiyyə edilən şeyləri yeyər, sədəqə olaraq heç bir şeyi qəbul etməz. İki çiyini arasında da peyğəmbərlik möhürü var. Görüncə onu tanıyarsan. O ölkəyə gedib ona qoşulmağı bacara biləcəyinə inanırsansa bunu et." (Əhməd b. Hənbəl, V, 442-443; İbn Sad, IV, 77-78; İbnul-Esir, Üsdül-Ğabe, II, 417-418).

Səlman (r.ə), burada bir müddət qaldıqdan sonra, Kəlb qəbiləsindən bir tacirlə qarşılaşdı. Ondan, ölkəsi haqqında məlumat aldı və bəhs edilən nəbinin bu bölgədəki bir yerdən çıxmalı olduğu qərarına gələrək, bir ödəniş qarşılığında onu özü ilə birlikdə aparmasını istədi. Səlman (r.ə.)ın təklifini qəbul edən Kəlbli Ərəb onu yanına alaraq Hicaza doğru yola çıxdı. Ancaq, Vadil-Kuraya gəldiklərində bu kimsə Səlman (r.ə)a xəyanət etdi və onu kölə olaraq bir yəhudiyə satdı. Vadil-Kurada xurmalıqları görən Səlman (r.ə), ürəyi mutmain olmamaqla birlikdə, Ammuriyədəki rahibin təsvir etdiyi yerin bura olmasını arzulayırdı. Vadil-Kurada bir müddət qaldıqdan sonra, əfəndisinin əmisinin oğulu olan Qureyzaoğullarından bir kimsə tərəfindən satın alınaraq Mədinəyə aparılan Səlman (r.ə), buranı görüncə, müəlliminin ona bəhs etdiyi diyara gəldiyini anlamışdı.

Rəsulullah (s.ə.v) Məkkədə peyğəmbərliklə vəzifələndirilib Mədinəyə hicrət edənə qədər kölə olaraq xurma bağçalarında işləmiş və davamlı məşğul tutulduğu və sərbəst olaraq kimsəylə danışa bilmədiyi üçün, onun varlığından xəbərdar ola bilməmişdi. Rəsulullah (s.ə.v) Kubaya gəldiyi zaman yəhudilər, Evs və Hacrecin ona iman etməsinə hirslənir və bunu heç cür həzm edə bilmirdilər. Səlman (r.ə), xurma bağçasında bir ağacın başında işlədiyi sırada yəhudilərdən biri gəlmiş və ağacın altında oturan Səlman (r.ə)ın sahibinə (Evs və Hacreci nəzərdə tutaraq): "Allah Bənu Kayleyə lənət etsin. Vallah onlar bu anda, Məkkədən bu gün gələn bir adamın ətrafında toplanmış və onun nəbi olduğuna inanırlar,"- dedi. Səlman (r.ə) belə deyir: "Mən öz özümə: "bu, dəqiq o peyğəmbərdir,"- dedim. Elə bir titrəməyə başladım ki, ağacın altında dayanan sahibimin üzərinə düşəcəyim qorxusuna qapıldım. Sürətli şəkildə ağacdan aşağı enib: "Nə deyir? Bu xəbər nədir?"- deyə soruşdum. Bunun üzərinə sahibim mənə güclü yumruq vurdu və; "Bundan sənə nə! İşinin başına dön,"- deyə qışqırdı. Mən ona: "Yalnız eşitdiyim bu xəbərin nə olduğunu anlamaq istəmişdim,"- dedim. Axşam olunca Səlman (r.ə), yığmış olduğu bir miqdar yeməyi götürərək, Kubada olan Rəsulullah (s.ə.v)-in yanına getdi və ona: "Sənin saleh bir kimsə olduğunu eşitdim. Yanınızda ehtiyac sahibi olan yoldaşlarınız var. Sizin halınızı eşitdiyim zaman, bunları sizə verməyimin daha yaxşı olacağını düşündüm,"- dedi və gətirdiklərini Rəsulullah (s.ə.v)-in yanına qoydu. Rəsulullah (s.ə.v), əshabələrinə: "Yeyin,"- dedi. Ancaq özü bunlardan yemədi. Səlman (r.ə), sədəqə qəbul etmədiyini gördüyü zaman öz-özünə: "Bu, əlamətlərdən biridir,"- dedi. Daha sonra Rəsulullah (s.ə.v) Mədinəyə keçdi. Səlman (r.ə) təkrar bir şeylər hazırlayaraq Rəsulullah (s.ə.v)in yanına getdi və gətirdiklərinin sədəqə olmadığını, yalnız ona hədiyyə olaraq vermək istədiyini söylədi. Onun əshabələriylə birlikdə bunlardan yediyini görüncə ikinci əlamətin də onda var olduğuna əmin oldu.

Bir zaman sonra Səlman (r.ə) təkrar Rəsulullah (s.ə.v)in yanına getdi. Rəsulullah (s.ə.v) əshabələriylə birlikdə otururdu. O, onlara salam verdikdən sonra, Rəsulullah (s.ə.v)in ətrafında gəzməyə başladı. Onun, bildiyi bir şeyi araşdırdığını anlayan Rəsulullah (s.ə.v) ridasını qaldırdı. Səlman (r.ə), Rəsulullah (s.ə.v)in kürəyindəki möhürü gördüyü zaman Ammuriyədəki rahibin bəhs etdiyi möhürün eynisi olduğunu anladı və onu öpərək ağlamağa başladı. Rəsulullah (s.ə.v) onu yanına oturdaraq halını soruşdu. Səlman (r.ə), oraya çatana qədər başından keçən hadisələri danışdığı zaman, Rəsulullah (s.ə.v) və orada olan əshabələr bunu heyrətlər içərisində dinlədilər. (İbn İshak, əs-Sire, Nəşr: M. Hamdullah, İstanbul 1981, 66; Əhməd b. Hənbəl, V, 442-443; İbn Sad, a. g. e., IV, 77-79; İbnul-Esir, Üsdül-Ğabe, II, 418-419; Məhəmməd b. Həsən et-Diyarbekri, Tarihul-Hamis, Beyrut (t. y), I, 351-352; Əhməd b. Hafiz əl-Hakimi, əl-Kısasul-İslamiye, (ehtimalla) Riyad 1976, I, 187-189). Səlman (r.ə.), Rəsulullah (s.ə.v)in yanına gəldiyi zaman ərəbcəni, məramını izah edəcək ölçüdə bilmirdi. Onunla farscanı bilən bir tərcüməçi vasitəsilə danışmış olduğu rəvayət edilir. (Diyarbekri, a. g. e., I, 352).

Səlman (r.ə.)ın İsfahandakı kəndində başlayan və Müsəlman olub köləlikdən xilas olana qədər başından keçən bu hadisələri Əhməd b. Hənbəl, İbn Sad, İbnul-Esir və digərləri, onun özünün danışması ilə İbn Abbasdan rəvayət etməkdədirlər. İbn Sadın Kurre el-Kindidən nəql etdiyi başqa bir rəvayətdə isə Səlman (r.ə)ın bu hekayəsi fərqli bir şəkildə nəql olunur və onun, İslama qovuşmaqla nəticələnən səfəri əsnasında, xristian müəllimlərin vəsiyyətləriylə, Hımsa getdiyi; yenə buradan tövsiyə üzərinə Qüdsə gəldiyi; burada təsvir edilən şəxsi tapıb ondan elm təhsil aldığı; bu kimsənin ona son peyğəmbərin çıxacağı yer və əvvəlki rəvayətlərdə keçən əlamətləri bildirməsi üzərinə Hicaza doğru hərəkət etdiyi və sonunda Ərəblərdən bir topluluq tərəfindən kölə edilib Mədinədə bir qadına satıldığı nəql edilir. (İbn Sad, a. g. e., IV, 71-72; digər rəvayətlər üçün bk. əl-Hakim, əl-Müstedrek, Beyrut (t. y.), III, 598, vd.).

İbnul-Hacər, Səlman (r.ə)ın müsəlman olana qədər haqqında nəql edilən hekayələrin bir-birindən fərqli olduğunu, bunların arasını təlif etməyin çətin olduğunu söyləyir. (Askalani, a. g. e., II, 62).

Səlman (r.ə), Hicrətin beşinci ilinə qədər kölə olaraq yaşamışdır. Bundan ötəri o, Xəndək döyüşündən əvvəlki döyüşlərdə iştirak edə bilmədi. Uhud döyüşü əvvəlində Rəsulullah (s.ə.v) ona, sahibiylə mükatəbə (şərtli azad edilmə razılaşması) etməsini söylədi. Səlman (r.ə), bunun üzərinə sahibinin yanına gedərək onunla, üç yüz xurma tingini təmin edib əkmək və qırx uqıyə (1600 dirhəm) qızıl vermək şərtiylə razılaşdı. Bunun üzərinə Rəsulullah (s.ə.v), Əshabələrə: "Qardaşınıza kömək edin,"- dedi. Əshabələr gücləri miqdarınca ting təmin edərək üç yüz dənə tingi ona verdilər. Rəsulullah (s.ə.v), ona: "Səlman, get çuxurlarını qaz. Əkməyə sıra gəldiyi zaman onları sən əkmə, mənə xəbər ver. Onları öz əllərimlə yerlərinə qoyum,"-dedi. Səlman (r.ə), çuxurların qazılma işini Əshabələrin köməyiylə bitirdi. Rəsulullah (s.ə.v), bağçaya gedərək bütün tingləri yerinə qoydu. Bu tinglərdən heç bir dənəsi qurumamışdı.

Daha sonra, Rəsulullah (s.ə.v) Səlman (r.ə)ı yanına çağıraraq, sahibinə ödəməli olduğu qırx uqıye qızılı ödəməsi üçün ona yumurta böyüklüyündə bir qızıl külçəsi verdi. Səlman (r.ə): "Bu mənim ödəməli olduğum miqdarı necə qarşılayar, yə Rəsulullah?" deməkdən özünü saxlaya bilmədi. Rəsulullah (s.ə.v) ona, "Ey Səlman! Allah onunla sənin borcunu qarşılayacaq" dedi. Səlman (r.ə) belə deyir: "Nəfsim əlində olan Allaha and içirəm ki, onunla qırx uqiyəlik ödəməli olduğum miqdarı ödədim". Artıq beləcə Səlman (r.ə) azadlığına qovuşmuş olurdu. (Əhməd b. Hənbəl, V, 443-444; İbn Sad, a. g. e., IV, 79-80; Diyarbekri, I, 468; İbnül-Esir, Üsdü'l-Ğabe, II, 419; onun azad edilməsi haqqında dəyişik rəvayətlər üçün bk. Diyarbekri, a. g. e., I, 469).

Səlman (r.ə)ın qatıldığı ilk döyüş Xəndək döyüşüdür. Müşriklər, müttəfiqlərlə birlikdə on min nəfərlik orduyla Mədinəyə doğru hərəkətə keçdikləri zaman, Rəsulullah (s.ə.v), şəhər içində qalaraq müdafiə olunmağı qərara almışdı. Ancaq, Mədinənin ətrafında düşmənin şəhərə girişinə mane olacaq hər hansı bir qala yox idi. Bu vəziyyət şəhərin müdafiə olunmasını olduqca çətinləşdirirdi. Edilən müşavirələr əsnasında Səlman (r.ə), Rəsulullah (s.ə.v)ə, "Ey Allahın Rəsulu! Biz İranda mühasirəyə alındığımız zaman şəhərin ətrafında bir xəndək qazaraq özümüzü müdafiə edərdik,"-deyib, hücuma açıq bölgədə bir xəndək qazılması fikrini irəli sürmüşdü. (Taberi, Tarix, II, 566). Bu görüş Rəsulullah (s.ə.v) tərəfindən uyğun görülmüş və dərhal xəndəyin qazılması üçün fəaliyyətə keçilmişdi. Səlman (r.ə), qüvvətli bir kimsə idi və qazıntı işində olduqca məhsuldar çalışırdı. Ənsar qrupu, Səlman (r.ə)ı sahiblənərək: "Səlman bizdəndir," dedilər. Bunun üzərinə mühacirlər: "Xeyr Səlman bizdəndir,"- deməyə başladılar. Bunu eşidən Rəsulullah (s.ə.v): "Səlman bizdəndir. O, əhli beytimdəndir,"-deyərək onu əhli beytinə daxil etmişdir. (Taberi, eyni yer/yeyər; İbn Sad, a. g. e., IV, 83).

Səlman (r.ə), daha sonrakı bütün döyüşlərdə Rəsulullah (s.ə.v) ilə birlikdə olmuşdur. Məkkəli müşriklər, Mədinə önlərinə gəldikləri zaman şəhərlə aralarındakı xəndəyi gördükdə təəccübləndilər. Çünki Ərəblər daha əvvəl belə bir müdafiə etmə üsulundan xəbərsiz idilər. Müşriklər, bu xəndəyi keçməyi sınadılarsa da, bacara bilmədilər. Döyüşün qazanılmasında xəndəyin rolu o qədər böyük olmuşdur ki, bundan ötəri Xəndək döyüşü olaraq adlandırılmışdır.

Səlman (r.ə), Rəsulullah (s.ə.v)in yanından vəfat edənə qədər ayrılmadı. Hz. Əbu Bəkir (r.ə)ın xəlifəliyi zamanında da Mədinədə olmuşdur.

Ömər (r.ə) dövründə İslam ordusu İranın fəthi üçün hərəkətə keçdiyi zaman Səlman (r.ə) də bu orduya qatıldı. Səlman (r.ə) İran əslli idi. Buna görə düşmən ordusunun vəziyyətini çox yaxşı bilirdi. Ayrıca farsların İslam dinini qəbul edərək dəlalətdən xilas olmalarını şiddətlə arzulayırdı.

İranlılar, Kadisiyə məğlubiyyətindən sonra Mədaində toplanmışdılar . Müsəlmanlar Dəclə çayının kənarına gəldikləri zaman, qarşıya keçmək üçün heç bir şey tapa bilmədilər. Sad b. Əbi Vakkas, qarşı sahilə bir öncü birliyi göndərib keçid təhlükəsizliyini təmin etdikdən sonra, bütün orduya çayı keçmə əmrini verdi. Ordu, suları qabarmış bir şəkildə axan Dəclə çayına daldı. Sad (r.ə)ın yanında Səlman (r.ə) vardı. Sad (r.ə), dua edir və Allah Təalanın dostlarına kömək edəcəyini, dinini üstün edəcəyini və Allah Təalaya üsyan edən bir topluluğun yaxşılığa (İslama) qələbə çala bilməyəcəyini söyləyirdi. Çayın ortasında olduqca həyəcanlı halda olan Sad (r.ə)a, Səlman (r.ə) belə deməkdə idi: "İslam yenidir. Allah, quruları necə Müsəlmanların əmrinə vermişsə, dənizləri də onların əmrinə verəcək gücdədir. Allaha and içirəm ki, müsəlmanlar çaya necə axın-axın girmişdilərsə çaydan eləcə axın-axın çıxacaqlar". Həqiqətən Səlman (r.ə)ın dediyi kimi olmuş və müsəlman ordusu heç bir itki vermədən qarşı sahilə keçmişdi. (Taberi, Tarix, IV, 11-12; İbnul-Esir, əl-Kamil fi't-Tarih, II, 511-512). İranlı əsgərlər dəhşət içərisində, onların çayı keçmələrinə baxırlar və öz-özlərinə: "Şeytanlar gəlir. Vallah bizim döyüşdüyümüz bu topluluq cinlərdən başqaları deyil." -deyirdilər. (Taberi, II, 514). İranlı əsgərlər qaçaraq Kisranın sarayına sığınıb müqavimət göstərməyə davam etdilər. Bura göndərilən öncü birliyinin komandiri Səlman (r.ə) idi. O, qala divarının önünə gəldiyi zaman, İslamın əmr etdiyi şəkildə onları üç dəfə Müsəlman olmağa, qəbul etməzlərsə cizyə ödəməyə dəvət etdi. Səlman (r.ə) onlara belə deyirdi: "Mən də əslən sizdən biriyəm. Sizə acıyır və yumşaq davranıram. Əgər müsəlman olsanız bizim qardaşlarımız olaraq eyni haqlara sahib olarsınız. Bunu qəbul etməz, dininiz də qalmaq istəsəniz, bizə itaət edərək cizyə ödəyərsiniz. Bunu da qəbul etməsəniz, digərləri kimi sizinlə döyüşərik." (Taberi, a. g. e., IV, 14). Səlman (r.ə), məsələnin ərəblərin əcəmlərə hakimiyyəti məsələsi olmadığını onlara izah edə bilmək üçün, "Sizdən biri olduğum halda ərəblər mənə itaət edir."- deyərək (İbn Hənbəl, V, 444) razı salmağa çalışırdı. Səlman (r.ə) ilk iki şərti qəbul etməmələri üzərinə onlara üç gün düşünmələri üçün möhlət verdi. Üçüncü gün sarayda olan əsgərlər təslim olmağı qəbul etdilər və beləcə Kisranın möhtəşəm sarayı müsəlmanların əlinə keçmiş oldu. (Taberi, a. g. e., IV). Daha əvvəl Behurəsirdəkiləri də o İslama dəvət etmişdi. Ancaq buradakılar, cizyə verməyi də rədd edincə döyüşərək məğlub edilmişdilər . (Taberi, eyni yer).

Sad (r.ə) Mədaində qərargah qurmuşdu. Ancaq buranın havası, İslam əsgərlərinə pis təsir göstərmiş, iqlim dəyişikliyinə görə üzlərinin rəngləri dəyişmişdi. Bu vəziyyəti öyrənən Ömər (r.ə), Sada xəbər göndərərək, Müsəlmanların yaşamaları üçün uyğun bir yer təsbit edilməsi üçün Səlman (r.ə) ilə Huzeyfe (r.ə)ı vəzifələndirməsini istədi. Bu yer ilə Mədinə arasında nəqliyyat asanlığına maneə törədəcək bir çayın olmamasını xüsusilə vurğuladı. Bölgədə araşdırmalar edən Səlman (r.ə) və Huzeyfe (r.ə), sonunda Kufə üzərində qərar qıldılar və burada ordugah şəhəri tikildi. (17/638) (Taberi, a. g. e., IV, 40-41; İbnul-Esir, əl-Kamil fit-Tarih, II, 527-528). Səlman (r.ə) İranın fəthi üçün davam edən əsgəri hərəkatlarda aktiv olaraq rol almışdır. (Taberi, IV, 305; İbnul-Esir, əl-Kamil fit-Tarih, III, 132).

Səlman (r.ə), Hz. Ömər (r.ə) dövründə Mədain valisi olmuşdu. Səlman (r.ə), Hicri 36 ilində Mədaində vəfat etmişdir. (İbnul-İmad, Şezeratu'z-Zeheb, I, 44; İbn Həcər, a. g. e., II, 63; İbnul-Esir, Tarix, III, 287; İbn Sad, a. g. e., VI, 17). Ancaq onun ölüm tarixi haqqında fərqli rəvayətlər var. Hz. Osman (r.ə)ın xilafətinin sonlarına doğru, 35 və ya 37 ilində vəfat etdiyi rəvayət edilir, hətta Hz. Ömər zamanında öldüyü də söylənir. (İbnul-Esir, Üsdü'l-Ğabe, II, 421). İbn Həcər, onun ölümü ilə əlaqədar fərqli tarixləri verdikdən sonra, Ənəs (r.ə)dan, İbn Məsudun, ölüm döşəyindəki Səlman (r.ə)ı ziyarət etdiyi şəklindəki rəvayəti dəlil götürərək, İbn Məsudun 34cü ildən əvvəl vəfat etdiyini, bu səbəbdən Səlman (r.ə)ın ölümünün 33 və ya 32 ilində olmalı olduğu fikrini irəli sürür. (İbn Həcər, a. g. e., II, 63). Onun iki yüz əlli ilə üç yüz əlli il yaşadığı şəklində rəvayətlər var və ravilər iki yüz əlli il yaşadığının şübhəsiz olduğunu söyləyirlər. (əl-Askalani, a. g. e., II, 62; İbnul-Esir, Tarix, II, 287; Üsdül-Ğabe, 421). İbn Həcər, Zəhəbinin rəvayətlərini qiymətləndirdikdən sonra, onun ancaq səksən il qədər yaşamış ola biləcəyi qənaətinə gəldiyini nəql edir (İbn Həcər, eyni yer) ki, gerçəyə yaxın olan da budur. Səlman (r.ə)ın məzarı, Bağdadın 30 km şərqində Medain xarabaları yaxınlarından axan Dəyalə çayının kənarındadır. Onun olduğu yer Səlmanı Pak (təmiz Səlman) olaraq adlandırılmışdır. Onun məzarının içində olduğu məscid IV Murad tərəfindən təmir etdirilmişdir.

Səlman (r.ə), elm, fəzilət və zühd baxımından Əshabələrin ən öndə gələn simalarından biri olub, Rəsulullah (s.ə.v)a yaxınlığıyla tanınmaqdadır. Hz. Aişə (r.ə.), belə deməkdədir:

"Bir çox gecələr Səlman (r.ə) Rəsulullah (s.ə.v) ilə tək qalardılar. Bu birlik o qədər sürərdi ki, Rəsulullah (s.ə.v) xanımlarından birinin yanına belə girməzdi." (İbnul-Esir, Üsdül-Ğabe, II, 420). Rəsulullah (s.ə.v), Xəndək döyüşü əsnasında onun əhli beytindən olduğunu elan etmişdi.

Hz. Əli (r.ə.) onun haqqında: "Ona əvvəlkilərin və sonrakıların elmi verilmişdir. Onda olan bu elmə çatıla bilməz,"-demişdir. Başqa bir zaman da: "O bizim əhli beytimizdəndir. Aranızdakı mövqeyi Loğman Həkim kimidir. İlk və son kitabı oxumuşdur. Sonu olmayan bir dənizdir,"-demişdir. Muaz (r.ə.) yanına gələnlərə elmi, aralarında Səlman (r.ə)ın da olduğu, dörd adamdan tələb etmələrini söyləmişdir. Onun elmi haqqında edilən təriflər Rəsulullah (s.ə.v)in söylədiyi: "Səlman elmə doyuruldu." (İbn Sad, a. g. e., IV, 85) sözünə əsaslanır. Səlman (r.ə), Əbu Dərda (r.ə)ın gecə boyu namaz qıldığı və davamlı oruc tutduğunu gördüyü zaman onu dayandırıb hazırlanan yeməkdən yeyərək orucunu pozması mövzusunda israr etmiş və ona: "Üzərində gözünün haqqı vardır, ailənin haqqı vardır. Bəzən oruc tut, bəzən tutma, bəzən namaz qıl, bəzən ara ver." (bunları nafilə olan ibadətləri üçün söyləmişdir). Ebud-Dərda bu vəziyyəti Rəsulullah (s.ə.v)a çatdırdığı zaman o; "Səlman səndən daha alimdir."-dedi və bunu üç dəfə təkrarladı (İbn Sad, a. g. e., IV, 85-86).

Hz. Ömər (r.ə), ona böyük hörmət göstərərdi. Ümmətin idarəsinin məsuliyyəti altında əzilən Ömər (r.ə), eşitdiyi bir narahatlığını dilə gətirərək Səlman (r.ə)a belə soruşmuşdu: "Mən məlikəmmi (kral) , yoxsa xəlifəyəmmi?". Səlman (r.ə) ona belə cavab verdi: "Əgər sən Müsəlmanların torpağından bir dirhəmdən az və ya çox bir pul alar, sonra onu haqsız bir şəkildə sərf etsən, sən xəlifə olmayıb məlik olarsan." (Taberi, a. g. e., IV, 211; İbnu'l-Esir, Tarix, III, 59).

Hz. Ömər (r.ə), fey gəlirlərini bölərkən, Səlman (r.ə)a dörd min dirhəm hissə ayırmışdır. Bəzi kəslər, "Xəlifənin oğulu (Abdullah) üç min beş yüz dirhəm alır, bu farslı isə dörd min dirhəm alır."-deyərək bu vəziyyəti qəribsəmişdilər . Oradakılar: "Səlman, Rəsulullah (s.ə.v) ilə Abdullahın qatılmamış olduğu bir çox döyüşə qatılmışdır."- deyərək cavablandırdılar (İbn Sad, IV, 86). Başqa bir rəvayətdə, Ömər (r.ə), Fey gəlirlərindən Müsəlmanlara maaş bağlamaq üçün Divanul-Atanı təsis etdiyi zaman, Əshabələr üçün İslamdakı prioritetləri və qatıldıqları döyüşləri göz önünə alaraq bir qruplaşdırılma etdiyi; Səlman (r.ə)ı, Həsən (r.ə), Hüseyn (r.ə) və Əbu Zər ilə birlikdə olmadıqları halda Bədir əhlindən sayaraq alacağı miqdarı beş min dirhəm olaraq qərarlaşdırdığı bildirilməkdədir. (Taberi, a. g. e., III, 614).

Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "Cənnət üç adam üçün darıxar. Əli, Ammar və Səlman" (Tirmizi, Menakıb, 34).

Səlman (r.ə), son dərəcə təvazökar və qənaətkar bir həyat yaşamışdır. O, Mədaində vali olduğu və çoxu dövlət məmurlarından çox gəlirə sahib olduğu halda gündəlik həyatı, son dərəcə sadə idi. O, kölə olduğu zaman necə geyinər və necə gəzərdisə Mədain valisi olduğu zaman da eyni hal üzrə davam etmişdi. O, əlinə keçən pulu tasadduq edər və öz əməyi ilə əldə etdiyi şeylərdən başqasını yeməzdi. Tanımayan birinin, onun vali olduğunu anlaması mümkün deyildi. Mədain küçələrində gedərkən Suriya tərəfindən gələn bir tacir, üzərində adi bir əba ilə gördüyü Səlmanı çağıraraq yüklərini daşımasını istədi. O, heç tərəddüd etmədən yükləri kürəyinə aldı və adamla birlikdə getməyə başladı. Onu bu halda görənlər: "Bu validir"- dediklərində adam :"Səni tanımırdım"- deyərək üzr istədi. Səlman (r.ə) ona: "Xeyr bunları evinə qədər aparacağam" -deyərək yoluna davam etdi (İbn Sad, a. g. e., IV, 88; buna bənzər digər bir hadisə üçün bax. eyni yer).

Bəzi kəslərin geyimindən ötəri ona dil uzatmaları və hörmətsizlik etmələrinə qarşı heç bir reaksiya verməmişdir. Bir dəfə iki gənc əsgər yanından keçərkən, onu göstərərək: "Əmiriniz budur"-deyərək gülürdülər. Səlman (r.ə)ın yanındakı adam ona, "Ey Əbu Abdullah! Bunların nə dediyini görürsənmi?" -dedi. Səlman (r.ə) ona belə dedi: "Onları burax. Xeyr və şər bu gündən sonradır. Əgər torpaq yeməyi bacara bilsən onu ye amma, iki adama da olsa əmir olmaqdan qaçın. Məzlumun və çətin vəziyyətdəki kəslərin duasından çəkin. Çünki onların duaları ilə Allah Təala arasında pərdə yoxdur." (İbn Sad, a. g. e., IV, 87-88). Səlman (r.ə) çox comərd bir şəxsiyyətə sahib idi. Əlinə keçən hər şeyi kasıblara paylayardı. (İbnul-Esir, Üsdül-Ğabe, II, 420).

O, heç bir zaman sədəqə qəbul etməmişdir. Çox vaxt əlinə keçən pulla dərhal ət alır və onu bişirərək, hədis əhlini çağırar və birlikdə yeyərdilər (İbn Sad, IV, 9).

Səlman (r.ə), ölüm döşəyinə yatdığı zaman, ziyarətinə gedən Mədain valisi Sad b. Malik və Sad b. Məsud onu ağlayarkən gördülər. Niyə ağladığını soruşduqda o belə cavab vermişdi: "Rəsulullah (s.ə.v) bizdən bir əhd aldı. Heç birimiz onu qoruya bilmədik. O bizə belə demişdi: "Sizin dünyadakı dolanışığınız bir yolçunun azuqəsi qədər olsun."

Onun elmi və təqvası digər əshabələrə də təsir edirdi. Çünki onu ziyarətə gedən Sad b. Əbi Vakkas, necə davranması lazım olduğu şəklində tövsiyə verməsini istəmişdi (İbn Sad, a. g. e., IV, 90-91).

Səlman (r.ə), sıx saçlı, uzun boylu bir kimsə idi. Onun Mədaində Bukeyre adında bir xanımı vardı. (İbn Sad, IV, 92). Səlman (r.ə), Mədinədəykən Hz. Ömər (r.ə)ın qızını ondan istədiyi, lakin Əmr b. el-Asin bu mövzuda Səlman (r.ə)ı hirsləndirməsi üzərinə bundan imtina etdiyi nəql edilməkdədir. (İbn Abdırrabbih, Ikdu'l-Ferid, Beyrut 1949, VI, 90). Ancaq onun ailəsi haqqında açıq rəvayətlər yoxdur.

Sufilər, Səlman (r.ə)ı Ashabul-Suffe ilə birlikdə təsəvvüfün qurucularından biri olaraq qəbul edərlər. Bir çox təriqət silsiləsi ona əsaslandırılır. O, Rəsulullah (s.ə.v)ın bərbərliyini etdiyi üçün Futuvvet təşkilatına bağlı bərbərlərin piri olaraq qəbul edilməkdə idi. Səlman (r.ə)ın sahib olduğu haqlı şöhrəti, bütün Müsəlmanların ona qarşı içdən bir sevgi duymalarına səbəb olmuşdur. Sünni müsəlmanlar onun adını böyük bir sevgiylə xatırlayarlar. Əhli beytdən sayılması, Şiələrin ona qarşı fərqli bir maraq göstərmələrinə səbəb olmuşdur. Həcdən dönən Şiələr Kərbəladan sonra onun məzarını da ziyarət edərlər. Ayrıca, Şiələr, Hz. Əli və Əhli Beyt haqqında rəvayət olunan hədislərin çoxunu ona isnad edərlər.

Gulatı Şiə məktəblərində isə o, ilahi sudur əsnasında Əli (r.ə)dan dərhal sonra gəlir. Nusayrilər isə onu, üç gizli hərfdən biri qəbul edərlər. Nusayriliyin təslis əqidəsini ifadə edən ayn, mim və sin hərflərindən ayn Əlini, mim Məhəmməd (s.ə.v)ı, sin isə Səlmanı ifadə edir. Məna (Əli), ad (Məhəmməd), bab isə Səlmandır. Buna görə o Nusayri təslis əqidəsinin qapısı (bab) olub, üçüncü həddir. Durzilər isə, Quranın Səlmana vəhy olunduğuna, Peyğəmbərin Quranı ondan aldığına inanırlar. Bu məktəblər, meydana gətirdikləri inanc sistemlərində digər bir neçə əshabə ilə birlikdə Səlman (r.ə)ı təməl ünsür olaraq istifadə etmişlər və ona müxtəlif funksiyalar yükləmişlər. Bu məzhəblərin gerçəkdə münasib Şiə ilə əlaqələri yoxdur. Çünki məzmunlarındakı inanc prinsipləri nəzərə alındığı zaman İslami şəxsiyyətlərin adlarını istifadə edərək bütpərəst bir inanc sistemi meydana gətirdikləri görüləcək. (bax. Şamil İslam Ens. Ömər TELLİOĞLU)



26-04-2011 12:00:00

Düğüme özel