Ana səhifə

Səma və yer niyə altı gündə yaradılmışdır?


YazdırSend to friend

Səma və yer altı formada, mərhələ mərhələ yaradılmış. Və sonunda bu gördüyümüz möcüzələr möcüzəsi kainat çıxmış ortaya.

 

Onun yaradılışındakı bu hikmət təcəllisi ondakı hadisələrdə də özünü göstərmişdir. Gecə birdən örtməmiş dünyanı; gündüz də birdən gəlməmiş. Gecədən səhər vaxtına keçilmiş və onu günəşin doğuşu izləmiş. Daha sonra günəşin yenə yavaş yavaş yüksəlməsiylə günorta vaxtına çatılmış, onu da o bərəkətli ikindi vaxtı izləmiş və sonunda məğrib.

 

Gündüz birdən gəlsə, gecə birdən batsaydı nə səhərdən söz edə bilərdik, nə günortadan, nə ikindidən.

 

Bu hikmətli yaradılış, bitkilər aləmində də hökm sürmüşdür. Toxumda ilahi bir sənət və hikmət gizli. Böyük ağacın bütün proqramı o kiçik aləmdə qədər qələmiylə çəkilmişdir. Ondakı, genetik şifrə elm adamlarını heyrətlər içində buraxan bir mükəmməllikdə və yenə onları çarəsiz edəcək qədər dərin sirlərlə doludur.

 

Hər mərhələsi elm və hikmətlə icra edilən bu ağla sığmaz fəaliyyətlər, dünyanı dəyişik tablolarla doldurar və fikir əhlini bu ilahi sənətlərə heyran buraxar.

 

Dünyada hikmət, axirətdə isə qüdrət hakimdir. Dünya qüdrət aləmi olsaydı, bu möhtəşəm kainat altı gün, yəni altı dövrə(forma) yerinə bir anda yaradılacaqdı. Ondakı ağaclar da bir anda bitəcək və son şəkliylə boy göstərəcəkdilər. O zaman yuxarıda sıraladığımız ilahi sənət əsərləri də şəkil tapmayacaqdılar.

 

Toxumlar aləmi, yoxluqda qalacaq, açılmaları, böyümələri, cücərti vermələri reallaşmayacaqdı.

 

 

İlahi hikmət buna icazə vermədi və kainatı bir anda yaratmaq yerinə altı dövrədə (formada) düzəltməyi təqdir(hökm) etdi.



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz