Ana səhifə

Səma və yer niyə altı gündə yaradılmışdır?


YazdırSend to friend

Səma və yer altı dövrədə, mərhələ mərhələ yaradılmış. Və sonunda bu gördüyümüz möcüzələr möcüzəsi kainat çıxmış ortaya.

 

Onun yaradılışındakı bu hikmət təcəllisi ondakı hadisələrdə də özünü göstərmiş. Gecə birdən düşmür dünyaya; gündüz də birdən gəlmir. Gecədən səhər vaxtına keşilir və onu günəşin doğuşu izləyir. Daha sonra günəşin yenə yavaş yavaş yüksəlməsiylə günorta vaxtına çatılır, onu da o bərəkətli əsr vaxtı izləyir və sonunda qürüb.

 

 

Bu hikmətli yaradılış, bitkilər aləmində də hökm sürmüş. Nüvədə ilahi bir sənət və hikmət gizlidir. Böyük ağacın bütün proqramı o kiçik aləmdə qədər qələmiylə yazılmış. Ondakı, genetik şifrə elm adamlarını heyrətlər içində buraxan bir mükəmməllikdə və yenə onları çarəsiz edəcək qədər dərin sirlərlə doludur.

 

Nüvənin açılması tamam ayrı bir möcüzə. Fəttah adının təcəllisi. Yerin çəkilişinə baxmayaraq yuxarıya doğru başlayan hikmətli və intizamlı gediş. Boy atma və qalınlaşma dövrələri və sonunda çiçək açıb meyvə vermə... Hər meyvənin də böyüməsi, kamala çatması və o yumşaq meyvədən sərt nüvələrin süzülməsi yenə birdən birə deyil, mərhələlər halında reallaşır.

 

Hər mərhələsi elm və hikmətlə icra edilən bu ağla sığmaz fəaliyyətlər, dünyanı dəyişik cədvəllərlə doldurar və fikir əhlini bu ilahi sənətlərə heyran buraxar.

 

Dünyada hikmət, axirətdə isə qüdrət hakim. Dünya qüdrət aləmi olsaydı, bu möhtəşəm kainat altı gün, yəni altı dövrə yerinə bir anda yaradılacaqdı. Ondakı ağaclar da bir anda bitəcək və son şəkliylə boy göstərəcəkdilər. O zaman yuxarıda sıraladığımız ilahi sənət əsərləri də bədən tapmayacaqdılar.

 

Nüvələr aləmi, yoxluqda qalacaq, açılmaları, böyümələri, cücərti olmaları reallaşmayacaqdı.

 

Nüvələr olmayınca, halıyla, yumurtalar və spermalar aləmi də yoxluqdan xilas ola bilməyəcəklər, bu aləmə gəlib, daşıdıqları rəbbani sənətləri sərgiləməkdən məhrum qalacaqdılar.

Tərbiyə və tədbir hərəkətlərinin təcəlliləri görülməyəcək, yalnız icad hərəkətlərinin məhsulları, aləmdə boy göstərəcəkdi.

 

İlahi hikmət buna icazə vermədi və kainatı bir anda yaratmaq yerinə altı dövrədə tikməyi təqdir buyurdu.



17-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz